10 Aprel 2024 09:35
2656
Oxucu məktubları
A- A+

Səliqə-sahmanı çoxdan gözləyirdik

 

Qaradağ rayonunun Sahil qəsəbəsi paytaxtın 35 kilometrliyində yerləşir. Xəzərin sahilində  yerləşən qəsəbəmizdə əvvəllər əhalinin sayı az idi. Hazırda burada 10 mindən artıq insan yaşayır. Qəsəbə böyüdükcə yeni küçələr, məhəllələr salınır. 
Bizim küçəmiz Məhərrəm Seyidovun adını daşıyır. Əsasən çoxmərtəbəli binalardan ibarət küçəmizdə dağılmış vəziyyətdə olan kiçik park var idi. Şəraitsizlikdən ora sakinlər istirahət zonası kimi baxmazdı. O üzdən maşınlar üçün dayanacağa çevrilmişdi. Bu da  oradan keçənlərə mane olurdu. 
Bir müddət əvvəl məhləmizdə təmir işlərinə başlanıldı. Bu işə sakinlər də  kömək etdi. Ətraf tör-töküntüdən təmizləndi. Yaşıllıqlar salındı, bəzək ağacları, gül kolları əkildi, işıq xətləri çəkildi, müasir lampalar quraşdırıldı, oturacaqlar rəngləndi, söhbətgahlar da quraşdırıldı, bəzək ağaclarının ətrafına çəmənlik döşəndi, səkilər təmir edildi və uşaqlar üçün oyun meydançaları yaradıldı, məhlənin giriş-çıxış yolları asfaltlandı, yaşayış binalarının görkəmində yaxşı mənada dəyişiklik edildi. 
Bu gün məhləmizdə uşaqlar rahatlıqla oynayırlar. Havalar isindikcə açılan güllər insana ruh rahatlığı gətirir. Ötən Novruz bayramını həmin ərazidə təmtəraqlı keçirdik. Məhəllədə bütün yaş hədləri nəzərə alınıb. Yaşlı nəsil üçün xüsusi istirahət guşəsi yaradılıb.  Bizə isə bu şəraiti yaradanlara minnətdarlıq etmək qalır.

Tamella ASLANOVA,
Qaradağ rayonunun Sahil qəsəbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video