07 May 2024 13:42
318
DÜNYA
A- A+

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır  

 

Türkiyə Hərbi Dəniz Qüvvələri bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır. “Denizkurdu-II/2024” adı altında keçirilən təlim Türkiyə Silahlı Qüvvələrinin Təlim Proqramına uyğun olaraq Dəniz Qüvvələri Komandanlığı tərəfindən həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, 100 gəmi, səkkiz sualtı qayıq, 39 təyyarə, 16 helikopter, 28 pilotsuz uçuş aparatı, 7 pilotsuz dəniz vasitəsi kimi bir çox texnika və 15 min nəfərlik şəxsi heyətin iştirak edəcəyi təlimdə Türkiyə donanmasına yeni daxil edilən bir neçə texnika da ilk dəfə genişmiqyaslı əməliyyatda yoxlanacaq.

Təlimi istiqamətləndirmək, nəzarət etmək və qiymətləndirmək məqsədilə 104 nəfərdən ibarət nəzarət mərkəzi yaradılıb. Mayın 18-dək davam edəcək təlim müddətində Qara dəniz, Mərmərə, Egey və Şərqi Aralıq dənizinin 27 limanına 43 gəmi lövbər salacaq.

Təlimin məqsədi Hərbi Dəniz Qüvvələrinə tabeli olan komandanlıqların operativ idarəolunması, hərəkata hazırlığı və səmərəliliyinin qiymətləndirilməsi, istifadə olunacaq hərbi texnikanın əməliyyata hazırlıq səviyyələrinin artırmaq, hərbi heyətin mühakimə, uzaqgörənlik və qərar qəbul etmə bacarıqlarını inkişaf etdirmək, digər qüvvə komandanlığı ilə təlimdə istifadə edilən texnika arasında qarşılıqlı fəaliyyət prosesləri, eləcə də yerüstü, hava və quru hədəflərə faktiki silah atəşini yoxlamaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video