08 Dekabr 2023 11:15
52817
Oxucu məktubları
A- A+

Səyyar görüşdə qaldırdığımız problem həllini tapdı

 

Son vaxtlar rayon rəhbərliyinin keçirdiyi səyyar görüşlər mövcud problemlərin həll edilməsində mühüm rol oynayır. Belə görüşlərdən biri bu yaxınlarda yaşadığım Göygöl rayonunun Pənahlılar kəndində keçirildi. 
Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev kənd sakinlərini dinləyərək onların problemləri ilə maraqlandı. Biz kəndin ərazisindən keçən Çaylı-Pənahlılar avtomobil yolunun sel suları nəticəsində dağıldığını və bununla bağlı kənd əhalisinin əziyyət çəkdiyini bildirdik. Rayon rəhbəri elə yerindəcə aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq verdi. Bir neçə gündən sonra problem öz həllini tapdı. Daxili imkanlar hesabına Pənahlılar kəndi ərazisindən keçən Çaylı-Pənahlılar avtomobil yolunda sel sularının törətdiyi fəsadlar aradan qaldırıldı. 
Hörmətli redaksiya! İndi kənd sakinləri heç bir əziyyət çəkmədən həmin yoldan rahatlıqla istifadə edirlər. Bu işdə əməyi keçən hər kəsə kənd sakinləri adından minnətdarlığımızı bildiririk.

Tofiq ABBASOV,
Göygöl rayonu Pənahlılar kənd sakini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video