15 May 2024 09:05
3219
Təhsil
A- A+

Şəmkirli gənc ABŞ-nin nüfuzlu universitetinə qəbul olmuşdur

 

Şəmkir Rayon İcra Hakimiyyətində bu il Amerika Birləşmiş Ştatlarının LYNN Universitetinə tam təqaüdlə qəbul olunan Qarəcəmirli kənd sakini Səbinə Qasımova ilə görüş keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev S.Qasımovanı təbrik edərək onun bu uğurlarında xidmətləri olan valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, bu gün ölkəmizdə təhsilin inkişafı diqqət mərkəzindədir və dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Səbinəni və onun timsalında tələbə adını qazanan bütün məzunları təbrik edən RİH-in başçısı ölkəmizin, o cümlədən Şəmkir rayonunun sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən bütün gənclərə nailiyyətlər arzulamışdır. Sonra Səbinə Qasımovaya rayon icra hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunmuşdur.
Səbinə Qasımova və valideynləri görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video