13 Oktyabr 2024 22:07
538
DÜNYA
A- A+
Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb

Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb

Yunanıstan əhalisinin 2070-ci ilə qədər 25% azalacağı gözlənilir. Bu isə Avropa İttifaqının 4 faizlik orta göstəricisindən xeyli yüksəkdir. 2022-ci ildə ölkədə təxminən 77 min körpə dünyaya gəlib ki, bu da son yüz ilin ən aşağı doğum səviyyəsidir. Ölüm halları isə iki dəfə çox olub – 140 min nəfər.

AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, 2021-ci ildə əhalinin son siyahıyaalınması 10 il ərzində ümumi əhali sayının 3,1 faiz azalaraq 10,5 milyon nəfərdən də aşağı düşdüyünü göstərdi. Bu, ilk növbədə ölkənin keçirdiyi iqtisadi böhranla əlaqədardır. Böhran illərində yarım milyon insan, xüsusilə əhalinin gənc və təhsilli təbəqəsi ölkəni tərk edib. Qalanlar isə yüksək işsizlik və aşağı əmək haqqı ilə xarakterizə olunan əmək bazarının ağır şərtləri ilə üzləşiblər. Bu problem yunanların sabit karyera və ailə qurmasına mane olur və onları xoşbəxtlik axtarışında xaricə üz tutmağa vadar edir.

Gənc əhalinin sürətlə azalması, doğum səviyyəsinin aşağı düşməsi və əhalinin qocalması onsuz da iqtisadi çətinlikləri olan ölkədə vəziyyəti bir az da ağırlaşdırır. İqtisadçılar pensiya sistemi və səhiyyə xidmətinin təzyiq altında olduğunu bildirirlər.

Yunanıstan hökuməti məsələnin aktuallığını dərk edərək, 2023-cü ildə sırf demoqrafik problemin həlli ilə məşğul olan Sosial Həmrəylik və Ailə Məsələləri Nazirliyini yaradıb. Nazir Sofiya Zaxarakinin rəhbərliyi ilə vergi güzəştləri və yeni doğulmuş uşaqlar üçün dövlət müavinətlərinin artırılması da daxil olmaqla bir sıra tədbirlər həyata keçirilib. Lakin bu islahatların ölkədən kənarda həyatını qurmuş insanları geri qaytaracağı sual altındadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!