20 Aprel 2024 10:38
289
İQTİSADİYYAT
A- A+

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır  

 

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının illik yaz sessiyasında iştirak edən və Azərbaycanı BVF-də rəhbər olaraq təmsil edən, maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin üzvü, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Xarici İşlər Nazirliyi və Azərbaycanın ABŞ-dəki səfirliyinin nümayəndələrinin iştirakı ilə BVF-nin idarəedici direktoru Kristalina Georgieva və heyəti arasında görüş keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AZƏRTAC-ın ABŞ bürosuna verilən məlumata görə, görüş zamanı maliyyə naziri S. Şərifov yenidən BVF-in idarəedici direktoru seçilməsi ilə bağlı xanım K. Georgiyevaya Azərbaycan Prezidenti İlham Əliyevin təbrik mesajlarını çatdırıb.

Qarşı tərəf təbrikə görə dərin minnətdarlığını ifadə edib, eyni zamanda, Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüş zamanı, həmçinin BVF-ilə ümumi əlaqələr və COP29 çərçivəsində də mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video