02 Sentyabr 2024 08:05
1234
CƏMİYYƏT
A- A+
Şuşada seçki bayram əhvalında keçdi 

Şuşada seçki bayram əhvalında keçdi 

 

Yolumuz Şuşa şəhərinədir. Ölkəmizin hər yerində olduğu kimi sentyabrın 1-də musiqi beşiyimiz Şuşada da növbədənkənar parlament seçkiləri keçirildi. Erməni işğalından azad olunmuş şəhər həyatının ən gözəl, ən əlamətdar günlərindən birini yaşayır. 
30 illik həsrətdən, ayrılıqdan sonra doğma ocaqlarına qayıtmış şəhər sakinləri ilk dəfə olaraq parlament seçkilərində iştirak edərək ən yaxşı, ən layiqli namizədə səs verdilər.
`124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinın 2 məntəqəsi Şuşa şəhərində yerləşir. 1 nömrəli orta məktəbdə təşkil edilmiş 46 saylı seçki məntəqəsində böyük canlanma var idi. Doğma ocaqlarına qayıtmış sakinlər yüksək ovqatla məntəqələrə gəlirdilər. 
Məntəqə seçki komissiyasının sədri Səbinə Gözəlova seçkilərin gedişindən söz açaraq dedi: "Şuşa sakinlərinin uzun ayrılıqdan sonra doğma şəhərlərində səs vermələri tarixi hadısədir. Beş il əvvəl bunları yalnız xəyal etmək olardı. Amma Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan 
İlham Əliyevin rəhbərliyi altında xəyalları gerçəkləşdirdi. Məntəqəmizdə 768 nəfər səs verəcək. İndi şuşalılar doğma şəhərlərində keçirilən parlament seçkilərində həvəslə iştirak edirlər. Seçki məntəqəsində seçicilərin səs vermələri üçün tələb olunan bütün lazımi şərait yaradılıb. Səhərdən seçki fəallığı hiss olunur. Seçki gününə qədər məntəqə seçki komissiyasının əməkdaşları müxtəlif treninqlərdə iştirak edərək kifayət qədər təcrübə toplayıblar". 
Müşahidələrimiz göstərdi ki, seçki məntəqəsi səsverməni yüksək səviyyədə təmin etmək üçün bütün zəruri texniki və metodiki vəsaitlərlə təmin olunub. Seçici siyahıları ilə yanaşı, lazımi məlumat lövhələri də asılıb. Seçicilərin səs vermələri üçün kabinələr yaradılıb. 
Məntəqəyə gələn seçicilər nəzarətçilərə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini təqdim edir, adının qarşısından imza ataraq bülleteni alıb səs vermək üçün kabinələrə daxil olurlar. Burada ən layiqli hesab elədiyi namizədə səs verdikdən sonra bülleteni şəffaf rəngli qutuya atırlar. 
Məntəqəyə həm yerli, həm də beynəlxalq müşahidəçilər gəlirlər. MDB və Birləşmiş Krallıqdan müşahidəçi qruplar məntəqədə olublar. Onlar seçkinin gedişini yüksək qiymətləndiriblər. 
Biz müşahidə apardığımız müddətdə məntəqəyə səs vermək üçün gələnlərin ardı-arası kəsilmirdi. Səsverməyə gələnlərin də, məntəqədən çıxanların da üzlərindən sevinc yağırdı. Bu da səbəbsiz deyildi. Çünki onlar uzun illərdən sonra doğma şəhərlərində parlament seçkilərində iştirak edirlər. Bu iştirakdan da qürur duyur, iftixar hissi keçirirdilər.
Şuşa sakini Rəqsanə İsmayılzadənin 18 yaşı təzəcə tamam olub. Buna görə də seçkilərdə ilk dəfədir iştirak edir: "Mənim üçün bu gün çox əlamətdardır. Çünki parlament seçkilərinə birinci dəfədir ki, qatılmışam. Bu mənim üçün ikiqat sevindiricidir. Deməli, artıq mən xalqım və dövlətim üçün layiqli vətəndaş olmuşam. Seçkilərdə həvəslə iştirak edərək ən layiqli namizədə səs verdim. Məntəqədə yaradılmış şəraitdən də razı qaldım".
Məntəqədə səs verən gənc seçici Riad İsmayılzadə də söhbətimizə qoşulur:  "Bu gün ömrümün unudulmaz, gözəl günlərindən birini yaşadım. Çünki uzun ayrılıqdan sonra doğma Şuşamdayam, ata-baba yurdumdayam. Başqa şuşalılar kimi mən də böyük həvəs və ovqatla parlament seçkilərində iştirak etdim. Ordu sıralarından yenicə tərxis olunmuşam. Ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində iştirak etmişəm. Ordumuz çox qısa bir müddət ərzində erməni separatçılarını diz çökdürdü. Bu döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram. Ordu sıraralarına illərdən bəri məskunlaşdığım Bakı şəhərindən çağırılmışdım. Tərxis olunandan sonra artıq doğma yurdum Şuşaya qayıtmışam. Bu gün də parlament seçkilərində iştirak etdim. Seçki çox demokratik və şəffaf şəraitdə keçir".
Seçki məntəqəsində "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi və SWG S.P.A tədqiqatlar şirkəti (İtaliya) birgə "Exit-poll" keçirirdilər. Birliyin nümayəndəsi Ağəli Məmmədov bildirdi ki, məntəqədən səs verib çıxan  seçicilər onlar üçün yaradılmış  şəraitdən razılıqlarını bildirirlər. Onlar "exit-poll"da da aktiv şəkildə iştirak  edirlər. Onun sözlərinə görə, əvvəllər seçicilər anonim sorğularda iştirakdan imtina edirdilərsə, bu gün müraciət olunan vətəndaşlar heç bir etiraz bildirmirlər. Bu da onu deməyə əsas verir ki, artıq Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb.   
Müstəqil müşahidəçi Sara Hüseynova da məntəqədə seçicilər üçün yaradılmış şəraitdən razılıqla danışdı. Bildirdi ki, seçicilərin səs vermələri üçün məntəqədə hərtərəfli şərait yaradılıb. 
124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin  47 saylı seçki məntəqəsində də seçici fəallığı hiss olunurdu. İnsanlar əvvəlcə adlarını seçici siyahılarında dəqiqləşdirirdilər. Bundan sonra qeydiyyatdan keçib bülleten alır,  kabinələrdə səs verirdilər.
Məntəqə seçki komissiyasının sədri Eldar Salahov dedi ki, seçki fəallığı səhər ertədən başlayıb. Hazırkı vaxta qədər 310 nəfər səs verib. Ümumiyyətlə, məntəqədə 899 nəfər seçici səs verməlidir. Seçki bir neçə saatdır ki, başlayıb. Seçicilər məntəqəyə gələrək vətəndaşlıq borclarını yerinə yetirirlər. 
47 saylı seçki məntəqəsində səs verənlərin fikirlərini öyrəndik. Seçici Elçin Qurbanov deyir: "Şükür, uzun illədən sonra bu əlamətdar günü görmək bizə nəsib oldu. Sevincimin həddi-hüdudu yoxdur. Bir ildən çoxdur ki, burada işləyirəm. Prezident seçkilərində də səs vermişdim. İndi də parlament seçkilərində iştirak edirəm. Buna görə özümü dünyanın ən bəxtəvər insanı saylram. Doğma Şuşamız gündən-günə gözəlləşir, abadlaşır. Dövlətimiz ata-baba yurduna qayıtmış keçmiş məcburi köçkünlər üçün hərtərəfli şərait yaradıb".
Məntəqəyə gələn şəhər sakinlərinin üz-gözündən fərəh yağırdı. Onlar uzun illərdən sonra suverenliyimizin tam təmin edildiyi tarixi şəraitdə parlament seçkilərində yüksək əhvali-ruhiyyə ilə iştirak edirdilər. Sevincini yaşadıqları bu gün söz yox ki, şuşalıların həyatında silinməz izlər qoyacaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Bakı-Şuşa-Bakı
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!