Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyası tarixi ədalətə konseptual çağırışdır
Qərbi Azərbaycan xalqımızın qədim yurd yerlərindən biridir. Urartu dövləti dövründə və sonrakı zamanlar strateji və iqtisadi cəhətdən mühüm tarixi kəsişmə nöqtəsi olan Qərbi Azərbaycan sonradan bir çox tarixi faciənin ünvanına çevriləcəkdi....
Bölgədə tarixən müxtəlif etnik qruplar birgə yaşasa da, türk-müsəlman mədəniyyətinin Qafqazda geniş yayılması ilə birgə Azərbaycan türklərinin bu bölgədə üstünlüyü həm mədəni, həm də dini baxımdan böyük əhəmiyyət qazanmışdı. Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.
Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda Ermənistan dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-1921-ci illərdə "Ermənistan respublikası", "Dağlıq Ermənistan respublikası" adlanan qurumların, Sovet İttifaqının, qərarları ilə Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir sıra bölgələr Ermənistana verilmişdir. Yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSR-in 1987-1991-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır.
Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilib.
Presedenti olmayan bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratmış və onları Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirmişdir.
Azərbaycanın Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.
XIX əsrdə və XX əsrin əvvəllərində Rusiya-İran müharibələri nəticəsində bölgənin demoqrafik vəziyyəti get-gedə dəyişməyə başladı və tarixi ədalətsizliyin nəticəsi kimi 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Çar Rusiyası tərəfindən həyata keçirilən ermənilərin köçürülməsi siyasəti Azərbaycan türklərinin tarixi torpaqlarında etnik tərkibin dəyişdirilməsinə səbəb oldu. 1905-1906-cı və 1918-1920-ci illərdə baş verən erməni mənşəli qarşıdurmalar zamanı bölgədəki Azərbaycan türkləri kütləvi şəkildə qırğınlara məruz qaldılar. Bu amansız proses 1948-1953-cü illərdə də davam etdi və Qərbi Azərbaycandan 100 mindən çox soydaşımız zorla Azərbaycan SSR ərazisinə köçürüldü. Bu köçürmə "kollektivləşmə" və "sərhəd təhlükəsizliyi" adı altında həyata keçirildi və deportasiyalar müddətində minlərlə soydaşımız ağır şəraitə görə həyatını itirdi. Sonuncu deportasiya isə 1987-ci il oktyabrın 21-də Ulu Öndər Heydər Əliyev Kremldəki vəzifəsindən istefaya məcbur edildikdən cəmi iki həftə sonra başladı. Belə ki, erməni məsələsi rəsmi şəkildə ortaya çıxmaqla Ermənistanda yaşayan azərbaycanlılar birbaşa hədəfə alındı. 1988-ci il fevralın 28-də Ermənistanda yaşayan azərbaycanlılara qarşı ilk etnik təmizləmə pik həddinə çataraq ən azı 350 min azərbaycanlı tarixi torpaqlarından məcburi köçürüldü.
Eyni tarixdən, Kanaker Alüminium Zavodunun işçiləri üçün yaşayış kompleksləri tikmək bəhanəsi ilə ermənilər Azərbaycanın Şuşa şəhərində yerləşən "Topxana" meşəsində ağacları kəsərək, meşəni məhv etdilər və faciəvi Topxana hadisələri ilə Qarabağ məsələsi 30 il müddətində Azərbaycanın qanayan yarası olaraq tarixin yaddaşına düşdü.
İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra Prezident İlham Əliyev 2022-ci il dekabr ayının 24-də çox dəyərli fikir səsləndirmişdir: "Böyük qayıdış təkcə Qarabağla məhdudlaşmır. Bizim planlarımızda qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı da var''.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər təkcə siyasi proqram deyil, həm də tarixi ədalətin bərpasına yönəlmiş strateji addımdır. Bu layihə Azərbaycan xalqının mədəni və tarixi yaddaşının qorunması ilə yanaşı, regionda sülh və sabitliyin təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Azərbaycanın tarixi torpaqlarına hüquqi və mənəvi sahiblik iddiasını ifadə edir. Bu layihə, Qərbi Azərbaycan İcmasının təşkilatlanması, həmin torpaqlardakı tarixi-mədəni irsin tədqiqi və qorunması, həmçinin oradan qovulmuş azərbaycanlıların geriyə qayıdış hüquqlarının beynəlxalq səviyyədə tanınması məsələsini ehtiva edir.
Mühüm əhəmiyyət kəsb edən layihənin əsas məqsədi tarixi ədalətin bərpası, azərbaycanlıların Qərbi Azərbaycandan zorla deportasiya olunması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması və bu prosesin qanunsuzluğunun tanıdılmasıdır.
Prezident İlham Əliyevin liderliyi ilə bu məsələyə yenidən diqqət çəkilməsi və Qərbi Azərbaycana qayıdış layihəsinin gündəmə gətirilməsi, Azərbaycanın həm daxili, həm də xarici siyasətində yeni mərhələdir. Bu strategiya bir neçə istiqamətdə hüquqi əsaslar yaradılmaqla Ermənistanın azərbaycanlılara qarşı törətdiyi insan haqları pozuntularının beynəlxalq məhkəmələrdə tanınması üçün hüquqi mexanizmlərin tətbiqi, beynəlxalq ictimaiyyətin maarifləndirilməsi ilə dünyanın aparıcı ölkələrində və təşkilatlarında Azərbaycanın haqq səsinin eşidilməsi, dəstəyin təmin edilməsi və mədəni diplomatiya ilə Qərbi Azərbaycanla bağlı tarixi faktların, sənədlərin, mədəniyyət nümunələrinin dünyaya çatdırılması prinsipləri müəyyənləşməlidir.
Qərbi Azərbaycana qayıdış layihəsi yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də regionda uzunmüddətli sülhün bərqərar olunmasına xidmət edir. Bu, azərbaycanlılarla ermənilər arasında tarixi qarşıdurmaların həlli və birgəyaşayış modelinin yaradılması üçün yeni fürsətlər təqdim edir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan xalqı qayıdışı yalnız dinc yolla, beynəlxalq hüququn prinsipləri əsasında həyata keçirməyə çalışır. Nəticə olaraq Qərbi Azərbaycana qayıdış layihəsi Azərbaycan xalqının öz tarixi torpaqlarına sahib çıxma iradəsinin parlaq nümunəsidir.
Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurumun vahid bir təşkilat çərçivəsində birləşməsi və Qərbi Azərbaycan İcmasının yaradılması, onun, fəaliyyətinin təşkili, beynəlxalq müstəviyə çıxarılması, məsələnin beynəlxalq gündəliyə salınması görülən işlərin tərkib hissəsidir.
Bu gün Azərbaycan qərbi azərbaycanlıların öz yurdlarına qayıda bilməsi üçün Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyir. Hazırda azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti tamamilə boş qalıb, orada heç kim yaşamır. Azərbaycan Prezidenti haqlı olaraq hesab edir ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməli, onların dilindən onların problemlərini eşitməlidir. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir.
Cənab İlham Əliyev qətiyyətli şəkildə vurğulayır ki, ATƏT, Avropa Komissiyası da bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Bu, yüzminlərlə insanın hüquqlarının bərpası məsələsidir.
Prezident İlham Əliyevin bu təşəbbüsü həm tarixi ədalətin bərpasına, həm də regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaratmaqdadır. Bu proses Azərbaycanın güclü və müstəqil siyasətinin, eyni zamanda xalqın tarixi yaddaşına və milli kimliyinə sadiqliyinin təzahürüdür. Layihənin uğuru, beynəlxalq dəstəyin artırılması və bütün maraqlı tərəflərin dialoqa açıq olmasından asılıdır. Amma aydındır ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etmək əzmindədir və bu istiqamətdə dayanmaq niyyətində deyil. Ümid və qətiyyətlə tarixi yolun davamı Qərbi Azərbaycana qayıdış, sadəcə bir xalqın öz yurduna qayıdışı deyil, həm də itirilmiş dəyərlərin, pozulmuş hüquqların və sarsılmış ədalətin bərpası yolunda atılan qəti addımdır. Bu yol asan olmayacaq, lakin Azərbaycan xalqının iradəsi, milli birliyi və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi bu missiyanı mütləq zəfərlə nəticələndirəcək. Tarix haqqı uğrunda mübarizə aparan xalqları heç vaxt unutmur. Qərbi Azərbaycana qayıdış da gələcək nəsillərə öz dədə-baba yurdlarında azad və firavan həyat yaşamaq ümidini bəxş edəcək. Azərbaycan xalqı bir daha sübut edəcək ki, doğma torpaqlardan qovulmaqla tarixi həqiqətləri və Vətən sevgisini heç bir qüvvə ürəklərdən silə bilməz. Bu qayıdış Şuşadan, Xankəndidən sonra yeni bir başlanğıcdır - tarixi ədalətin, sülh və sabitliyin təntənəsi olacaq bir başlanğıc!
Nigar İBRAHİMOVA,
Türkiyə Qlobal Jurnalistlər Şurasının Məclis üzvü, tədqiqatçı
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli, "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi barədə" 2006-cı il 13 fevral tarixli 363 nömrəli, "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və işçilərinin ümumi say tərkibinin müəyyən edilməsi barədə" 2006-cı il 18 aprel tarixli 392 nömrəli, "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2016-cı il 20 aprel tarixli 869 nömrəli, "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" 2023-cü il 24 iyul tarixli 2242 nömrəli və "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 170 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
“Hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Misli Premyer Liqası: “Qarabağ” “Sabah”la heç-heçə edib
Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresində ən son elmi yeniliklər müzakirə olunub
VI İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi vaxt müəyyənləşib
Azərbaycanın və Gürcüstanın milli teatrları arasında əməkdaşlığa dair memorandum imzalanıb
Misli Premyer Liqası: “Araz-Naxçıvan” autsayderlə oyunda xal itirib
ABŞ - Avropa İttifaqı qarşıdurması böyüyür
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi olub
Azərbaycanın iki gimnastı Dünya Kubokunun finalına vəsiqə qazanıb
Marneulidə “Xocalıya ədalət!” adlı sərgi və anım tədbiri keçirilib
Paytaxtda bəzi yollarda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb
Lvovda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
“Könüllü DOST” proqramına daha 127 nəfər cəlb olunub
Azərbaycan-Pakistan münasibətləri möhkəm hüquqi və siyasi təməl üzərində formalaşıb
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!