14 Yanvar 2026 08:00
1094
SİYASƏT
A- A+
Zəngəzur dəhlizi: Qafqazdan dünyaya açılan yeni nəqliyyat arteriyası

Zəngəzur dəhlizi: Qafqazdan dünyaya açılan yeni nəqliyyat arteriyası


Azərbaycan "Şərq-Qərb", "Şimal-Cənub" marşrutlarının əvəzolunmaz tranzit qovşağına çevrilir 


Müasir dövrdə dövlətlərin qlobal rəqabət qabiliyyəti onların nəqliyyat-tranzit imkanları və logistik infrastrukturunun keyfiyyəti ilə birbaşa bağlıdır. Azərbaycan ötən onilliklərdə nəqliyyat sahəsində əsl intibah dövrünü yaşayıb. Ölkəmizin bu sahədə qazandığı uğurlar təsadüfi deyil və vaxtında atılmış uzaqgörən strateji addımların, genişmiqyaslı quruculuq işlərinin məntiqi nəticəsidir. 

Son 20 ildə Azərbaycanda 21 min kilometrdən çox avtomobil yolunun inşası, əsaslı təmiri həyata keçirilib, çoxsaylı körpü və tunellər istifadəyə verilib, dəmir yolları tam modernləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə 3 müasir beynəlxalq hava limanı tikilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt) ümumi yükaşırma nəticələrində davamlı artım müşahidə edilir. Ələt limanı illik 25 milyon ton yükdaşıma gücünə malikdir. 

Azərbaycan Avrasiya materikinin ən mühüm nəqliyyat-tranzit mərkəzlərindən biri kimi özünü təsdiqləyib. Ölkəmiz yalnız "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutları üzrə yük axınını təmin etmir, həm də bu layihələrin perspektivli inkişaf modelini formalaşdırır. Bu strateji mövqe Azərbaycanın tranzit gəlirlərini uzunmüddətli dövrdə sabit saxlayacaq ən mühüm amildir. 

Yaxın perspektivdə Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi Azərbaycanın logistik gücünü zirvəyə daşıyacaq. Zəngəzur dəhlizi (TRIPP) sadəcə nəqliyyat yolu deyil, regionun iqtisadi taleyini dəyişəcək və Azərbaycanı qlobal tədarük zəncirinin vazkeçilməz hissəsinə çevirəcək bir layihədir. Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ikinci əsas qolu kimi fəaliyyət göstərəcək Zəngəzur dəhlizi (TRIPP) bir neçə strateji üstünlüyü eyni anda təmin edir. İlk növbədə İrana gedən dəmir yolu xətti yenidən canlanacaq ki, bununla Rusiya-Bakı-Ağbənd-Naxçıvan-Culfa xətti ilə Fars körfəzinə çıxış əldə olunacaq. 

Bakı yalnız Zəngəzur dəhlizi (TRIPP) ilə kifayətlənmir, strateji təhlükəsizliyini təmin etmək üçün alternativ yolları da paralel inkişaf etdirir. Ağbənd qəsəbəsində Azərbaycanın maliyyə vəsaiti hesabına tikilən körpü Naxçıvana ikinci alternativ yol açır. Bundan əlavə, Türkiyə ilə əldə olunan razılaşma əsasında inşa ediləcək Qars-Naxçıvan dəmir yolu muxtar respublikanın birbaşa Türkiyə və Avropa dəmir yolları şəbəkəsinə qoşulmasını təmin edəcək. Naxçıvandan yüklər iki əsas səmtə - həm Türkiyə vasitəsilə Avropaya, həm də İran üzərindən Yaxın Şərqə paylanacaq. Çindən Avropaya gedən yüklərin daşınmasında bu yol ən səmərəli və sürətli alternativlərdən biridir. Bu çoxşaxəli yanaşma Azərbaycanı həm şərq-qərb, həm də şimal-cənub oxunda əvəzedilməz strateji partnyora çevirir. Dəhlizin illik 15 milyon ton yük qəbul etmək imkanı onun iqtisadi gücünü göstərir. Layihə təkcə ticarəti deyil, həm də regionda təhlükəsizliyi, turizmi və humanitar əlaqələri də stimullaşdıracaq.

Dəhlizin praktiki icrası istiqamətində böyük irəliləyişlər əldə edilib. Ölkə daxilindəki (Ağbənd istiqaməti) infrastruktur artıq tam yekunlaşıb. Naxçıvan Muxtar Respublikası ərazisindəki 190 kilometrlik dəmir yolu şəbəkəsinin yenidən qurulması sürətlə davam edir. Qalan kiçikmiqyaslı işlər də cari ildə yekunlaşdırılacaq. 

Prezident İlham Əliyevin yanvarın 5-də yerli media nümayəndələrinə verdiyi müsahibədə diqqət mərkəzində olan başlıca mövzulardan biri də Zəngəzur dəhlizinin (TRIPP) perspektivləri və bu layihənin regionun gələcək inkişafındakı rolu idi. Dövlət başçısı bu dəhlizi yalnız adi nəqliyyat marşrutu deyil, Azərbaycanın əsas torpaqları ilə Naxçıvanı birləşdirən tarixi-coğrafi bağın bərpası və beynəlxalq yükdaşıma potensialının artırılması üçün həlledici strateji addım kimi qiymətləndirdi: "Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir...Sözsüz ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq. Bu gün Azərbaycandan Qərbə doğru bir dəmir yolu marşrutu var, onların sayı iki olacaq. İki həmişə birdən yaxşıdır, xüsusilə açıq okeana çıxışınız olmadığı və qonşu ölkələrdən keçməli olduğunuz bir şəraitdə...Bu axınlar isə hamımızın bildiyi kimi, bir çox istiqamətdə hərəkət edə bilər. Buradan iki istiqamətdə qərbə, bir istiqamətdə və daha sonra iki istiqamətdə - yenidən Zəngəzur dəhlizi vasitəsilə cənuba, Yaxın Şərqə, Fars körfəzinə və əlbəttə ki, şimal istiqamətinə doğru axın olacaq ki, bu istiqamət də tam istifadəyə veriləcək".

Bu layihənin ABŞ administrasiyası səviyyəsində dəstəklənməsi məsələnin artıq siyasi müstəvidə öz həllini tapmasından xəbər verir. Prezidentin açıqlamaları göstərir ki, Zəngəzur dəhlizi (TRIPP) artıq geridönməz bir prosesdir. Ermənistanın bu layihədən kənarda qalması isə yalnız öz iqtisadi təcridini dərinləşdirə bilər. Onilliklər boyu davam edən işğalçı siyasət bu ölkəni regionun nəhəng enerji və logistika layihələrindən kənarda saxlayıb. Zəngəzur dəhlizinin (TRIPP) açılması dənizə çıxışı olmayan Ermənistanın iqtisadi blokadadan qurtulması üçün unikal bir fürsətdir. Dövlətimizin başçısı müsahibədə bu məsələyə də toxunub: "Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur...Amma yenə də deyirəm, bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb". 

Azərbaycan həm diplomatik, həm də infra-struktur baxımından Cənubi Qafqazın nəqliyyat xəritəsini yenidən formalaşdıran tərəf kimi çıxış edir. Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın geosiyasi çəkisini artırır, ölkəni regionun logistik və kommunikasiya mərkəzlərindən birinə çevirir. Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artması fonunda Zəngəzur dəhlizi (TRIPP) qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq. Yükünü Zəngəzur dəhlizi (TRIPP) ilə daşıyan dövlətlər və transmilli korporasiyalar regionun sabitliyində maraqlı olacaqlar ki, bununla Azərbaycan beynəlxalq aləmdə daha nüfuzlu və güclü dəstəyi olan dövlətə çevriləcək. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!