ABŞ-nin təkzibi gerçəyi dəyişmir
Ermənistana göstərilən hərbi yardımlar ona fayda verməyəcək
"Prezident İlham Əliyev 5 aprel tarixli üçtərəfli görüş haqqında əvvəlcədən fikirlərini bildirərək, Azərbaycanın narahatlığını ifadə etmişdi. Bütün bunların Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını vurğulamışdı. Konfrans çərçivəsində həm ABŞ-nin, həm də Avropa İttifaqının Ermənistanla ayrıca görüşlərinin baş tutması da bu danışıqlarda şübhəli məqamlar olduğunu göstərdi".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. Deputat bildirib ki, narahatlığımızı görərərək Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ-nin Dövlət katibi Entoni Blinken görüşdən əvvəl Prezident İlham Əliyevə zəng edərək konfransda yalnız iqtisadi məsələlərin müzakirə olunacağını bildirdilər. Azərbaycan Prezidenti isə onlara öz fikirlərini çatdırdı. Azərbaycanın görüşdə iştirak etməməsi bu konfransda Ermənistanla yalnız iqtisadi deyil, həm də hərbi məsələlərin müzakirə olunacağına əminlik yaradırdı.
Elə gözlənilən kimi də oldu. ABŞ Ermənistana KTMT-nin birgə hava hücumundan müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, onların hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün xüsusi hazırlanmış analitik qrup göndərilməsi vədini verdi. Bu, ABŞ-nin və Qərbin bölgədə hələ də sabitliyə və sülh müqaviləsi imzalanmasına gedən yolda əngəl olduqlarını göstərir.
Deputat vurğulayıb ki, görüş zamanı Amerika və Aİ-nin Ermənistana təklifləri yalnız Rusiyanın təsirini azaltmaq deyil, həm də onu silahlandıraraq Azərbaycana qarşı revanş hərəkətlərə sövq etmələrinin əyani sübutudur: "Digər diqqətçəkən məsələ Ermənistanın sərhəd bölgəsində yenidən qiymətləndirmə aparılması və lazımi hərbi avadanlıqların verilməsidir. Bu kontekstdən baxsaq, ABŞ tərəfindən Ermənistanın hərbi avadanlıqlarla təmin edilməsi birmənalı olaraq regionda vəziyyəti gərginləşdirmək, sülhü əngəlləmək məqsədi daşıyır. Bununla onlar həm Ermənistanı Rusiyanın əlindən qoparmaq, həm də onu Qərbə inteqrasiya etmək istəyirlər. Bu məqsədlə də Ermənistanı silahlandırırlar. Bu, çox təəccüblü deyil. Azərbaycan torpaqları işğal altında olan zaman da ABŞ Fransa ilə birlikdə məsələnin həll olunmasına deyil, beynəlxalq hüquqdan yan keçərək vəziyyəti dondurmağa çalışıb. Hətta bu məsələni Ermənistanın xeyrinə həll etmək üçün əllərindən gələni ediblər. Lakin Azərbaycanın gücü, ölkə rəhbərinin qətiyyətli siyasəti bütün bunların üstündən xətt çəkdi və ölkəmiz Vətən müharibəsində zəfər qazandı. İndi də bu qüvvələr aktivləşərək Ermənistanı silahlandırmaqla onun hərbi potensialını gücləndirmək istəyirlər".
V.İsgəndərov bildirib ki, ABŞ görüşdə imzalanmış sənədi rəsmi olaraq təkzib etsə də, yalnız iqtisadi, maliyyə məsələləri açıqlansa da, belə deyil, çünki bağlı qapılar arxasında hərbi məsələlərin müzakirə olunduğu, bu istiqamətdə pakt imzalandığı bəllidir. Amma Ermənistana göstərilən hərbi yardımlar ona fayda verməyəcək. İndiyədək Amerikanın və Avropanın digər dövlətlərə nələr söz verdiyi və hansı nəticələr verdiyi onlara dərs olmalıdır.
Ermənistanın silahlanma yarışına girməsinin yolverilməz olduğunu deyən deputat qeyd edib ki, Azərbaycanın hərbi qüdrəti onsuz da artır. Bununla belə, rəsmi Bakı yenə də sülhün tərəfdarıdır. Ermənistana vaxt itirmədən sülh müqaviləsinin imzalanması və regionda dayanıqlı sülhün təmin olunması üçün davamlı çağırışlar edir. Təəssüf ki, hələ də özünün maşa kimi istifadə olunmasına şərait yaradan Ermənistan silahlanma yarışına girərək bölgəyə gərginlik gətirir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır...
03 May
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May
Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir
03 May
Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yar...
03 May
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
03 May
Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır...
03 May
BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib
03 May
İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb
03 May
Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətiri...
03 May
“Azeri Light” markalı neft ucuzlaşıb
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!