"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 yanvar tarixli 4271 nömrəli Sərəncamı)
1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. "Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
"Xanlar Ağalarov - Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri
Gülşən Axundova - "Qadın, İnkişaf, Gələcək" ictimai birliyinin sədri".
2. "Ruslan Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru" abzası ləğv edilsin.
3. "Sevinc Fətəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Səbinə Hacıyeva - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi".
4. "Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Mehriban İmanova - Azərbaycan Elm Fondunun İcraçı direktoru".
5. "Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Məryəm Məcidova - Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi "Gender Hub" ictimai birliyinin sədri".
6. "Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
"Natəvan Məmmədova - Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi
Nigar Məmmədova - "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Şəbnəm Məmmədova - "SmartNation" platformasının təsisçisi".
7. "Bahar Muradova - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
"İlqar Musayev - Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Samirə Musayeva - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini".
8. "Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
"Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Könül Nurullayeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı".
9. "Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Ruslan Sadıqov - Bakı "Ağ Şəhər" layihəsinin baş direktoru".
10. "Mariana Vasileva - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
"İnarə Vəliyeva - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri
Pərvanə Vəliyeva - "Sağlamlığa Xidmət" ictimai birliyinin icraçı direktoru, "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi
Fatma Yıldırım - Azərbaycan Respublikası Milli Məclisinin deputatı".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
01 Sentyabr
Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb
31 Avqust
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
31 Avqust
Vuçiç: Serbiya 2030-cu ilədək Aİ-yə üzv ola bilməyəcək
31 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi tə...
31 Avqust
Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
31 Avqust
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31 Avqust
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub
31 Avqust
Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib
31 Avqust
Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur...
31 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!