10 May 2025 08:35
1313
SİYASƏT
A- A+
Xalqın qəlbində yaşayan lider

Xalqın qəlbində yaşayan lider


Belə bir düşüncə mövcuddur ki, siyasəti seçilmiş dahi şəxsiyyəti müəyyənləşdirir. Sözsüz ki, belə olan halda siyasətin dirçəlişi də böyük ölçüdə bizə məlum olmayan böyük şəxsiyyətlərin meydana çıxması qanunlarından asılıdır. Yəni fərd siyasətin yaradıcısı olmaqla onun əsas subyekti qismində çıxış edir. Siyasi proseslər, vəziyyət və ən əsası da kompleks vəziyyətlərdə siyasət özü də öz növbəsində şəxsiyyət yaradırsa, deməli, fərd siyasətin sadəcə subyekti deyil, həm də obyektidir. 

Sivilizasiyanın inkişafı prosesində fərd getdikcə cəmiyyətdə necə fərqlənirsə, mürəkkəb siyasi proseslər də şəxsiyyət yaratmağı məhz belə situasiyalarda bacarır. Dünyanın siyasi mənzərəsini müəyyənləşdirən şəxsiyyətləri də tarixin özü yetişdirir. Tarixə baxdığımız zaman isə görürük ki, o, stabil deyil, ətalət kimi məfhumlardan uzaq, olduqca çevik bir şəkildə bəşəriyyəti inkişaf burulğanına sürükləyir. Bu zaman maşınının ən gur və sürətli çağında tarix elə insanlar yetişdirir ki, məhz onlar da elə zamanın özünə meydan oxumağı bacarırlar. Azərbaycan tarixində bu mərhələnin başlanğıcı Heydər Əliyevin adı ilə bağlıdır. Bu mərhələnin sonu isə yoxdur, o baxımdan yoxdur ki, Heydər Əliyev ideyaları və idealları gənc nəslin qanına dərindən hopub. Məhz gənclik bu idealları və ideyaları özü ilə gələcəyə daşıyacaq.

Azərbaycanın dövlətçilik tarixi zəngindir, qədimdir. Tarix boyu bu zənginliyin və qədimliyin yaradıcısı, yayıcısı, hərəkətverici qüvvəsi olan görkəmli şəxsiyyətlər nəinki Azərbaycanın, bütün regionun taleyinə dərindən təsir göstərməyi bacarıblar. Regionumuzu və belə bir regionda ölkəmizi xüsusilə fərqləndirən müxtəlif indikatorlar mövcuddur. Din, multikultural dəyərlər, mədəniyyətlərin birləşən nöqtəsi qədər, siyasi ambisiyaların kəsişdiyi, parçalandığı nöqtələr də bura daxildir. Məhz buna görədir ki, tarix boyu Azərbaycanın başının üstündən hər zaman qara buludlar asılmışdır. Bu qaranlığı aydınlığa çevirən, onun dövlətçilik strukturunu yenidən möhkəm əsaslarla bərpa edən tarixi şəxsiyyət isə tarixin çox ağır, məşəqqətli sınaqlarından keçərək, nəinki Azərbaycanı yenidən quran, həm də özündən sonra siyasi iz buraxan dahi Heydər Əliyevdir. 

Aristotel siyasət üçün insan ölçüsünün zəruriliyini, insan və dövlətin üzvi birliyi ideyasını müdafiə edirdi. Siyasi istedad, qabiliyyət, bilik, bacarıq, şəxsi nüfuz kimi amilləri nəzərə almaqla şəxsiyyətin tarixdə və siyasətdə rolunu liderlərin şəxsi xidmətləri ilə də əsaslandırırlar. Liderlərin siyasi mövqelərindən və əqidəsindən daha çox şəxsi keyfiyyətlərinə önəm verilir. Heydər Əliyev siyasətdə insanın necə önəm daşıdığını, dövlət aparatı ilə şəxsiyyətin birliyi ideyasını empirik sübuta yetirmiş şəxs idi. Heydər Əliyevin  bütün həyatı siyasət üzərində qurulmuşdu. Heydər Əliyev fövqəl insandır, Heydər Əliyev şəxsiyyətə də özünəməxsus fərdilik gətirən dahidir.

Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan dövlətçiliyinin möhkəm sütunlarının, bugünkü və gələcək müstəqilliyinin siyasi-iqtisadi bazisini qurmağa müvəffəq oldu. Yüksək idarəçilik bacarığına malik Heydər Əliyev olduqca çətin bir dönəmdə həlli mümkün məsələləri reallığa çevirməyi bacardı. Azərbaycan dili, təhsili, xalqımızın daha dayanıqlı əsaslarla inkişafı üçün gənc nəslin hərtərəfli yetişməsi yolunda fundamental addımlar atdı. Lakin qarşıda duran əsas məsələ o idi ki, iqtisadiyyat dərin böhran vəziyyətində idi, həm sənayedə, həm də kənd təsərrüfatında geriləmə hökm sürürdü. Bu baxımdan, Heydər Əliyevin özü də deyirdi: "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə  metodlar tətbiq edilməli idi".

Heydər Əliyevin qarşısında dayanan hədəf Azərbaycan iqtisadiyyatını dirçəltmək, ittifaq daxilində onu ən güclü iqtisadiyyatlardan biri etmək idi. Buna görə də Heydər Əliyev hakimiyyətə gələn kimi məşhur avqust plenumunu keçirərək ölkədəki iqtisadi vəziyyəti dərindən təhlil etdi. 1970-1980-ci illərdə qısa zaman kəsiyində sürətli iqtisadi artım yaşandı. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi 2,7 dəfə artdı. İqtisadiyyatın inkişafına qoyulan vəsaitin həcmi əvvəlki 50 il üçün müvafiq göstəricidən 1,4 dəfə artdı. 1969-1982-ci illər ərzində ölkədə 250 zavod, fabrik və sex tikildi, 2 milyondan artıq vətəndaşın mənzil təminatı problemi həllini tapdı. Pambıq istehsalı 333,6 min tondan 831,2 min tona çatdırıldı, 1982-ci ildə isə ölkədə pambıq istehsalı 1 milyon tona qədər yüksəldi. Bütün bu göstəricilər ona gətirib çıxartdı ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, məhz onun sayəsində respublikamız ittifaq ölkələrindən fərqli olaraq SSRİ məkanında dotasiya olmadan yaşayırdı. İnkarolunmaz faktdır ki, iqtisadi inkişaf siyasi müstəqilliyin bazisidir. Məhz bu baxımdan deyə bilərik ki, ötən əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatı inkişaf edərək siyasi müstəqilliyin önünü açmışdır. Paralel olaraq iqtisadiyyatın inkişafı sosial sahənin də inkişafına təkan verdi ki, bu da insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına gətirib çıxartdı. Məhz buna görədir ki, xalqımızın rifahı ilə yanaşı, onun milli oyanış, milli dirçəliş, özünüdərk prinsipləri məhz bu dahi insanın adı ilə üzvü surətdə bağlıdır. Heydər Əliyevin gənclik yaşlarından demək olar ki, gecəsi də, gündüzü də, ömrünün bütün mərhələləri də Azərbaycan xalqı ilə bağlı idi. O, SSRİ Nazirlər Sovetində çalışarkən belə, nəqliyyat, sosial sektor, səhiyyə və elm kimi ən problemli sahələrə rəhbərlik edirdi. Regionun və dünyanın ən böyük layihəsi olan Baykal-Amur magistralının tikintisinin həyata keçirilməsi məhz Heydər Əliyevin zəhmətinin nəticəsidir. 

Heydər Əliyevin çoxşaxəli fəaliyyəti mədəniyyətimizdən də yan keçmədi. Ümummilli Lider 1970-ci illərdə Bakıda, digər şəhər və rayonlarda görkəmli mədəniyyət, ədəbiyyat və elm xadimlərinin fəaliyyətlərinə, keçdikləri ömür və sənət yoluna ehtiram əlaməti olaraq onların abidələrinin ucaldılması məsələsinə də xüsusi həssaslıqla yanaşırdı. Bu dahi şəxsiyyətin siyasətin soyuq, sərt üzünü bilməsi qədər, kövrək qəlbinin də nəticəsi idi ki, 1970-ci illərdə Nəriman Nərimanovun, Qəzənfər Musabəyovun, Məşədi Əzizbəyovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İmadəddin Nəsiminin, Səttar Bəhlulzadənin, Mehdi Hüseynzadənin və başqa görkəmli həmvətənlərimizin abidəsi ucaldıldı. Ulu Öndər Qarabağ bölgəsinin həssaslığını hər zaman diqqətdə saxlayırdı. Bu baxımdan, 1976-cı ildə qəbul etdiyi Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərarın ardınca bu tarixi Azərbaycan şəhərində Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu silsilə addımlar paytaxtımızda və digər regionlarda olmaqla, tarix-diyarşünaslıq muzeylərinin açılışı ilə müşayiət olundu. Cəfər Cabbarlının, Səməd Vurğunun, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri açıldı. Heydər Əliyev repressiya qurbanlarının keçdiyi keşməkeşli həyat yoluna da hər zaman xüsusi diqqətlə yanaşırdı. Elə buna görə idi ki, amansız repressiyaya məruz qalmış, ömrü gənc yaşında solan, həssas qəlbli şair Mikayıl Müşfiqin və Azərbaycan ədəbiyyatına adı böyük hərflərlə həkk olunan Hüseyn Cavidin ev-muzeyləri yaradıldı. 

1991-ci il yenidən müstəqillik qazanandan sonra bu dönəm Azərbaycanın ən taleyüklü dönəmi oldu. Azərbaycanın bugünkü reallığının əsası 1993-cü ildə qoyuldu, desək, zənnimcə ən düzgün yanaşma olar. 1993-cü ilə qədər olan dönəm isə olduqca çətin bir dövr idi. Bir tərəfdən, torpaqlarımız işğal olunur, davamlı olaraq qaçqın və məcburi köçkün axını ilə üzləşirdiksə, digər cinahda da xalqı bölmək istəyən, xalqın maraqları ilə deyil, siyasi hakimiyyət hərisliyi ilə yanıb-alışan xəyanətkarlarla üz-üzə idik. Siyasətdən bixəbər nadanlar Heydər Əliyevə şər-böhtan atmaqla onu xalqın gözündən salmağa çalışırdı. Lakin olduqca məşəqqətli bir dönəmdən keçən xalq hər şeyi yaxşı görür, sapı sapdan seçməyi  bacarırdı. Məhz buna görə də dərin yaralarla sarsılmış xalq bütün fiqurları, acı reallıqları kənara qoyaraq, böyük bir təkidlə Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Xalqımız əmin idi ki, məhz Heydər Əliyev ona nicat verəcək yeganə şəxsiyyət idi. Belə həssas məqamda Heydər Əliyev dövlət və cəmiyyət münasibətlərini düzgün tənzimləməyi bacardı. Məhz bu dahi şəxsiyyətin sayəsində Azərbaycanda institusional münasibətlərlə qrup normaları arasında nizam və ahəng yaradıldı. Heydər Əliyevin milli təəssübkeşliyinin bu dönəmdə şahidi olduqsa, həm də milli təəssübkeşliyin şəxsiyyət amilində oynadığı rolun praktiki sübut olunduğunu gördük. Buna görədir ki, Heydər Əliyev şəxsiyyəti nəzəriyyələri praktikada sübuta yetirən dahidir. Heydər Əliyev şüurlu və sistemli bir düşüncə səyi ilə Azərbaycanın dövlətçilik aparatını bərpa etməyi, onu gücləndirməyi bacardı. Azərbaycanı vətəndaş müharibəsinin caynaqlarından xilas edən, tam süqutun kəndarından döndərən Heydər Əliyev oldu. Heydər Əliyev ittifaqdan yenicə qopan kiçik bir ölkədə siyasət sahəsində fəal iştirak, demokratikləşmə kimi o dövr üçün yeni olan addımların ayaq açmasını təmin etdi. Hər bir yeni nəslə obyektiv siyasi aləmdə hərəkət etmək üçün, onunla dərindən tanış olmaq  üçün imkan yaradıldı. Dövlətçilik quruluşunun əsas prinsiplərini bilən insanları ətrafında səfərbər etməyi bacaran bu dahi şəxsiyyət ölkəni siyasi ictimailəşməyə məruz qalıb sağlam əsaslarla inkişaf etdirmək üçün mütərəqqi addımlar atdı. Azərbaycanlı gənclərin dünya səviyyəli bilik və bacarıqlara yiyələnməsi Ulu Öndərimizin əsas qayələrindən biri idi. Buna görə də Heydər Əliyevin şəxsi müdaxiləsi və qayğısı nəticəsində necə ki 1970-ci illərdən başlayaraq, Bakıdakı ali hərbi məktəblərdə qəbul prosesində milliləşdirmə aparıldı və demək olar ki, o vaxta qədər hərbi elitaya yaxın buraxılmayan gənclərin sayı artırıldı, 1993-cü ildə də hakimiyyətə yenidən gələn Heydər Əliyev gənclərimizin təhsil almaları üçün ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və başqa ölkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsini təmin etdi.

Dövlətlərarası münasibətləri onların xarici siyasətini anlamadan möhkəmləndirmək mümkün deyil. Heydər Əliyev, ilk növbədə, qonşu dövlətlərlə olan münasibətləri prioritet müəyyənləşdirərək xarici siyasətdə qurucu addımlar atdı. Məhz bu amil qonşu dövlətlərlə siyasi səriştəsizliyin nəticəsi olaraq korlanan münasibətlərdə yeni səhifə açdı. Heydər Əliyev o şəxsiyyət oldu ki, hər bir xalqın beynəlxalq münasibətlərdə öz milli maraqlarının məqsəd, vəzifə və istəklərini təmin etmək hüququ və məsuliyyətini Azərbaycan xalqı üçün təcrübədə tətbiq etdi. Heydər Əliyev daxili siyasətində xalqın rifahını yaxşılaşdırmaqla məşğul olarkən, digər cinahda da Qarabağ məsələsini həll etmək istiqamətində əhəmiyyətli addımlar atırdı. Bu dahi şəxsiyyətin ən uca kürsülərdən Azərbaycan reallıqlarını səsləndirməsinin, erməni cəlladlarının üzünə həqiqəti söyləməsinin nəticəsidir ki, bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa olmuş Azərbaycan regionun mərd xalqı titulunu əzmlə daşıyır.  1996-cı il 2-3 dekabr tarixində keçirilən ATƏT-in Lissabon sammitində Azərbaycan mühüm diplomatik nailiyyət əldə etdi. Qarabağ Zəfərini Azərbaycana bəxş edən, diplomatik masada çevik gedişlərə imza atan, praqmatik siyasəti ilə Azərbaycanı nəinki regionun güclü aktoru edən, diplomatiya sahəsində uğurlarının sədaları dünyadan gələn cənab Prezident İlham Əliyevin yürütdüyü diplomatiyanın əsası elə məhz Lissabon sammitindəki qələbə ilə qoyuldu. 

Azərbaycan kiçik əraziyə, çoxmillətli dövlətə, işğal faktına malik olsa da, təhlükəsizlik və rifah baxımından müxtəlif çətinliklərlə üzləşsə də, güclü strukturlu dövlət yaratmaq, bu konsepsiyanı uğurla gələcək nəslə ötürmək missiyasının öhdəsindən gəldi. Məhz buna görə də xalqın özü Heydər Əliyevə haqlı olaraq Ümummilli Lider titulu verdi. Onun yaratdığı "azərbaycançılıq" məfkurəsi 44 günlük Vətən savaşında vuran biləyimizin "dəmir yumruğ"u oldu. Zəruri ehtiyaclar üçün unikal fürsətlər pəncərəsinin aralanması da məhz Ulu Öndərin uzaqgörənliyi sayəsində reallaşdırılan "Əsrin müqaviləsi" ilə mümkün oldu. Məhz belə mürəkkəb dönəmdə Azərbaycan iqtisadiyyatının bu cür ağıllı addıma ehtiyacı son dərəcə labüd idi. Məhz elə bu addımın nəticəsi idi ki, dünyanın bir çox bölgəsində güclənən ekstremist meyillərə qarşı duraraq, ciddi şəkildə dünyəvi xarici və daxili siyasət yürütmək mümkün oldu. 

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz Müzəffər Ali Baş Komandanımızın illərlə yürütdüyü siyasətin, gecə-gündüz demədən sərf etdiyi əməyin nəticəsidir ki, bu gün müstəqil, təhlükəsiz, ərazi bütövlüyü və suverenliyi bərpa olmuş Azərbaycanda qürurla yaşayırıq. Ona görə qürurla ki, məhz dövlət başçımızın ən ali kürsülərdə Azərbaycanı yüksək intellektlə, erudisiya ilə təmsil etməyi döyüş meydanında da Ali Baş Komandan kimi hər bir əsgər və zabitimizə düzgün əmrlər ötürülməsi ilə müşayiət olundu və nəticə etibarilə alnımızdan məğlub damğası silindi. Bölgədə yaratdığımız reallıq artıq leqallaşıb. Buna mane olmağa çalışan, bu reallıqla barışmaq istəməyən, onu həzm edə bilməyən məkrli qüvvələrin mövcudluğu fonunda cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət bizim pənahımız, ümid yerimizdir. Bu görkəmli siyasətin təməl daşında Heydər Əliyev dayanır. Buna görə də Heydər Əliyev bütün Azərbaycanın və dünyaya səpələnmiş azərbaycanlıların milli sərvətidir. 

Heydər Əliyev irsi bizim milli kodeksimizdir. Çünki bu dahi şəxsiyyətin mayası vətən və xalq sevgisindən yoğrulmuşdu. Biz bu siyasətə daim sadiq qalmalı, atdığımız hər bir addımda Ümummilli Liderimizin ideallarını nəzərə almalıyıq. Yolumuz, missiyamız, amallarımız Heydər Əliyev xəttidir. Heydər Əliyev ideallarının işığı indiki və gələcək nəsilləri hələ çox aydınlığa çıxardacaq. Azərbaycan xalqı tarixini gözəl bilir. Xalqımızın bildiyi bir təkzibolunmaz fakt odur ki, Heydər Əliyev olmasaydı, onun yürütdüyü siyasət bu gün davam etdirilməsəydi, nə Qarabağ Zəfəri var idi, nə də bugünkü güclü Azərbaycan. Heydər Əliyev dahidir. Heydər Əliyev xalqdır, vətəndir, torpaqdır, Azərbaycandır. Belə reallıq isə sübut edilməli bir mövqe deyil. 


Azər BADAMOV,

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:27
20 Mart

Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə

02:26
20 Mart

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:15
20 Mart

Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərintənzimlənməsi haqqında

02:15
20 Mart

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:14
20 Mart

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:13
20 Mart

"Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında

02:13
20 Mart

"Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:13
20 Mart

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında

02:12
20 Mart

Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

02:12
20 Mart

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında

02:10
20 Mart

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2004-cü il 10 avqust tarixli 351 nömrəli, "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında və "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:10
20 Mart

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi, bəzi fərmanlarının və sərəncamlarının ləğv edilməsi haqqında

02:08
20 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:07
20 Mart

“Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarının ləğv edilməsi barədə

02:06
20 Mart

“Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi və “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 216 nömrəli Qərarının ləğv edilməsi barədə

02:05
20 Mart

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan müxtəlif təyinatlı əlcəklərin satın alınması məqsədilə açıq tender elan edir

02:04
20 Mart

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

01:46
20 Mart

Baş nazir Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib

17:44
19 Mart

QMİ sədri: Azad Qarabağda azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasının rəmzidir

17:23
19 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:11
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!