08 Sentyabr 2024 08:00
1512
SİYASƏT
A- A+
Ümumavropa qaz təchizatçısı

Ümumavropa qaz təchizatçısı

 

Prezident İlham Əliyev İtaliyada Azərbaycanın enerji potensialını və yeni hədəflərini bəyan etdi  

 

Bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu siyasət yürüdür və qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. 
Müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Bu dövlətlərdən biri də İtaliyadır. 
Son illərdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə daha da güclənir və şaxələnir. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, aparılan danışıqlar, keçirilən görüşlərdə səslənən fikirlər, imzalanan yeni sənədlər bunu bir daha təsdiqləyir. 

 

İlham Əliyevin İtaliyaya 7-ci səfəri

 

Azərbaycan-İtaliya münasibətləri qədim dövrdən mövcud olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar. XV əsrdə Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulub, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparıblar. 
1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə - 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da genişlənib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. 
İtaliya Cənubi Qafqazda ilk səfirliyini 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi 2003-cü ildən fəaliyyət göstərir.
2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilib. Bu sənəd iki ölkənin bir-birinə olan münasibətinin və gələcək əməkdaşlıq formatının göstəricisidir. 
Bu gün isə əlaqələrdən söz açmazdan öncə qeyd etməliyik ki, starateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı dövlət başçıları arasında olan səmimiyyətdən irəli gəlir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri çərçivəsində aparılan danışıqlar, əldə olunan razılaşmalar, imzalanan sənədlər iki dost ölkəni bir-birinə bütün sahələr üzrə çox yaxınlaşdırıb. 
Qeyd edək ki, Sercio Mattarella İtaliyanın Azərbaycana səfər edən ilk prezidenti kimi də adını iki ölkənin tarixinə yazdırıb. 2018-ci ildə reallaşan bu səfər münasibətlərin daha da inkişafına müsbət impuls verib. Eyni zamanda İlham Əliyevin sərəncamına əsasən, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Sercio Mattarellanın Azərbaycanın ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi də əsl reallığı əks etdirir.   
Prezident  İlham Əliyev isə 2005, 2008, 2014, 2015, 2020, 2022 və 2024-cü illərdə İtaliyaya rəsmi səfərlər edib. İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya reallaşan səfəri zamanı "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" imzalanıb. 
Həmçinin 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, 2019-cu və 2021-ci illərdə Milli Məclisin sədrinin İtaliyaya rəsmi səfərləri, İtaliya Senatı sədrinin, sədr müavininin, Deputatlar Palatasının sədr müavinlərinin Azərbaycana rəsmi səfərləri də daxil olmaqla, müxtəlif dövlət rəsmilərinin çoxsaylı qarşılıqlı səfərləri iki ölkə arasında yaxın siyasi münasibətlərin göstəriciləridir.
Budəfəki işgüzar səfərin məqsədi isə Prezidentin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair imzalanmış Birgə Bəyannamənin icrası prosesində bir sıra istiqamətlər üzrə cari məsələlərin müzakirəsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticələrə yönəlmiş sonrakı addımların müəyyən edilməsi idi. 

 

Bu ilin 6 ayında ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollar olub

 

Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərində dolğun təcəssüm edir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir.
Ölkələrimizin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracı sahəsində ən iri ticarət tərəfdaşına çevrilib. "Cənub qaz dəhlizi" və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında "Cənub qaz dəhlizi"nin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.
İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,5 milyard ABŞ dolları, ixracın həcmi 15,2 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon ABŞ dolları olub.
İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2023-cü ildə İtaliyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) təşkil edib.
2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
İtaliya işgüzar dairələri həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalqəhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. 
Bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası işində başda qardaş Türkiyə şirkətləri yer tutur. Quruculuq işlərinə ilk olaraq çətin gündə, yaxşı gündə hər zaman Azərbaycanın yanında olan qardaş ölkə qoşulmuş və bu istiqamətdə birinci müqavilə Türkiyə şirkəti ilə bağlanıb. İtaliya şirkətləri də irimiqyaslı layihələrdə podratçı olaraq yaxından iştirak edirlər. Əslində, İtaliya hazırda fəaliyyət göstərən şirkətlərin sayına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Onlar çox mühüm layihələr üzərində işləyirlər.

 

İtaliya COP29-da yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq

 

Sentyabrın 5-də İlham Əliyev Romada ilk olaraq İtaliyanın daha bir şirkəti - "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşdü. Tərəflər SOCAR ilə "Eni S.P.A" şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunaraq, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardılar. 
Həmin gün İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə birgə işçi nahar etdilər.  Sercio Mattarella bir daha Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu deyərək, 2020-ci ildə bu ölkəyə dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmini vurğuladı.
Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən İlham Əliyev münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğuladı, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd etdi. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulandı. Bu gün TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olundu.
İtaliya-Azərbaycan Universitetinin yaradılmasının böyük əhəmiyyət daşıdığını deyən Sercio Mattarella bunun ölkələrimiz arasında humanitar və insanlararası əlaqələrin inkişafında mühüm rol oynadığını vurğuladı.
İtaliya Prezidenti COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bunun çox əhəmiyyətli tədbir olduğunu dedi və ölkəsinin COP29-da yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirdi. İtaliyanın COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edən Sercio Mattarella COP29-la əlaqədar İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini vurğuladı.
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə isə bildirildi ki, bu səfərdə iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Görüşdə Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsinə toxunuldu, Orta dəhlizin əhəmiyyəti vurğulandı və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından istifadə etməsi perspektivləri müzakirə olundu. İtaliya-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə komissiyanın roluna toxunuldu, gələn il komissiyanın iclasının keçirilməsi razılaşdırıldı.
Səfər çərçivəsində İtaliya Respublikasının "Eni S.P.A" şirkəti ilə 3 anlaşma memorandumu imzalandı.  

 

Beynəlxalq Çernobbio Forumuna dəvət - yüksək nüfuzun təcəssümü
 

Sentyabrın 6-da İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən beynəlxalq forum keçirildi. İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev də forumda əsas qonaq qismində iştirak etdi.
İlham Əliyev "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış etdi.
Sayca 50-ci olacaq mötəbər forumda İlham Əliyevin əsas qonaq kimi iştirakı ilk növbədə ölkəmizin və Prezidentimizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.
1965-ci ildən fəaliyyət göstərən "The European House - Ambrosetti" İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Ənənəvi olaraq üç gün davam edən forumun ilk günü, adətən, əsas qlobal tədbirlərə həsr olunur və müzakirəyə çıxarılan məsələlər iqtisadi, geosiyasi və elmi-texnoloji xarakter daşıyır. 
Forumda çıxış edən İlham Əliyev bir daha Azərbaycanın enerji siyasəti, mövcud potensial, gələcək planlar və qarşıdakı hədəflər barədə geniş məlumat verdi. Prezidentin çıxışı böyük maraqla qarşılandı. 
Azərbaycan-İtaliya münasibətlərini qiymətləndirən İlham Əliyev bildirdi ki, iki ölkənin ticarət əməkdaşlığı olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Artım üçün potensial yalnız enerji sektorunda deyil, digər sahələrdə də görünür. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da əməkdaşlığın vacib hissəsidir.
Dövlət başçısı həmçinin enerji təchizatının yaratdığı reallığı dəyərləndirdi: "Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, "Cənub qaz dəhlizi" adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır".
Bir sözlə, Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri bir sıra önəmli hadisələrlə yadda qaldı. İlham Əliyevin Avropa məkanı üçün əhəmiyyət kəsb edən mühüm bəyanatları və çıxışları beynəlxalq aləmin də diqqətini cəlb etdi. Prezident "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan beynəlxalq forumdakı çıxışı ilə Azərbaycanın Cənubi Qafqazdakı nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi. 
Bütün bunlara əsaslanaraq deyə bilərik ki, aparılan danışıqlar, imzalanan müqavilələr Azərbaycan-İtaliya strateji tərəfdaşlığını getdikcə daha da gücləndirəcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib  

18:17
21 Dekabr

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!