Ağ cırtdanın cazibə qüvvəsi qonşu ulduzun formasını dəyişib
Astronomlar Əkizlər bürcündə qeyri-adi qoşa ulduz aşkar ediblər. Onlardan biri qonşunun cazibə qüvvəsinin təsiri altında damcı formasını alıb. Yetmiş milyon ildən sonra onlar qovuşacaq və nəticədə ifrat yeni partlayış baş verəcək. Tədqiqatın nəticələri “Nature Astronomy” elmi jurnalında dərc edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəliflərindən biri, Vorvik Universitetinin elmi işçisi İndqrid Pelisolinin fikruncə, ağ cırtdan qonşunun plazmasının onun səthinə birbaşa axması üçün kifayət qədər çox materiya uda bilər. Əgər bu baş verməsə, onda ulduzlar tədricən yaxınlaşacaq və qovuşacaq. İstənilən halda ifrat yeni partlayış baş verəcək.
Astronomlar öz enerji mənbələri olmayan, “yanmış” kiçik ulduzların nüvəsini ağ cırtdan adlandırırlar. Onlar Günəşdən on dəfədən çox ağır olmayan ulduzların ömrünün son mərhələsində meydana gəlir. Belə ulduzlar ifrat yeni formada partlamır, lakin öz xarici qabığını tullayır. Nəticədə dumanlıq yaranır, onu da əvvəlki nüvə içəridən “işıqlandırır”.
Ağ cırtdanların kütləsi Çandrasekar həddini ötə bilməz. Ona çatdıqda “yanmış” ulduzun nüvəsinin materiyası elə sıxlaşır ki, onun atomları mövcud olmur və neytron ulduza çevrilir. Ənənəvi olaraq hesab edilir ki, bu hədd Günəşin kütləsindən təqribən 1,44 dəfə çoxdur, lakin onun dəqiq qiyməti müəyyən edilməyib.
Demək olar, bütün ağ cırtdanlar həmin həddən çox uzaqdır. Lakin bu cür yanmış qoşa ulduzların, habelə ağ cırtdanın və adi ulduzun qovuşması nəticəsində həmin hədd üstələnir. Nəticədə birinci tip ifrat yeni güclü termonüvə partlayış baş verir və hər iki ulduzun, demək olar, bütün materiyası işığa və enerjiyə çevrilir.
Pelisoli və onun həmkarları yaxın vaxtlarda (astronomik hesablamalar üzrə) bənzər partlayış doğuracaq qoşa ulduz kəşf ediblər. Onlar Yer tipində ekzoplanet axtarışı üçün 2019-cu ildə buraxılışmış TESS orbital teleskopunun göndərdiyi məlumatları araşdırıblar. Alimlərin diqqətini Yerdən 1,5 min işıq ili məsafəsində Əkizlər bürcündə yerləşən, işığı dövri olaraq artan və azalan HD265435 ulduzu cəlb edib. Bir qayda olaraq, belə dəyişmə adətən ulduzun ətrafında bir və ya bir neçə planetin olduğunu göstərir. Lakin budəfəki halda alimlər sözügedən ulduz sisteminin quruluşunun son dərəcə ekzotik xarakterini kəşf ediblər. Alimlərin fikrincə, işıqlanmanın gücündəki dəyişiklik onunla əlaqədardır ki, HD265435 bizim görə bilmədiyimiz ağ cırtdan və isti subcırtdandan ibarətdir. Pelisoli və həmkarları müəyyən ediblər ki, isti subcırtdanın forması ulduz üçün son dərəcə qeyri-tipikdir. O, ağ cırtdanın cazibə qüvvəsinin təsiri altında damcı formasında dartılıb. Alimlərin hesablamalarına görə, hər iki ulduz qravitasiya dalğalarının şüalanmasına görə enerjini itirdiyi üçün onlar arasında məsafə fasiləsiz olaraq azalacaq. Bu, 70 milyon ildən sonra onların qovuşmasına və kütləsi Günəşdən azı 1,65 dəfə çox olan yeni obyekt doğuracaq. HD265435 ulduz sistemini bu xüsusiyyəti onu Yerə ən yaxın birinci tip ifrat yeni “yaranış” edir. Gələcək tədqiqatlar ağ cırtdanların və isti subcırtdanların qovuşmasının belə partlayışları nə dərəcədə tez-tez doğurmasını başa düşməyə imkan yaradacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!