24 İyun 2026 16:06
134
CƏMİYYƏT
A- A+
İdarə Heyətinin sədri: Azərbaycan qaçqın və məcburi köçkün problemini ən ağır şəkildə yaşamış ölkələrdən biridir  

İdarə Heyətinin sədri: Azərbaycan qaçqın və məcburi köçkün problemini ən ağır şəkildə yaşamış ölkələrdən biridir  


20 İyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə ənənəvi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, habelə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Milli Məclisin deputatları, elm və təhsil ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qərbi Azərbaycan İcmasının üzvləri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününün əhəmiyyətindən danışaraq bildirib ki, BMT Baş Assambleyasının 2000-ci il 4 dekabr tarixli qətnaməsinə əsasən, hər il iyunun 20-si dünyada qaçqınların problemlərinə diqqətin artırılması məqsədilə qeyd olunur.

Əziz Ələkbərli vurğulayıb ki, Azərbaycan son onilliklər ərzində qaçqın və məcburi köçkün problemini ən ağır şəkildə yaşamış ölkələrdən biridir. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün imkan yaransa da, 1987–1991-ci illərdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulmuş təxminən 300 min nəfər soydaşımız və onların yüz minlərlə övladı hələ də qaçqın taleyi yaşamaqdadır.

İcma sədri bildirib ki, Qərbi Azərbaycan qaçqınları Qarabağ münaqişəsinin ilk mərhələsində – 1987–1991-ci illərdə öz doğma ocaqlarından qovulublar. O, beynəlxalq ictimaiyyətin uzun illər ərzində bu məsələyə lazımi diqqət göstərmədiyini, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya və etnik təmizləmə siyasətinə hüquqi-siyasi qiymət vermədiyini vurğulayıb.

Əziz Ələkbərli Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya və etnik təmizləmə siyasətinin uzun tarixi dövrü əhatə etdiyini qeyd edərək bildirib ki, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar xüsusilə 1905–1906, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli şəkildə öz doğma torpaqlarından qovulublar. Nəticədə bu gün Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı yaşamır.

Çıxışda qeyd olunub ki, Qərbi Azərbaycanda yerli xalq olan azərbaycanlıların doğma torpaqlarından çıxarılması dövlət səviyyəsində həyata keçirilmiş zorakılıq, kütləvi qırğınlar, insan hüquqlarının kobud şəkildə pozulması və insanlığa qarşı cinayətlərlə müşayiət olunub. Ermənistan tərəfindən azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, mədəniyyət və dini abidələrin, qəbiristanlıqların sistemli şəkildə məhv edildiyi diqqətə çatdırılıb.

Əziz Ələkbərli icmanın beynəlxalq fəaliyyətindən də bəhs edib. Bildirilib ki, bu günə qədər müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlanıb, İcmanın 11 sənədi BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri kimi yayılıb. Ermənistanın və bəzi beynəlxalq qurumların qərəzli hesabat və qətnamələrinə münasibətdə 345 bəyanat qəbul olunub, xarici diplomatlar və beynəlxalq nümayəndələrlə 78 görüş keçirilib. Eyni zamanda, Milli Məclisdə Qərbi Azərbaycan mövzusuna həsr olunmuş 6 ictimai dinləmə təşkil edilib.

Qeyd olunub ki, Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA və İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul edərək, icmanın mövqeyinə və qayıdış hüququna dəstək ifadə ediblər.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Qaçqınlığın tarixi aspektləri (1828–1991-ci illər)” mövzusunda çıxış edərək Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya tarixindən və bu prosesin nəticələrindən bəhs edib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Qayıdışın hüquqi aspektləri” mövzusunda məruzə ilə çıxış edərək, beynəlxalq hüququn qayıdış hüququnu tanıyan norma və prinsiplərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev isə qayıdış prosesinin siyasi-diplomatik aspektlərini təhlil edərək, beynəlxalq müstəvidə aparılan fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev “Qayıdış və milli-mənəvi yaddaş” mövzusunda çıxış edərək bildirib ki, doğma torpaqlara qayıdış təkcə fiziki məskunlaşma prosesi deyil, həm də xalqın tarixi yaddaşının, milli kimliyinin və mənəvi dəyərlərinin bərpasıdır. O vurğulayıb ki, milli-mənəvi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi cəmiyyətin həmrəyliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əfqan Vəliyev qayıdış məsələsinin ictimai rəydə yeri və bu istiqamətdə aparılan maarifləndirmə işlərindən danışıb.

Tədbirin yekununda Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası sədrinin müavini, tibb elmləri doktoru, professor Vaqif Şadlinski çıxış edərək qaçqınlıq həyatı yaşamış bir şəxs kimi doğma yurdlara qayıdışla bağlı gözləntilərini, bu istiqamətdə görülən işlərin əhəmiyyətini və gələcək fəaliyyət üçün tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Qeyd olunub ki, Qərbi Azərbaycan məsələsi təkcə tarixi ədalətin bərpası deyil, həm də beynəlxalq hüquqla tanınan fundamental insan hüquqlarının təmin olunması məsələsidir. Vurğulanıb ki, Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı şəkildə qayıdışı regionda uzunmüddətli sülhün və qarşılıqlı etimadın formalaşmasına xidmət edəcək.

Tədbirdə, həmçinin bildirilib ki, Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edir, bölgədə sülh, barışıq və birgəyaşayış dəyərlərinin təşviqini dəstəkləyir. İştirakçılar əminliklərini ifadə ediblər ki, Ermənistan rəhbərliyi gələcəkdə İcma ilə konstruktiv dialoq qurmaq üçün siyasi iradə nümayiş etdirəcək və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan proseslər Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüququnun təmin olunmasına da töhfə verəcək.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi tarixi ədalətin bərpasına, soydaşlarımızın doğma yurdlarına qovuşmasına və regionda davamlı sülhün möhkəmlənməsinə xidmət edəcək.

Çıxışlardan sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli icmanın fəaliyyətinə verdikləri töhfəyə görə Ağsaqqallar Şurasının sədr müavini, Vedibasar İcmasının sədri Vaqif Şadlinskini və Ziyalılar Şurasının üzvü, millət vəkili Rizvan Nəbiyevi fəxri fərmanla təltif edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 

16:07
24 İyun

İdarə Heyətinin sədri: Azərbaycan qaçqın və məcburi köçkün problemini ən ağır şəkildə yaşamış ölkələrdən biridir  

16:06
24 İyun

Tramp İranın ABŞ-yə güzəştə getməyə hazır olduğunu bildirib

16:05
24 İyun

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın hərbi obyektlərinə zərbələr endirib

16:04
24 İyun

Qazaxıstan Orenburq Qaz Emalı Zavodunda baş verən hadisədən sonra qaz təchizatının sabit olduğunu elan edib  

16:03
24 İyun

Nazir müavini: Məqsəd pambıq mahlıcının ölkə daxilində emalını genişləndirmək və yüksək əlavə dəyər yaradan məhsulların istehsalını artırmaqdır  

15:36
24 İyun

Səməd Bəşirli: Pambıqçılığın inkişafı emal sənayesinin və regional sənaye klasterlərinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır  

15:35
24 İyun

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - YENİLƏNİB

14:12
24 İyun

Zəka Mirzəyev: Xidmətlərin keyfiyyəti platformalar üzərindən əldə etdiyimiz məlumatların etibarlılığında özünü göstərir  

13:59
24 İyun

Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

13:48
24 İyun

ADSEA sədri: Qarabağ suvarma kanalı 166 min hektar ərazinin su təminatını yaxşılaşdıracaq

13:46
24 İyun

ADSEA sədri: 2025-ci ildə ölkə üzrə 55 kilometrdən çox kanal beton üzlüyə alınıb

13:41
24 İyun

Qətər Şura Məclisinin sədri Azərbaycana təşəkkür edib

13:41
24 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

13:37
24 İyun

Zaur Mikayılov: Şirvan suvarma kanalı 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfə verəcək

13:31
24 İyun

Pakistanın Baş naziri: ABŞ-İran anlaşma memorandumu sülh və sabitliyə xidmət edir  

13:21
24 İyun

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılışı olub 

13:19
24 İyun

Omanın Məşvərət Məclisinin sədri: Dünyada sülhə, qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyac var  

13:18
24 İyun

2030-cu ilədək pambıq sahələrinin 42 min hektarı müasir suvarma ilə təmin olunacaq

13:17
24 İyun

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

13:17
24 İyun

Paytaxtda və bölgələrdə yağış yağacaq

13:15
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!