Sərhəd dirəklərinin quraşdırılması münasibətlərin normallaşması üçün önəmli addım oldu
İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında illərdən bəri torpaqlarımızı işğalda saxlayan erməniləri diz çökdürdü.
Biabırçı məğlubiyyətə uğradılan Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Amma rəsmi İrəvan müxtəlif bəhanələr gətirərək imza atdığı üçtərəfli Bəyanata əməl etmədi. Azərbaycanın qazandığı zəfərləri ilə regiona gətirdiyi yeni reallıqlarla barışmaq istəməyən Ermənistan yenə də xəyallarla yaşayırdı, itirdiyi mövqeləri geri qaytaracağını zənn edirdi. Buna görə də ölkəmizin sülh təkliflərindən boyun qaçırır, danışıqlar masası arxasına oturmurdu.
Amma illər keçdikcə xəyalların gerçəkləşməyəcəyini anlayan Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa yolunun qalmadığını gördü. Yalnız bundan sonra İrəvan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsini qəbul etdi. Hadisələrin gedişi göstərdi ki, Ermənistan Qərbdəki havadarlarından istədiyi dəstəyi ala bilmədi. Çünki rəsmi Bakı həmin ölkələrin Azərbaycana qarşı əsassız təzyiq cəhdlərini vaxtında qətiyyətli şəkildə zərərsizləşdirdi. Antiterror tədbirlərindən sonra ölkəmizə qarşı təzyiq cəhdləri aradan qaldırıldı. Fransa və Ermənistanın əsassız iddialarla BMT-nin Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə qərarların qəbuluna yönələn səyləri də iflasa uğradı.
Beləliklə, illərdən bəri separatizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan Azərbaycana qarşı qanlı təcavüzkarlıq və işğalçılıq siyasətindən əl çəkib münasibətlərin normallaşdırılması üçün razılığa gəldi. Sülh masası arxasına keçmək istəməyən, müxtəlif manipulyasiyalarla prosesdən yayınan Ermənistan ölkəmizin siyasi və diplomatik iradəsi qarşısından, nəhayət, aprel ayının ortalarında geri çəkildi.
Aprelin 19-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, eləcə də delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü iki ölkə arasında uzun illərdən bəri davam edən gərginliyin azaldılması, yekun sülh sazişi layihəsi üzərində aparılan işin sürətləndirilməsi baxımından önəmli addım oldu. Əldə olunmuş razılaşmaya əsasən, sərhəd xətti Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçəcək, beləliklə, Qazax rayonunun işğal altında olan 4 kəndi birinci mərhələdə Azərbaycana təhvil verilir. Tərəflər sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə də razılığa gəliblər.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar. Artıq iki dövlət arasında sərhəd dirəkləri quraşdırılıb. Verilən məlumatlara görə, bu istiqamətdə işlər davam edir.
İki ölkə arasında sərhəd dirəklərinin quraşdırılmasına başlanması son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Bu həm də rəsmi İrəvanın Bakının birbaşa sülh danışıqları təşəbbüsünü qəbul etməsi deməkdir. Bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli siyasəti və diplomatik məharəti ilə Azərbaycan dövlətinin qazandığı növbəti tarixi uğurdur.
Delimitasiya prosesi özlüyündə asan, tez bir zamanda başa gələn iş deyil. Bu, mürəkkəb, xeyli vaxt tələb edən geotexniki bir prosesdir. Mövcud istiqamətdə aparılan danışıqlarla bağlı yekun qərarın verilməsi xeyli zaman tələb edir. Sərhədin delimitasiya olunmuş hər hissəsindən sonra müvafiq protokol imzalanır, sonra ərazidə nişanlama işləri aparılır, sərhəd dirəkləri qurulur. İki ölkə arasındakı sərhədin delimitasiya və demarkasiyası tamamilə başa çatdıqdan sonra bununla bağlı yekun sənəd imzalanır və qeydə alınması üçün BMT-yə göndərilir.
Hadisələrin gedişatı açıq-aydın göstərir ki, Azərbaycan nəzərdə tutduğu bütün prinsiplərində ardıcıldır, qətiyyətlidir. Uzun illərdən sonra ilk dəfədir ki, Azərbaycan və Ermənistan arasında sərhəd dirəkləri qurulur. Ümid etmək olar ki, bu addımlar yekun sülh müqaviləsinə aparan etibarlı sülhün təhlükəsizliyinə təminat verəcək. İkinci Qarabağ müharibəsindən qalib çıxmış qüdrətli Azərbaycanın diktə etdiyi xətlə qurulan sərhəd dirəkləri yaxın zamanlarda Vətənimizə, xalqımıza əmin-amanlıq və sülh gətirəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı p...
19 May
İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə ged...
19 May
Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB
19 May
Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər...
19 May
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
19 May
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən bi...
19 May
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və ...
19 May
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək ...
19 May
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür ...
19 May
Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!