Yuxusuzluğun fəsadları
Yuxu ətraf mühitə reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. İnsan ömrünün üçdəbir hissəsini yuxuda keçirir. Yuxu zamanı orqanizm enerjini bərpa edir, immunitet yüksəlir. Müasir dövrdə həyat tərzi, iş rejimi, bəzi sosial və ictimai problemlər yuxu rejiminə mənfi təsir göstərir. Hazırda insanların üzləşdiyi ən böyük problemlərdən biri yuxusuzluqdur. Dünyada hər on nəfərdən beşi bu çətinliklə üzləşir.
Yuxusuzluq ilk baxışdan adi hal kimi görünsə də, əslində, insan həyatını risk altında qoyan ən böyük xəstəliklərdən biridir. Mütəxəssislər bildirirlər ki, hər bir insan sutkada 7-8 saat yatmalıdır. Lakin yuxunun müddəti qədər keyfiyyəti də olduqca önəmlidir. Bəzən insanlar bütün gecə boyu yatsalar da, səhər özlərini əzgin və yorğun hiss edirlər. Ona görə də yuxusuzluğun səbəblərini öyrənmək, onun yarada biləcəyi xəstəliklərin qarşısını vaxtında almaq lazımdır.
Yuxu problemləri həyat keyfiyyətini azaldır
Yuxusuzluğun səbəblərinin müxtəlif olduğunu deyən həkim-terapevt Nahid Məhərrəmov bildirib ki, bunlar əsasən narahatlıq və stres kimi psixoloji təsirlər, narkotik maddələr, kofeinli və alkoqollu içkilər, sosial amillərdir: "İnsanlar gecə yuxusuna xüsusilə önəm verməlidirlər. Gecə vaxtı insan orqanizmi yuxu hormonu deyilən melatonin hormonunu ifraz edir. Melatonin yalnız tam qaranlıqda və çox qısa müddətdə - 23:00-dan 01:00-a qədər ifraz olunur. Bu hormon orqanizmdə hüceyrələrin yenilənməsini, bioloji saatı, yuxu ritminin və bədən istiliyinin tənzimlənməsini təmin edir. Yuxu zamanı immunitet sistemi orqanizm üçün faydalı zülallar ifraz edir. Əgər insan nizamlı və keyfiyyətli yuxu almasa, bu zülalların miqdarı yetərli qədər olmur".
Terapevt qeyd edib ki, bəzən insanlar yuxuya gedə və ya dərin yuxu yata bilmirlər: "Bir həftəyə qədər davam edən yuxusuzluq keçici, bir həftə ilə üç aya qədər - yarımkəskin, üç aydan artıq davam edərsə, xronik adlanır. Belə insanlar oyandıqdan sonra özlərini yorğun hiss edirlər. Yuxusuzluq təkcə enerji səviyyəsini və əhvalı deyil, həm də sağlamlığı və həyat keyfiyyətini azalda bilər. Mütəxəssislər gecə 7-8 saat yatmağı məsləhət görürlər. Bəzi insanlar həyatının bir dönəmində günlərlə davam edən qısamüddətli yuxusuzluq yaşayırlar. Bu vəziyyət, adətən, stres, kəskin xəstəlik, yuxu rejiminin dəyişməsi zamanı baş verir. Normal yuxunun bərpasından sonra keçici yuxusuzluq orqanizmdə neqativ izlər qoymur".
Xroniki yuxusuzluq bir sıra xəstəliklərə səbəb olur
Yuxusuzluq immun sisteminin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur, müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. N.Məhərrəmov deyir ki, xroniki yuxusuzluq yaşayan insanların orqanizmlərində xroniki ağrı, diabet, ürək-damar, astma, depressiya, parkinson və altsheymer xəstəliyindən xəbər verə bilər: "Yetərsiz yuxu artıq çəki, piylənmə və diabet riskini artırır. İnsulin hormonu qanda şəkərin normada qalmasına xidmət edir. Ancaq yuxusuzluq bu prosesi pozur. Gecə 4-5 saat yatan insanların əksəriyyətində insulin müqavimətinin artması müşahidə olunur. Nəticədə 2-ci tip diabet əmələ gələ bilər. Bu digər hormonların da ritmi pozulmasına səbəb olar".
Mütəxəssisin sözlərinə görə, hər gecə 1-2 saat daha az yatmaq ürək döyüntülərinin sayını və qan təzyiqini artırır. Sürətli olaraq pozulan və ya azalan yuxu, əsasən də dərin yuxu problemləri sinir sisteminin degenerativ xəstəliklərinə gətirib çıxarır. Dərin yuxu yaddaşa, konsentrasiyaya və qərar qəbul etmə proseslərinə birbaşa təsir göstərir, eyni zamanda gün ərzində alınan məlumatı qismən emal etməyə kömək edir. Bundan əlavə, insan orqanizmi əsasən yuxuda olduğu zaman bədəndəki yaraları bərpa edir, zərərli maddələri kənarlaşdırır və sağalma proseslərini başlayır.
"Sağlam yuxu böyümə hormonu üçün də çox önəmlidir. Bu hormon sayəsində əzələ və sümük kütləsinin böyüməsi baş verir. Yuxu pozğunluqlarında, bütün bu proseslər nəzarətdən çıxır. Yetkinlik yaşına çatan insanlar üçün normal yuxu rejimi əvəzolunmazdır. Yuxu dərinin təravətli görünməsində və dəri hüceyrələrinin yenilənməsində xüsusi rol oynayır. Yuxusuzluğun müalicəsində əvvəlcə bunun səbəbini araşdırmaq lazımdır. Bəzən xəstələr həkim tövsiyəsi olmadan müxtəlif yuxugətirici vasitələr istifadə edirlər. Bu cür yanaşmalar zamanla müxtəlif problemlərə gətirib çıxarır. Yuxusuzluğu aradan qaldırmaq üçün yuxu və oyaqlıq balansının nizamlanması, aktiv həyat tərzi, təmiz havada gəzinti olduqca vacibdir. Həmçinin son qida qəbulunun yatmazdan ən azı 3-4 saat əvvəl olması tövsiyə olunur", - deyə terapevt qeyd edib.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb...
30 Iyun
İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür
30 Iyun
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!