Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Tədbirdən əvvəl elm və təhsil naziri Emin Əmrullayev, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə 133 nəfər təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən 54 nəfər “Əməkdar müəllim” fəxri adına, 79 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Ümumilikdə 4500-dək təhsil işçisinin müstəqillik illərində dövlət təltiflərinə layiq görüldüyünü xatırladan nazir bu təltiflərin müəllim əməyinə verilən ən yüksək dəyər olduğunu diqqətə çatdırıb və təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təhsil işçiləri adından minnətdarlığını bildirib. Emin Əmrullayev Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiyası, bilik və bacarıqlarına görə müəllimlərin əməkhaqqının diferensiallaşması istiqamətində görülən işlərdən də danışıb.
Çıxışının sonunda nazir dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda təhsil işçilərinə dövlət təltifləri təqdim olunub.
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ
Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır
Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”
Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb
Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir
Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik
Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir
Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb
Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
İşğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib
Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği 8 faizdən çox artıb
Annalena Berbok: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir
“Politico” nəşri: Avropa Parlamenti yenidən korrupsiya ittihamı ilə çalxalanır
Əli Əsədov: Ötən il sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası müzakirə olunub
Əli Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir
Baş nazir: 2024-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb
Sabiq Prezident: Bakı Forumu böhranların mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!