10 Noyabr 2025 13:03
514
SİYASƏT
A- A+
Xarici media: Bakıda keçirilən Hərbi parad möhtəşəm idi

Xarici media: Bakıda keçirilən Hərbi parad möhtəşəm idi


Vətən Müharibəsindəki şanlı Zəfərin beşinci ildönümü şərəfinə Bakının Azadlıq Meydanında keçirilən möhtəşəm hərbi parad aparıcı qlobal medianın diqqətini çəkib. Bildirilir ki, bu, güc, birlik və gələcəyə inam paradı idi. Paradda Azərbaycan ordusu dronlar, raket sistemləri və zirehli texnika da daxil olmaqla müasir silahları nümayiş etdirdi. Bu nailiyyətlər Azərbaycanın hərbi texnologiyalarının inkişafına və kadr hazırlığına kömək edən Türkiyə və Pakistanla sıx əməkdaşlığın nəticəsidir. Üç dövlətin liderlərinin paradda  birgə iştirakı isə dünyaya nümayiş etdirdi ki, Bakı, Ankara və İslamabad arasındakı dostluq sözlə məhdudlaşmır və əməllə dəstəklənir.

Qonşu Rusiyanın bir sıra nəşrləri Hərbi parad barədə məqalələr yayımlayıb. Bu ölkənin “Gazeta.ru” nəşri paradın miqyasına diqqət çəkərək 5 mindən çox hərbçinin iştirak etdiyini və 150-dən artıq hərbi texnikanın nümayiş etdirildiyini, eləcə də Xəzər dənizində hərbi gəmilərin düzüldüyünü qeyd edib. “News.ru” Prezident İlham Əliyevin çıxışındakı simvolik ifadəni ön plana çəkib: “Onlar Bakıda çay içmək istəyirdilər, indi Azərbaycan çayını istintaq təcridxanasında içirlər”. “Vestikavkaza.ru” isə tədbirdə mötəbər qonaqların - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Həmdan bin Məhəmmədin iştirak etdiklərini vurğulayıb.

İspaniyanın EFE agentliyi də Hərbi parada xüsusi diqqət ayırıb. Agentliyin yayımladığı xəbərdə İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi paradda Türkiyə və Pakistan liderlərinin də iştirakı vurğulanıb. Xəbərdə əsasən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Baş nazirinin fikirləri diqqətə çatdırılıb, liderlərin Azərbaycanın qələbəsinin regionda sülh, inkişaf və əmin-amanlıq üçün yeni səhifə açması barədə fikirləri qeyd olunub. Bu xəbər İsveçrənin “Swissinfo.ch” nəşri tərəfindən də EFE-yə istinad olunaraq yayımlanıb.

Rumıniyanın “Ultima-ora” nəşri Prezident İlham Əliyevin paraddakı çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycana, Azərbaycan xalqına və Ordusuna dəstəyi barədə fikrinə xüsusi yer verib.

Misirin aparıcı media qurumları, o cümlədən “Al Shorouk”, “Al Ahram” və “Cairo24” nəşrləri də Bakıda keçirilən Hərbi paradı geniş işıqlandırıb. Xəbərlərdə paradda iştirak edən ali qonaqlar, nümayiş olunan hərbi texnika, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı barədə ətraflı məlumat verilib. 

Birləşmiş Ərəb Əmirliklərinin aparıcı media qurumları da, o cümlədən “ARN News Centre”, “UAE BARQ”, “Emarat Al Youm”, “Al Bayan”, “Sharjah24” və “20Four” portalları Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıb. Xəbərlərdə Bakıda keçirilən Hərbi paradın möhtəşəmliyi, nümayiş etdirilən hərbi texnika və Azərbaycan Ordusunun hərbi qüdrəti barədə ətraflı məlumat verilib. Xüsusi diqqət Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paraddakı çıxışlarında səsləndirdiyi fikirlərə yönəldilib. Materiallarda Azərbaycan və Türkiyə liderlərinin regional əməkdaşlıq, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması barədə bəyanatları da yer alıb.

Gürcüstanın nüfuzlu “1tv.ge”, “24news.ge”, “aktual.ge”, “interpress.ge” portalları Azərbaycanda Vətən müharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbi parad və bayramla bağlı xəbərlər yayıblar. Yayımlanan xəbərlərdə Azərbaycanda Zəfər Gününün təntənəli şəkildə qeyd olunması, Vətən müharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı Bakıda keçirilən Hərbi parad və bu tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin, eləcə də digər rəsmi şəxslərin iştirak etmələrindən, Azərbaycan və Türkiyə prezidentlərinin çıxışından materiallar yayıblar.

Moldovanın nüfuzlu “Moldova Today” nəşri Bakıda keçirilən Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakına, üç qardaş ölkənin liderlərinin çıxışlarına, nümayiş olunan hərbi texnikaya və regionda sabitliyin güclənməsinə xüsusi diqqət ayırıb. “Bu parad təkcə silahların nümayişi deyil, regionda yeni geosiyasi reallığın başlanğıcıdır”, - deyə nəşrdə xüsusi vurğulanıb.

Bolqarıstanın “24 Chasa” nəşrində paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfərinin Türk dünyası üçün qürur mənbəyi olması, Qarabağın azad edilməsinin bütün Türk dünyası üçün əhəmiyyəti barədə fikirlərinə yer verilib. Bundan başqa, Türkiyənin Azərbaycana fəal dəstəyi, qələbənin qazanılmasında Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqın birliyinin rolu vurğulanıb, işğaldan azad edilmiş ərazilərdə inkişaf, sülh və əmin-amanlığın bərqərar olduğu qeyd edilib.

Hərbi parad barədə nüfuzlu “Forbes” jurnalı, Səudiyyə Ərəbistanının ingilisdilli “Arab News” və digər media qurumları da xəbərlər yayımlayıb. “Forbes” jurnalında dərc olunan geniş reportajda Hərbi paradın Azərbaycanın hərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanın xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ən müasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qeyd olunub.

Pakistanın aparıcı media qurumları, o cümlədən “ARN News Centre”, “AAJ News (AAJ TV)”, “The Express Tribune”, “Brecorder”, “Geo News”, “24 News HD”, “Minute Mirror”, “Lead Pakistan”, “Dawn” televiziya və nəşrlərinin yayımladığı xəbərlərdə Hərbi paradın möhtəşəmliyi, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı, nümayiş olunan hərbi texnika və aviasiya qüvvələri barədə məlumat verilib. Xüsusi diqqət Azərbaycan Prezidentinin çıxışına yönəldilib, dövlətimizin başçısının Türkiyə və Pakistanın Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli dəstəyi barədə fikirləri geniş işıqlandırılıb. Həmçinin, Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mübarizəsi zamanı göstərdiyi möhkəm dəstəyə görə Pakistana təşəkkür etdiyi, rəsmi İslamabadın Cənubi Asiyada regional sabitliyin təmin edilməsindəki rolunu yüksək qiymətləndirdiyi vurğulanıb. Xəbərlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirakı xüsusi qeyd olunub, üç qardaş ölkənin ordularının sıx əməkdaşlığı diqqətə çatdırılıb. Pakistan mediasında Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycan Prezidenti ilə görüşü, eləcə də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü barədə də məlumat verilib.

Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları, o cümlədən Anadolu agentliyi, “TRT Avaz”, “TRT Haber”, “A Haber”, “Haber Global”, NTV televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “HaberTürk”, “Akşam”, “Sabah”, “Yeni Şafak”, “Türkiye Gazetesi”, “Kıbrıs Gazetesi” qəzetləri və digər media qurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb. 

Hər iki qardaş ölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxucunun diqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika və silahlara cəlb edib.

Xəbərlərdə Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıx həmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlarından sitatlar gətirilib. Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” bəyanatının çox ciddi mesaj olması və “Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq” ifadəsi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu Zəfər Qafqazda davamlı sülhə gedən yolun məhək daşıdır” sözləri Anadolu agentliyinin “Baş xəbər” rubrikasında oxucuların diqqətinə çatdırılıb.

Xüsusi diqqət Türkiyə Prezidentinin Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsindən sonra Asiya və Avropada geosiyasi balansın dəyişməsi barədə bəyanatına yönəlib. Materiallarda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çoxsaylı fotoşəkilləri təqdim olunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının bütün Türk dünyası üçün əhəmiyyəti xüsusi vurğulanıb.

Geyd edək ki, Paradda Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə müxtəlif ölkələrin, o cümlədən Serbiya, Slovakiya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın hərbi nümayəndə heyətləri iştirak etmişlər.


Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!