12 Noyabr 2026 09:40
593
CƏMİYYƏT
A- A+
Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub


Zaqatala şəhərindəki Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında Vətən Müharibəsi Qəhrəmanı, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabiti, mayor Şixamir Qaflanovun büstünün açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, mərasimdə Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Asif Əsgərov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, rayon polis şöbəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhid ailələrinin üzvləri, qazilər, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edənlər Şixamir Qaflanovun şərəfli döyüş yolundan, Vətənə sədaqətindən və göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar.

Daha sonra tədbir iştirakçıları qəhrəmanın büstü önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, mayor Şixamir Qaflanov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Vətən müharibəsində peşəkarlığı və döyüş şücaəti ilə seçilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!