08 Dekabr 2023 10:45
7797
Oxucu məktubları
A- A+

Ailəmiz üçün yeni ev tikildi

 

Müstəqil Azərbaycanın hərb tarixində şanlı səhifə açan 44 günlük Vətən müharibəsindən 3 il keçsə də, o qanlı-qadalı günlər bu gün də xatırlanır.
Mən də həmin qürurlu günlərin birbaşa iştirakçısıyam. Döyüşlərin birində ağır yaralandım. "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", eləcə də "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olundum.
Hörmətli redaksiya! Fəxr edirəm ki, qazanılan qələbədə mənim də payım var.  Rayon rəhbərliyi tez-tez məni yada salır və qayğılarımla maraqlanır. Bu yaxınlarda yaşayış şəraitimizi yaxşılaşdırmaq üçün bizə ev də inşa edildi. İndi geniş və hər bir şəraiti olan evdə yaşayırıq. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk.

Fəqan RƏHİMOV,
Qazax rayonu Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video