10 May 2024 08:10
203
İQTİSADİYYAT
A- A+

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb 

 

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkəsinin investorlarını Azərbaycan iqtisadiyyatına yeni yatırımlar etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Cevdet Yılmaz Ankarada Türkiyə-Azərbaycan Biznes-Forumunun iştirakçılarına müraciət edərək, Azərbaycan bazarının imkanlarına diqqəti çəkib.
"Türkiyənin biznes dairələrini Azərbaycanda, xüsusilə energetika, elektronika, mədən sənayesi, tikinti, informasiya texnologiyaları sahələrində yeni layihələr həyata keçirməyə çağırıram", - deyə vitse-prezident bildirib. 
Onun sözlərinə görə, oxşar çağırış Türkiyə iqtisadiyyatının potensialından istifadə etməyə hazır olan Azərbaycan şirkətlərinə ünvanlanmalıdır. 
"Ötən ilin yekunlarına görə, Türkiyənin ÜDM-i ilk dəfə olaraq 1,1 trilyon dolları keçib. Bu gün ölkəmiz dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahibdir", - deyə Cevdet Yılmaz bildirib.
Türkiyənin vitse-prezidenti neft-qaz sektorundan əldə edilən gəlirləri ölkə iqtisadiyyatının qeyri-neft sahələrinin inkişafına yönəldən Azərbaycan hökumətinin uğurlu iqtisadi siyasəti haqqında da danışıb. "Azərbaycanın iqtisadi imkanlarının şaxələndirilməsinə yönəlmiş çox düzgün və düşünülmüş strategiya göz qabağındadır. Əminəm ki, Türkiyə şirkətləri də Azərbaycan iqtisadiyyatının gələcək modelinin formalaşdırılmasına töhfə verə bilərlər", - deyə siyasətçi qeyd edib. 
Cevdet Yılmaz Türkiyə tərəfinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpasına maksimum töhfə verməyə hazır olduğunu vurğulayıb.
O, Türkiyə ilə Azərbaycanın uğurlu qarşılıqlı fəaliyyətinin digər türk dövlətləri üçün də əməkdaşlıq nümunəsi olacağına ümid etdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video