09 Iyun 2024 12:07
673
Elm və texnika
A- A+

“Starship”in budəfəki uçuş cəhdi uğurla yekunlaşıb

 

“SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin dördüncü uçuş cəhdi uğurla reallaşdırılıb. “Starship”in indiyənə kimi aparılmış test uçuşlarından fərqli olaraq, sonuncu uçuş cəhdi zamanı kosmik gəmi uğurla Yer kürəsinin atmosferinə çatandan sonra yenidən geri qayıdaraq Hind okeanındakı xüsusi platformaya eniş edib.

Qeyd etmək lazımdır ki, uçuşa start veriləndən bir neçə dəqiqə sonra “Super Heavy” raketi də “Starship”dən uğurlu şəkildə ayrılaraq Meksika körfəzində enişi reallaşdırıb. Raket ayrılandan sonra kosmik gəmi bir saat uçuşunu davam etdirib və atmosferə missiyanın 45-ci dəqiqəsində çatıb. 53 km-lik yüksəklikdə “Starship”in qapaqlarından biri yanmağa başlayıb və onun xarici hissəsində olan kamera isə çatlayıb. Lakin bütün bunlara baxmayaraq, “Starship” tapşırığının öhdəsindən uğurla gəlib.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video