10 Iyun 2024 09:45
688
Elm və texnika
A- A+

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub VİDEO  

 

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub.

AZƏRTAC-ın Nyu-Meksikoya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 18:30-da (yerli vaxtla saat 08:30) başlayan uçuş bir saat iyirmi dəqiqə davam edib. Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. 15 dəqiqə ərzində elmi təcrübələr həyata keçirilib. Daha sonra əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

Missiya zamanı T.C.Atasever üzərində Azərbaycan və Türkiyə bayraqları işlənmiş forma geyinib. Astronavt uçuş missiyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə və Azərbaycan bayraqları ilə həyata keçirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş hüququ qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin aprel ayında İstanbulda keçirilən “TEKNOFEST”də Türkiyənin ilk astronavtlarının Alper Gezeravcı və Tuva Cihangir Atasever olacağını elan edib. Onlar 36 min namizədin arasından seçilib.

Astronavtlar - Alper Gezeravcı və Tuva Cihangir Atasever bir ildən çox NASA-da ciddi təlim proqramında iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video