24 İyun 2026 11:38
118
İQTİSADİYYAT
A- A+
Vüsal Qasımlı: Sığorta sektorunun gələcək inkişafı investisiya resurslarının səfərbər edilməsi baxımından daha geniş missiya daşıyacaq  

Vüsal Qasımlı: Sığorta sektorunun gələcək inkişafı investisiya resurslarının səfərbər edilməsi baxımından daha geniş missiya daşıyacaq  


Müasir dövrdə qlobal iqtisadiyyatın üzləşdiyi geosiyasi gərginliklər, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və demoqrafik dəyişikliklər sığorta sektorunun rolunu daha da artırıb. Bu gün sığorta maliyyə itkilərinin kompensasiyası ilə yanaşı, iqtisadi dayanıqlılığın, sosial rifahın və davamlı inkişafın təmin edilməsində mühüm mexanizm kimi çıxış edir.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) bildirib.

O deyib ki, son illərin beynəlxalq hesabatları sığorta sektorunda dərin struktur dəyişikliklərinin baş verdiyini göstərir: "Allianz Global Insurance Report" 2026 göstərir ki, qlobal sığorta sektoru 6,9 trilyon avroluq həcm və 7,1 faizlik artım tempi ilə dayanıqlı genişlənmə mərhələsindədir. "BlackRock Global Insurance Report 2025" sığorta sektorunda mühüm struktur transformasiyanın baş verdiyini göstərir. Belə ki, sığorta şirkətlərinin təxminən 30 faizi özəl bazarlara investisiyaların artırılmasını planlaşdırır, 87 faizi hibrid aktivlərin idarə edilməsi (hibrid asset management) modelinə keçid edir, 73 faizi isə süni intellekt və data analitikası kimi texnoloji həlləri aktiv şəkildə tətbiq edir. Eyni zamanda, şirkətlərin təxminən 70 faizi ESG və dayanıqlı investisiya strategiyalarını davam etdirir. Bu göstəricilər sığorta sektorunun investisiya davranışında daha yüksəkgəlirli aktivlərə yönəlmə, idarəetmədə çeviklik və texnoloji transformasiya hesabına daha dayanıqlı və diversifikasiya olunmuş modelə keçdiyini təsdiqləyir. "Global Insurance Market Index" hesabatı göstərir ki, qlobal sığorta bazarı 2022–2023-cü illərdə yüksək artım mərhələsindən sonra 2024-cü ildə stabilləşmə mərhələsinə keçib, 2025–2026-cı illərdə isə ardıcıl eniş dinamikası ilə yumşaq bazar (soft market) mərhələsinə daxil olub. Bu dinamika bir tərəfdən sığorta məhsullarının əlçatanlığının artmasını, digər tərəfdən isə risklərin daha geniş və çevik şəkildə təmin olunmasına şərait yarandığını ifadə edir”.

Vüsal Qasımlı vurğulayıb ki, Azərbaycanda həyata keçirilən ardıcıl iqtisadi islahatlar, xüsusilə də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqi maliyyə sektorunun modernləşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və innovativ maliyyə həllərinin tətbiqinə təkan verməklə yanaşı, sığorta bazarının daha dayanıqlı və inklüziv inkişafı üçün yeni perspektivlər açıb: "Son illər Azərbaycan sığorta bazarının nümayiş etdirdiyi dinamika sektorun əhəmiyyətli inkişaf potensialına malik olduğunu aydın şəkildə göstərir. Belə ki, 2022–2025-ci illər ərzində ölkədə toplanmış sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 faiz artıb. Eyni dövrdə sığorta ödənişlərinin həcmi 433 milyon manatdan 921 milyon manata çataraq iki dəfədən çox artıb. Müsbət tendensiya adambaşına düşən sığorta haqlarında da özünü göstərir. Belə ki, bu göstərici 2022-ci ildə 95 manat olduğu halda, 2025-ci ildə 147 manata yüksəlib. Bununla yanaşı, sığorta sektorunun iqtisadiyyatda rolunu əks etdirən penetrasiya səviyyəsi də artaraq 0,73 faizdən 1,17 faizə çatıb".

İcraçı direktor diqqətə çatdırıb ki, 2022–2025-ci illər dövründə həyat və qeyri-həyat sığorta şirkətlərində aktivlərin rentabelliyi (ROA) fərqli dinamikalar nümayiş etdirib. Həyat sığorta şirkətlərində ROA göstəricisi təxminən 8 faiz səviyyəsində sabit qalıb, qeyri-həyat sığorta şirkətlərində isə 4 faizdən 7 faizə qədər yüksəlib. “Onu da qeyd etmək lazımdır ki, 2025-ci ildə unikal sığorta müqaviləsi sahiblərinin (həyat və qeyri-həyat sığorta növləri üzrə) ümumi sayının yetkin əhali arasında payı 25 faiz təşkil edib. “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində isə bu göstəricinin 32 faizə çatdırılması hədəflənib. Qlobal miqyasda investisiya davranışlarının dəyişməsi, texnoloji həllərin geniş tətbiqi və risklərin idarə olunmasında daha çevik yanaşmaların formalaşması sektorun yeni inkişaf modelinə keçidini sürətləndirir. Eyni zamanda, ölkəmizdə həyata keçirilən institusional islahatlar və strateji dövlət proqramları sığorta bazarının modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm baza yaradır. Bu kontekstdə sığorta sektorunun gələcək inkişafı yalnız maliyyə itkilərinin kompensasiyası funksiyası ilə məhdudlaşmayaraq, həm də iqtisadi artımın dəstəklənməsi, investisiya resurslarının səfərbər edilməsi və cəmiyyətin risklərə dayanıqlılığının artırılması baxımından daha geniş bir missiya daşıyacaqdır", - deyə Vüsal Qasımlı əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Proqramı pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılmasını hədəfləyir

12:28
24 İyun

Azərbaycanda pambıqçılıq regionlarda 300 minədək insanın rifahına təsir göstərir

12:28
24 İyun

Saatlı, Ağcabədi və Sabirabad pambıq əkinlərinə görə lider rayonlardır

12:26
24 İyun

Mozambik parlamentinin sədri: Parlamentlərarası əməkdaşlıq gücləndirilməlidir

12:25
24 İyun

Məcnun Məmmədov: Pambıqçılığın inkişafı istiqamətində islahatlar nəticəsində mühüm nailiyyətlər əldə olunub  

12:25
24 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib  

12:15
24 İyun

Rəşt-Astara dəmir yolunun tikintisi davam edəcək

12:12
24 İyun

Hazırda Mərkəzi Bank növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlayır  

12:09
24 İyun

Prezidentin köməkçisi: Pambıqçılıqda sığorta mexanizmlərinin hazırlanması nəzərdə tutulur  

12:07
24 İyun

Puan Maharani: Azərbaycanın sədrliyi İƏT Parlament İttifaqında əməkdaşlığı gücləndirəcək  

12:01
24 İyun

Ülviyyə Cabbarova: Son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb  

11:57
24 İyun

Son 2 ildə sığorta haqları 1,5 milyard manata çatıb

11:51
24 İyun

ABŞ-nin neft ehtiyatları azalıb

11:50
24 İyun

Nazir müavini: Dövlət kritik informasiya infrastrukturunun qorunması istiqamətində ardıcıl tədbirlər görür  

11:49
24 İyun

Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir

11:49
24 İyun

Zeynal Nağdəliyev: Dövlət Proqramı pambıqçılığın və tekstil sənayesinin inkişafı üçün yeni imkanlar açacaq  

11:47
24 İyun

Masallıda şəhidin adını daşıyan küçə abadlaşdırılıb

11:45
24 İyun

İƏT Parlament İttifaqının Baş katibi Azərbaycan Prezidentinin İslam əməkdaşlığına töhfəsini yüksək qiymətləndirib  

11:42
24 İyun

Vüsal Qasımlı: Sığorta sektorunun gələcək inkişafı investisiya resurslarının səfərbər edilməsi baxımından daha geniş missiya daşıyacaq  

11:38
24 İyun

Pambıqçılıqda yeni mərhələ: məhsuldarlığın 5 tona çatdırılması əsas hədəfdir

11:37
24 İyun

Hörmüzdən daşımalar artır, neft qiymətləri isə ucuzlaşır

11:25
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!