Azərbaycan şirkətlərinin məhsulları "Beynəlxalq Yaşıl Həftə"sində
Almaniyanın "Beynəlxalq Yaşıl Həftə"sində Azərbaycanın 15 şirkətinin məhsulları nümayiş olunur.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" sərgisində şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendində öz məhsullarını nümayiş etdirir, sərgi ziyarətçilərinə milli mətbəximiz təqdim olunur.
Azərbaycan məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qaşılanır.
Sərginin ilk günündə Azərbaycan stendini Gürcüstanın kənd təsərrüfatı naziri Otar Şamuqiya, Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və digər şəxslər ziyarət edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizin qeyri-neft ixracı potensialı və coğrafiyası, investisiya və biznes imkanları barədə məlumat verib.
Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 13-cü dəfə təmsil olunur. Builki sərgidə 60 ölkədən 4 mindən çox şirkət iştirak edir.
Sərgi yanvarın 29-dək davam edəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hindistanda 70-ə yaxın aviareys ləğv edildi
08 May
Körlinq idman növünün təqdimatı olub
08 May
Zaxarova: Fransa hərbçiləri ordumuzun hədəfinə çevriləcəklər
08 May
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır ...
08 May
Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq ...
08 May
Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var
08 May
“Apple”ın yeni planşeti təqdim edilib
08 May
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
08 May
Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir ...
08 May
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir...
08 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!