19 May 2026 12:43
429
CƏMİYYƏT
A- A+
WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB


Mayın 19-da BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub.

AZƏRTAC xəbər verir ki, təlim BMT-nin Əlillərin Hüquqları Konvensiyasının (CRPD) prinsiplərinə uyğun şəkildə hazırlanıb.

Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin müstəqil yaşamasını dəstəkləyən inklüziv şəhərlərin qurulmasının həm praktiki, həm də siyasət səviyyəsində vacibliyini diqqətə çatdırmaqdır. Təlim çərçivəsində iştirakçılar şəhərsalmanın, sosial siyasətin, ictimai xidmətlərin və icma əsaslı dəstək mexanizmlərinin əlilliyi olan şəxslərin gündəlik həyatına necə təsir göstərdiyini müzakirə ediblər.

Təlimdə vurğulanıb ki, inklüziv şəhər anlayışı yalnız fiziki əlçatanlıqla məhdudlaşmır. İnklüziv şəhər modeli eyni zamanda inteqrasiya olunmuş sosial xidmətlərin mövcudluğunu, müstəqil həyat xidmətlərini, psixososial dəstəyi və əlilliyi olan şəxslərin qərarqəbuletmə proseslərində mənalı iştirakını tələb edir.

Təlim üç əsas komponentdən ibarət olub.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva, İordaniyanın “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin sədri Asya Abdel Yaqi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Seneqalı Əhali və Sağlamlıq Araşdırmaları Mərkəzini təmsil edən nümayəndə Əl Haci Malik Silla çıxış ediblər.

Panel sessiyada çıxış edən yəmənli nümayəndə Əziz Səid WUF13 çərçivəsində keçirilən bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Bildirib ki, Yəmən sülh və sabitliyi qorumaq üçün birgə təlimlər keçirir və qlobal əhəmiyyət kəsb edən məsələlərdə nəticə əldə etməyə çalışır.

Təlimdə çıxış edən “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Aydın Xəlilov qeyd edib ki, insan fiziki olaraq hansısa quruma daxil ola bilər, amma öz həyatına təsir edən qərarların qəbulunda iştirak etməyə bilər: “Məhz buna görə də bu gün şəhərə bir sistem kimi baxacağıq. Müstəqil həyat dəstəksiz həyat demək deyil. O insanın dəstəyi, xidmətləri və həyat tərzini seçmək hüququ deməkdir”.

Təlim nəticəsində belə qənaətə gəlinib ki, bu təşəbbüs Azərbaycanda inklüziv şəhərsalma, müstəqil həyat və əlilliyi olan şəxslərin hüquqlarının təşviqi istiqamətində beynəlxalq əməkdaşlığın və institusional dialoqun güclənməsinə mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransa Norveçlə Deşamsız oynayacaq

17:39
24 İyun

 Messi 2030-cu il Dünya Kubokunda oynayacaqmı?

17:32
24 İyun

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 

16:07
24 İyun

İdarə Heyətinin sədri: Azərbaycan qaçqın və məcburi köçkün problemini ən ağır şəkildə yaşamış ölkələrdən biridir  

16:06
24 İyun

Tramp İranın ABŞ-yə güzəştə getməyə hazır olduğunu bildirib

16:05
24 İyun

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın hərbi obyektlərinə zərbələr endirib

16:04
24 İyun

Qazaxıstan Orenburq Qaz Emalı Zavodunda baş verən hadisədən sonra qaz təchizatının sabit olduğunu elan edib  

16:03
24 İyun

Nazir müavini: Məqsəd pambıq mahlıcının ölkə daxilində emalını genişləndirmək və yüksək əlavə dəyər yaradan məhsulların istehsalını artırmaqdır  

15:36
24 İyun

Səməd Bəşirli: Pambıqçılığın inkişafı emal sənayesinin və regional sənaye klasterlərinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır  

15:35
24 İyun

Burkina Faso nümayəndəsi: İslam ölkələri arasında həmrəylik daha da gücləndirilməlidir  

15:07
24 İyun

Dubay Beynəlxalq Hava Limanının simvolik qülləsi yenilənib

14:57
24 İyun

Qlobal hidroenerji gücü 1469 giqavata çatıb

14:48
24 İyun

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - YENİLƏNİB

14:12
24 İyun

Zəka Mirzəyev: Xidmətlərin keyfiyyəti platformalar üzərindən əldə etdiyimiz məlumatların etibarlılığında özünü göstərir  

13:59
24 İyun

Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

13:48
24 İyun

ADSEA sədri: Qarabağ suvarma kanalı 166 min hektar ərazinin su təminatını yaxşılaşdıracaq

13:46
24 İyun

ADSEA sədri: 2025-ci ildə ölkə üzrə 55 kilometrdən çox kanal beton üzlüyə alınıb

13:41
24 İyun

Qətər Şura Məclisinin sədri Azərbaycana təşəkkür edib

13:41
24 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

13:37
24 İyun

Zaur Mikayılov: Şirvan suvarma kanalı 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfə verəcək

13:31
24 İyun

Pakistanın Baş naziri: ABŞ-İran anlaşma memorandumu sülh və sabitliyə xidmət edir  

13:21
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!