15 Noyabr 2026 12:07
1385
DÜNYA
A- A+
Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

“Nature Climate Change” jurnalında dərc olunan yeni araşdırmaya görə, qlobal temperatur sənayeləşmədən əvvəlki səviyyələrdən 1,5°C-yə çatır və dünyanın hər bir regionu artıq gözlənilən istiləşmə səviyyəsinə yaxındır.

AZƏRTAC həmin jurnalda dərc olunan hesabata istinadla xəbər verir ki, tədqiqatçılar 2025-ci ilə qədər regionların 1,5°C qlobal istiləşmə həddində müvafiq proqnozların 90 faizdən 94 faizə qədərinin reallaşdığı faktlarını aşkar ediblər. Onlar, həmçinin 2°C həddində olan istiləşmənin 65 faizdən 76 faizinə qədərinə çatıblar.

Nəticələr Hökumətlərarası İqlim Dəyişmələri Paneli (IPCC) tərəfindən qiymətləndirilən 46 quru bölgəsinin hamısını əhatə edir. Tədqiqatçılar, tarixi hava qeydləri məhdud olan ərazilər də daxil olmaqla, 1850-1900-cü illərdən bəri temperatur dəyişimələrini araşdırıblar.

Tədqiqatda Rusiya Arktikasında ən böyük istiləşmənin sənayeləşmədən əvvəlki səviyyələrdən 3,3°C yuxarıda müşahidə olunduğu təxmin edilir. Şimali Amerikanın şimal-şərqində 2,6°C, şimal-qərbində isə 2,4°C artım müşahidə olunub.

Afrikanın böyük hissəsi də daxil olmaqla, tropik quru bölgələrində 1,1°C-dən 1,8°C-yə qədər istiləşmə müşahidə olunub. Okeanların üstünlük təşkil etdiyi bölgələrdə ümumiyyətlə təxminən 1°C-də daha kiçik artımlar qeydə alınıb.

Tədqiqatçılar müəyyən ediblər ki, regionlarda qeydə alınan istiləşmənin demək olar ki, hamısı insan fəaliyyətinin nəticəsidir. İstixana qazı tullantıları əsas amildir. İnsan fəaliyyəti ilə əlaqəli digər amillər, xüsusən də aerozollar istiləşmə təsirini qismən azaldıb.

Tədqiqat onu da vurğulayır ki, 1,5°C qlobal istiləşmə həddinə 2029-cu ildə çatmaq olar. Yüksək emissiya ssenarisi altında 2°C həddinə isə 2042-ci ildə çatmaq mümkündür.

Alimlər bildiriblər ki, regionlar temperaturlarının nə qədər yüksəldiyinə görə fərqlənsələr də, qlobal istiləşmə həddinə doğru irəliləyiş olduqca oxşardır. Onlar, həmçinin aşkar ediblər ki, Afrikanın tarixi temperatur qeydlərinin məhdud olduğu bəzi yerləri də daxil olmaqla, regional istiləşmə proqnozlarına inam yüksəkdir. Bu, qismən tropik bölgələrin ildən-ilə daha az təbii temperatur dəyişməsinə məruz qalması ilə bağlıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!