29 Noyabr 2026 13:59
649
DÜNYA
A- A+
Zelenski: Rusiya həftə ərzində Ukraynaya 2000-ə yaxın dronla hücum edib

Zelenski: Rusiya həftə ərzində Ukraynaya 2000-ə yaxın dronla hücum edib

Bu həftə Rusiya Ukraynaya 1960-dan çox hücum dronu, 1600-dən artıq idarə olunan aviabomba və 8 raket atıb. Rusiya ordusu yaxınlaşan soyuq hava şəraitindən istifadə edərək enerji və digər mühüm infrastruktura zərbələr endirməyə çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski həftənin yekunlarına dair açıqlamasında bildirib.

Dövlət başçısı deyib ki, hesabat dövründə Vinnitsa, Kirovoqrad, Rivne, Xarkov və Odessadakı yarımstansiyalar hədəfə alınıb: “Təəssüf ki, bir çox zərbələr yaşayış binalarına da dəyib. Dünən gecə Rusiya dronunun Odessadakı çoxmərtəbəli binaya zərbə endirdiyi bildirilir. Nəticədə bir qadın həlak olub. Zaporojyedə isə gecə ərzində Rusiya idarə olunan aviabombasının yaşayış binaları arasına düşdüyü ərazidə axtarış-xilasetmə əməliyyatları aparılıb. Yaxınlıqda heç bir hərbi obyekt olmayıb. Zərbə nəticəsində 14 yaşlı qız da daxil olmaqla beş nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidməti yeniyetməni dağıntılar altından xilas edə bilib. Lakin təəssüf ki, bu hücumda onun anası həyatını itirib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Vinnitsaya hava zərbəsi endirib, ölənlər var

20:19
29 Noyabr

Qazaxıstanda səsvermə başa çatıb

19:51
29 Noyabr

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı məğlub edib

19:08
29 Noyabr

Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib

17:57
29 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:47
29 Noyabr

Premyer Liqa: “Şamaxı” öz meydanında qələbə qazanıb

16:41
29 Noyabr

Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib

14:56
29 Noyabr

Zelenski: Rusiya həftə ərzində Ukraynaya 2000-ə yaxın dronla hücum edib

13:59
29 Noyabr

Noyabrın son günündə hava yağıntılı olacaq: leysan və qar gözlənilir

12:39
29 Noyabr

Moskvada çox uşaq sahibi olan ailələrin sayı açıqlanıb

11:09
29 Noyabr

Rusiya ordusunun PUA bölməsinin daimi yerləşdirilmə məntəqəsinə zərbə endirilib

09:04
29 Noyabr

Ukrayna mediasında müharibə ilə bağlı bəzi məlumatların yayılması qadağan edilib

21:59
28 Noyabr

Rusiyanın neft obyektlərinə zərbələrin endirildiyi təsdiqlənib

21:19
28 Noyabr

İstanbulda Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub

19:29
28 Noyabr

Mədəniyyət naziri TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib

18:17
28 Noyabr

Almaniya səfiri: Diplomatik Qış Bazarı xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından gözəl fürsətdir

17:21
28 Noyabr

İçərişəhərdə 25 ölkənin səfirliyi Diplomatik Qış Bazarında bir araya gəlib

14:33
28 Noyabr

Bazar gününün hava proqnozu açıqlanıb

12:57
28 Noyabr

Ə.A.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında  

12:45
28 Noyabr

Ə.H.Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında  

12:17
28 Noyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb  

11:56
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!