24 İyun 2026 19:23
177
DÜNYA
A- A+
Uşaqlıqda şirin içkilərin qəbulu gələcəkdə yüksək təzyiq riski yaradır

Uşaqlıqda şirin içkilərin qəbulu gələcəkdə yüksək təzyiq riski yaradır

Amerika Ürək Assosiasiyasının apardığı yeni araşdırma uşaqlıq və yeniyetməlik dövründə meyvə şirələri, qazlı və digər şəkərli içkilərin müntəzəm qəbulunun yetkinlik yaşında yüksək qan təzyiqi (hipertoniya) riskini ciddi dərəcədə artırdığını üzə çıxarıb.

Tədqiqat çərçivəsində 25 il boyunca 9-16 yaş arası 25 mindən çox şəxsin məlumatları təhlil edilib. Məlum olub ki, gündəlik olaraq iki və ya daha çox porsiya şəkərli içki qəbul edənlərdə yüksək təzyiqin yaranma riski, həftədə üç porsiyadan az istehlak edənlərə nisbətən 52 faiz daha yüksəkdir.

Mütəxəssislər qeyd edirlər ki, qan təzyiqinin artması ürək və böyrək xəstəliklərinə, infarkta və demansiyaya yol açan əsas faktorlardandır. Araşdırmada xüsusilə portağal şirəsinin və ya tərkibinə portağal dadı verilmiş süni içkilərin təzyiq riskini 20 faiz artırdığı qeyd olunsa da, təbii təzə meyvələrin belə bir mənfi təsiri aşkarlanmayıb.

Şəkərli və hazır meyvə şirələrini müəyyən alternativlərlə əvəzləmək yetkinlik dövründə hipertoniya riskini əhəmiyyətli dərəcədə azaldır. Şirin içkilərin yerinə təzə meyvə yemək riski 22 faiz, hazır meyvə şirələrini təbii meyvə ilə əvəzləmək riski 19 faiz, bu növ içkilərin əvəzinə su və ya süd istehlak etmək isə riski 13 faiz azaldır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

BMT Baş katibi iqlim və enerji böhranı ilə bağlı çağırış edib

19:57
24 İyun

“SpaceX”dən 25 milyard dollarlıq istiqraz satışı

19:46
24 İyun

BMT böhran bölgələrindəki qadın və qızlar üçün 10 milyon dollar ayırıb

19:37
24 İyun

Uşaqlıqda şirin içkilərin qəbulu gələcəkdə yüksək təzyiq riski yaradır

19:23
24 İyun

AZAL üçün nəzərdə tutulan ilk “Airbus A321neo” təyyarəsi Hamburqda təhvil verilib

19:06
24 İyun

İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının açılış mərasimi olub YENİLƏNİB 2  

19:05
24 İyun

Azərbaycanda sığorta bazarında yığımlar artıb, ödənişlərdə ciddi yüksəliş qeydə alınıb

18:59
24 İyun

“Zeytun Bağları” Xəzər sahilində ekoloji təmizlik aksiyası keçirib  

18:54
24 İyun

Konqres binasında azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir  

18:52
24 İyun

XİN: Fransanın regionla bağlı köhnəlmiş və birtərəfli yanaşması etibarlı tərəfdaş imicinə zərbə vurur  

18:48
24 İyun

İraq Respublikasının Prezidenti Nizar Amididən

18:43
24 İyun

Azərbaycan və İordaniya arasında enerji istehsalı-ixracı ilə bağlı vəziyyət nəzərdən keçirilib

18:36
24 İyun

Oman tərəfi Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib  

18:31
24 İyun

Nazir: Məktəblilərin Respublika İdman Olimpiadasının qaliblərinə gələcəkdə ali məktəblərə qəbul imkanı yaradıla bilər

18:28
24 İyun

TBMM sədri İƏT Parlament İttifaqının Bakı sessiyasının yüksək səviyyədə təşkilini təqdir edib

18:23
24 İyun

Naxçıvanda vətəndaşların müraciətlərinə baxılıb

18:21
24 İyun

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb

18:19
24 İyun

Suriyada İŞİD-in yüksəkvəzifəli lideri öldürülüb

18:09
24 İyun

Prezident Ərdoğan: Türkiyə İran böhranının uzunmüddətli nizamlanması istiqamətində səylərini davam etdirəcək  

18:06
24 İyun

Beynəlxalq tədbirdə Azərbaycan muğamının milli-mədəni kimliyimizdəki rolu vurğulanıb  

18:01
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!