Xüsusi təyinatlıların əfsanəsi
"Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidqi-ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".
Bu sözləri 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində dünyaya göz açan xüsusi təyinatlıların əfsanəsi, Aprel döyüşlərində qana susamış ermənilərə qan qusduran, bu gün adı dillərdən düşməyən Pəncəli Teymurov 2013-cü ildə öz toy günündə bildirmişdi. Qəhrəman Vətən sevdalısı üç il sonra - ömrünün 35-ci baharında arzusuna çatdı. Şanlı zəfərimizin başlanğıcı olan Aprel döyüşlərinin üçüncü günündə son damla qanına qədər vuruşaraq qəhrəmancasına əbədiyyət adlı dünyasına qovuşdu. Ölümsüz həyatı ilə milyonların qəlbinə köç edən Astaranın igid oğlu dövlət tərəfindən "İgidliyə görə", "Vətən uğrunda" və digər medallara layiq görüldü.
Vətənin müqəddəsliyinə tapınan, qəlbən onun torpağına, daşına bağlanan Pəncəli 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olmağa və yurduna dadanmış yağıdan qisas almağa söz vermişdi. Orta məktəbi başa vurub ürəyində Vətənə məhəbbət, düşmənə nifrət 1999-cu ildə ordu sıralarına yola düşdü. Xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələndi və hərbi hissənin ən mahir kəşfiyyatçısı oldu. Mübarizə meydanında düşmənə qalib gəlmək üçün son dərəcə mərd, cəsur, ağıllı gənc verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi, ən çətin təlimlərdə belə fərqləndi. Məhz bunlara görə əsgərlərin, zabitlərin sevimlisinə çevrildi.
Pəncəlinin əsgərlik həyatı başa çatsa da, düşməndən alacağı qisas anı hələ qalırdı. Odur ki, hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirməyə qərar verdi. O gündən düşmənə nifrəti günbəgün alovlanırdı. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izlədi və əlverişli məqam düşən kimi o dünyaya göndərdi. Bundan sonra erməni ordusunda böyük çaxnaşma yarandı. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabitin və 20 əsgərin olduğu "Ural" markalı maşını partladaraq onların hamısını məhv etdi. Bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sora pusqudan çıxaraq növbəti dəfə düşmənin canına vəlvələ salmışdı.
17 il Azərbaycan Ordusunda xidmət etmiş Pəncəli Teymurov öz doğma Vətənini göz bəbəyi kimi qorumuş, 2016-cı ilin Aprel döyüşlərində isə sonuncu borcunu şərəflə verərək şəhidlik zirvəsinə ucalmışdır.
Zəfər ORUCOĞLU
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb...
30 Iyun
İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür
30 Iyun
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
Qurtuluş missiyası15 Iyun 2024
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
Sülh uğrunda müharibə26 Iyun 2024
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
Adın nədir - Daşdəmir...21 Iyun 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!