Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir
Tender 1 LOT üzrə keçirilir:
GPON (Giqabit İmkanlı Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılması, LTE (Simsiz Telefon Rabitəsi) tətbiqi ilə baza stansiyalarının quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədi ilə iş və xidmətlərin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini imzalanmış və möhürlənmiş ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 2000 (iki min) manat (ƏDV daxil) iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına köçürdükdən sonra "Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında tenderin əsas şərtlər toplusunu ala bilərlər.
VÖEN: 9900044741
Hesab: AZ14AZPO91015461200420100157
Bankın adı: "Azərpoçt” MMC PF 1
Kodu: 691011
Bankın VÖENi: 9900037711
M/h: AZ76NABZ01350100000000094944
S.W.I.F.T: AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
Tenderdə iştirak etmək istəyənlər 19 oktyabr 2020-ci il saat 17:00-dək aşağıdakı sənədləri "Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1faiz bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin olmaması haqqında müvafiq vergi və sosial orqanlarından arayış.
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
9. İddiaçının müvafiq mallar üzrə uyğunluq sertifikatları.
10. Digər sənədlər.
İddiaçılar tender təklifini və bank təminatını möhürlənmiş ikiqat zərfdə 27 oktyabr 2020-ci il saat 17:00-a qədər "Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru 28 oktyabr 2020-ci il saat 11:00-da "Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Məmmədov Faiq, tel.: (+994 12) 498-39-29
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!