28 Aprel 2024 15:11
293
DÜNYA
A- A+

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

 

Süni intellektdən elmi tədqiqatlarda istifadə maraqlı nəticələrə səbəb olur.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Piza Universitetinin əməkdaşları Vezuvi vulkanının püskürməsi zamanı zərər görmüş papirusları araşdırıblar. Süni intellekt və yüksək ayırdetməli fotonların köməyi ilə kömürləşmiş lövhələrdə mindən çox söz oxunub.

Əvvəllər adi mikroskopla bu papirusları oxumaq mümkün deyildi. Süni intellekt üçünsə kömürləşmə çox ciddi çətinlik yaratmır. Ən maraqlı nəticə qədim dövrün məşhur yunan filosofu Platonun (e.ə. 428 – e.ə. 348) akademiyası və qəbri barədə dəqiq məlumatın əldə edilməsi olub.

Papiruslardan birində göstərilir ki, böyük filosof “Akademiya bağında” xüsusi ayrılmış yerdə dəfn olunub. Məzar Muzalar məbədinin yanında yerləşir.

Platonun eradan əvvəl 387-ci ildə təşkil etdiyi Akademiya qədim Yunanıstanın beyin mərkəzi hesab edilirdi. Bu məktəb Elladada çox sayda filosofun, astronomun, siyasətçinin yetişdirilməsinə kömək edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video