15 Oktyabr 2024 10:46
260
CƏMİYYƏT
A- A+
Şəhid ailələri işğaldan azad olunan rayonlara səfər ediblər

Şəhid ailələri işğaldan azad olunan rayonlara səfər ediblər

Vətən müharibəsində şanlı Qələbəmizin 4-cü ildönümü ərəfəsində Balakəndən olan şəhid ailələrinin üzvlərinin işğaldan azad edilən rayonlara səfəri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səfərdən sonra şəhid ailələri rayon Şəhidlər Xiyabanında yenidən bir araya gəliblər. Əməkdaşımız ailələrlə görüşüb, onların təəssüratları ilə maraqlanıb.

Balakən Şəhidlər Xiyabanı müqəddəs məkanlardan biri kimi günün istənilən saatında ziyarətçilərlə dolu olur. Bu günlərdə isə şəhid ailələri həm də 44 günlük Vətən müharibəsində Qələbəmizin ildönümü ilə əlaqədar tez-tez bu məkanı ziyarət edirlər. İnsanların arasında iki balaca qız diqqətimi çəkir. Tanış olmaq üçün yaxınlaşıram. Öyrənirik ki, şəhid tankçı Vüsal Omarovun qızları Yağmur və Duyğu Ağdam, Əsgərən, Xocalı, Xankəndi və Şuşada olublar. Onlar ilk dəfə gördükləri məkanlardan xoş təəssüratlarla qayıdıblar. Elə antiterror tədbirlərinin iştirakçısı, şəhid Sərxan Köklərovun 3-cü sinifdə təhsil alan qızı Aysu da atasının azad etdiyi torpaqları gəzərək xoş anlar yaşayıb, maraqlı xatirələrlə dönüb.

Uzun illərin pedaqoqu Zümrüd Məmmədova Qarabağ və Şəqri Zəngəzurda həyata keçirilən işlərdən ürək dolusu danışır. Deyir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi, qəhrəman övladlarımız sayəsində torpaqlarımız işğaldan azad olunub. Onun sölərinə görə, dərs dediyi məktəbdə şagirdlərlə bu istiqamətdə daha çox söhbətlər aparır.

Aynur Bayramovanı təkcə Balakəndə deyil, ölkəmizdə də üç şəhid anası kimi tanıyırlar. “Mən şəhid anası olaraq dörd il idi arzusunda olduğum torpaqları öz gözlərimlə gördüm. Ağdama daxil olanda dəhşətli görüntü ilə qarşılaşdıq. Həqiqətən orada hər şey alt-üst edilib. Bu mənzərəni görəndə bir daha başa düşürsən ki, bizim oğullarımız necə bir düşmənə qarşı vuruşublar. Onlar o gözəl torpaqları, o gözəl yurdu bizim üçün azad ediblər”, - deyən Aynur Bayramovanın Qarabağ və Şəqri Zəngəzurla bağlı ürək sözlərini dilə gətirərkən qürurlandığını görürəm.

Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun atası Tacəddin kişi də bu səfəri səbrlə gözlədiklərini deyir. Tacəddin Novruzov yolçuluqlarının maraqlı keçməsindən, ərazilərdə böyük quruculuq işlərinin getməsindən sevinclə danışır.

Balakən Şəhidlər Xiyabanına toplaşan hər kəsi dinləyə bilməsək də, üzlərindəki təbəssümdən hiss olunurdu ki, onların nisgilinə az da olsa təsəlli, sevinc qatılıb. Əsas odur ki, şəhid ailələri övladlarının işğaldan azad etdiyi ərazilərin əsl cənətməkana çevrildiyinin, tikinti-quruculuq işlərinin sürətlə getdiyinin canlı şahidi olublar və bu, onlarda böyük təəssürat oyadıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!