13 Yanvar 2026 08:50
479
Mədəniyyət
A- A+
Tarixi keçmişimizi özündə yaşadan məkan

Tarixi keçmişimizi özündə yaşadan məkan


Muzeylər hamımız üçün tariximizi, ulu keçmişimizi özündə yaşadan və qoruyub gələcəyə çatdıran əvəzolunmaz bir məkandır. Tariximizi öyrənməyə maraq göstərən insanlar tez-tez bu ünvanlara üz tuturlar. Aparılan müşahidə və keçirilən sorğular onu göstərir ki, insanların muzeylərə baxmaq maraqları heç vaxt azalmır, əksinə, zaman getdikcə daha da artır. Çünki bu doğma məkanlarda nümayiş etdirilən eksponatlar, əşyalar baxanları bir anlıq da olsa, ötən əsrlərə, yaşanmış illərə aparıb çıxarır. İnsanlar muzeylərə baxarkən bir anlıq ulu keçmişimizə səyahət edirlər. Onlar muzeylərə etdikləri bu ziyarətlərdən mənəvi zövq alırlar.

Tariximizin səhifələrini daha da dərindən öyrənmək üçün Quba Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdik. Bu muzey gözəl bir məkanda, Nizami Gəncəvi adına parkın yaxınlığında yerləşir. Onun geniş qapıları parka açılır. Parka gəzməyə gələn rayon sakinləri və qonaqlar muzeyə də üz tuturlar. 

Muzeyə daxil olan kimi bu məkanda çalışan bələdçilər bizi gülərüzlə qarşılayırlar. Onlar muzeyin yaranması haqqında ətraflı məlumat verdilər. Öyrəndik ki, muzeyin əsası ziyalı və din xadimi Əhməd Əfəndi Çələbizadə tərəfindən qoyulub. Dövrünün tanınmış ziyalısı olan Ə.Çələbizadə mədrəsədə dərs deyirmiş. O, 1924-cü ildə böyük əziyyətlər bahasına elə dərs dediyi təhsil ocağında muzey yaratmışdır. Bu məkana Azərbaycan tarixinə aid materiallar toplamışdır. Verilən məlumatlara görə, toplanmış eksponatların əksəriyyəti də elə Əhməd Çələbizadənin özünə məxsus olmuşdur. Əhməd Əfəndi topladığı materialların muzey yaratmaq üçün azlıq təşkil etdiyini görərək daha çox eksponatlar əldə etmək məqsədilə həm idarə və təşkilatlara, həm də ayrı-ayrı şəxslərə müraciət ünvanlamışdır. 

Onun müraciəti xeyirxah, həvəskar insanlar tərəfindən rəğbət və hörmətlə qarşılanmışdır. Qısa müddət ərzində muzeyə tariximizin dünənindən xəbər verən dəyərli əşyalar toplamaq mümkün olmuşdur. Bu əşyaların sırasında qədim əlyazmalar, kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları da olub. Beləcə, zaman keçdikcə muzey yeni eksponatlarla zənginləşib, daha maraqlı, daha baxımlı olub.  

İllər sonra isə rayonda muzey yaradılması istiqamətində müəyyən uğurlu addımlar atılmışdır. 1932-ci ilin avqustunda Quba Rayon İcraiyyə Komitəsinin iclasında muzeyin yaradılmasına böyük təkan verilmişdir. "Quba şəhərində muzeyin təşkili barədə" xüsusi məsələ müzakirəyə çıxarılmışdır. İclasda bu işin  təşkili məqsədilə bacarıqlı mütəxəssislər tərəfindən hazırlanmış tezis və plan-layihəyə baxılmışdır. Təqdim olunan sənədlərdə muzeyin ekspozisiyasının təşkili ilə bağlı tövsiyələr də öz əksini tapmışdır.  

Muzeyin yaradılması istiqamətində atılan addımlar üç ildən sonra müsbət nəticələr vermişdir. Xalq Maarif Komissarlığının 14 may 1935-ci il tarixli əmri ilə bu xeyirxah işin bünövrəsini qoymuş Əhməd Çələbizadə Quba Tarix Muzeyinə rəhbər təyin olunmuşdur. Bu vəzifədə fəaliyyətə başlayandan sonra Ə.Çələbizadə muzeyə yeni eksponatların toplanması üçün xeyli iş görmüşdür. Amma çox təəssüflər olsun ki, 1937-ci ildə bu görkəmli ziyalı repressiya qurbanı olmuşdur. Bundan sonra muzey fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Nəhayət, 1944-cü ilin avqust ayında muzey yenidən görkəmli alim və mütəfəkkir, şair Abbasqulu ağa Bakıxanovun bir zamanlar yaşadığı evində yenidən fəaliyyətə başlamışdır. 

2012-ci ildə bu müqəddəs məkanın tarixində işıqlı bir səhifə açılmışdır. Həmin il Prezident İlham Əliyevin göstərişinə əsasən, qədim tarixə və böyük turizm potensialına malik olan Quba rayonunda müasir tələblərə cavab verən muzey binasının inşasına başlanmışdır. 2014-cü ildə binanın inşası yekunlaşmışdır. 2 may 2015-ci ildə isə muzeyin açılışı olmuş və ziyarətçilərin ixtiyarına verilmişdir. Bu gün həm şəhər sakinləri, həm də qonaqlar bölgənin tarixi keçmişini öyrənmək üçün rahat şəkildə buranı ziyarət edirlər. 

Söhbət zamanı bələdçilər onu da bildirdilər ki, muzeyin əsas və köməkçi fondunda 10 mindən çox eksponat var. Ziyarətə gələnlər bu eksponatlara böyük maraqla tamaşa edirlər. Muzeydə Qubanın təbiətini, müxtəlif ov səhnələrini, ibtidai insanların məişət şəraitini əks etdirən əşyalar elə ilk dəqiqədən diqqəti özünə cəlb edir. Bu əşyalar tamaşaçını xəyalən ötən illərə, əsərlərə aparır. Qədim Qubanın, Musa peyğəmbər və Həzrət baba rəvayətinin təsvirləri, Ağbil türbəsinin maketi, arxeoloji qazıntılar zamanı tapılan saxsı əşyalar, qədim silah növləri və başqaları ən çox maraqla baxılan eksponatlardandır. 

Muzeyin bir zalından digərinə keçəndə sanki bir neçə əsr geri dönürük, gördüyümüz əşyalara tamaşa etdikcə onların düzəldildiyi və işlədildiyi ulu keçmişimizə boylanırıq. Muzeydə diqqət çəkməyən, maraq doğurmayan bir ədəd də olsun eksponat yoxdur. Ona görə də buradakı bütün əşyaların qarşısında ayaq saxlayıb düşünməyə məcbursan. Üstündən illər, əsrlər keçsə də, qədim insanların düzəltdikləri silahlar, alətlər ziyarətçilərdə böyük maraq oyadır. Xan divanının təsvirinə, Fətəli xanın portretinə, qədim silah növlərinə, Orta əsrlərə aid döyüşçü geyimlərinə diqqətlə baxmadan yanından keçib getmək mümkün deyil. Həm Fətəli xanın, həm də A.A.Bakıxanovun şərəfinə toxunmuş xalçalar da görənləri heyran edir. XVIII-XIX əsrlərdə yaşayış tərzi, XIX əsr qadın geyimləri, Quba xalq sənətkarlığı nümünələri olan dulusçuluq, misgərlik, xalçaçılıq və başqa sənət növləri ulu keçmişimizdən xəbər verir. 

1937-ci ilin repressiya qurbanlarına həsr olunmuş guşə isə insanları daha çox təsirləndirir. Həmin tuthatut zamanlarında repressiya dalğası qubalı ziyalılarını da öz ağuşuna almışdır. Qubalı ziyalılar, müharibə veteranları bölməsi, ilk qubalı ziyalı qadınlar haqqında məlumatlar da olduqca diqqətçəkəndir. Bələdçinin 100 il əmək fəaliyyəti olan xalçaçısı Zibeydə Şeydayeva haqqında verdikləri məlumatları böyük maraq doğurur. Quba xalçalarının nümayişi, qadın geyimləri, gümüşdən, misdən hazırlanmış bəzək və məişət əşyaları tariximizin qədimliyini göstərir. 

Gözəl və rahat bir məkanda yerləşən Quba Tarix-Diyarşünaslıq Muzeyini ziyarətimiz xeyli davam etdi. Muzeydə olduğumuz anlar həm maraqlı, həm də səmərəli keçdi. Bu müddət ərzində sanki dünənimizə, tarixi keçmişimizə səyahət etdik, biliklərimizi daha da zənginləşdirdik. Bu ziyarətimiz yaddaşımızdan heç vaxt silinməyəcək bir səhifə açdı. 

Muzeydən xoş təəssüratlarla çıxanda yeni ziyarətçilərin içəri daxil olduqlarını gördük. Onların arasında gənclər çoxluq təşkil edirdi. Deməli, gənc nəslin tarximizi öyrənməyə marağı böyükdür. Bu əminlik yaradır ki, keçmişimizi dərindən öyrənən gənclərimiz elmli, bilikli olacaq, gələcəkdə dövlətçiliyimizin daha da möhkəmlənməsi və güclənməsi işində böyük uğurlar qazanacaqlar.   


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!