19 Aprel 2024 16:50
165
CƏMİYYƏT
A- A+

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

 

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edən Kamran Əliyev Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında aparılan islahatlar, habelə Azərbaycan Prokurorluğunun BPA-nın işinə verdiyi töhfə barədə məlumat verib.

Baş prokuror, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyini bildirməklə dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuz və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb.

Keçirilmiş səsvermə nəticəsində Baş prokuror Kamran Əliyev yekdilliklə Assosiasiyanın növbəti səlahiyyət müddətinə vitse-prezidenti seçilib.

İclasda, eləcə də bu il sentyabrın 29-dan oktyabrın 2-dək ölkəmizdə keçiriləcək Assosiasiyanın illik konfransı və ümumi yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya Qarşı Müstəqil Komissiyasının (ICAC) rəhbəri Vu Denni ilə görüşüb.

Komissar nümayəndə heyətinə Azərbaycanın hüquq- mühafizə orqanları ilə, xüsusilə Baş Prokurorluqla münasibətlərə önəm verdiyini bildirərək, qarşılıqlı əlaqələrin genişlənməsinin perspektivlərindən danışıb, uzunmüddətli institusional əməkdaşlığın təsis edilməsinin zəruriliyini vurğulayıb.

Baş prokuror Komissiyanın korrupsiya ilə mübarizədə uğurlu fəaliyyətini yüksək qiymətləndirərək təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlərin və təlimlərin təşkil edilməsi məqsədilə qurumlar arasında işbirliyinin vacibliyini qeyd edib.

Kamran Əliyev Komissiyanın nəzdində fəaliyyət göstərən Honq-Konq Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında səmərəli əməkdaşlığın təmin edilməsinin hər iki qurumun əməkdaşları üçün faydalı olacağını bildirib.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video