28 Iyun 2024 23:34
210
SİYASƏT
A- A+

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının Türkiyənin İstanbul şəhərində keçirilən 25-ci iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın, Cənubi Koreyanın, Çinin, Honkonqun, Pakistanın, Türkiyənin, Tatarıstanın, İranın ombudsman təsisatlarının rəhbərləri və nümayəndələrinin iştirak etdiyi iclasda Assosiasiyanın ötən müddət ərzində fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılıb.

Ombudsman çıxışı zamanı iclasın gündəliyində duran məsələlərə öz münasibətini bildirib. Eyni zamanda, müvəkkil hazırda dünya üçün aktual məsələlərdən biri olan biznes və insan hüquqları sahəsinin önəmini vurğulayıb, bu istiqamətdə təsisat tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Müvafiq sahədə ilkin milli qiymətləndirmə sənədinin hazırlandığını qeyd edib.

Ombudsman Assosiasiyaya üzv ölkələr arasında həmin sahədə təcrübə mübadiləsinin aparılması və birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə qurum nəzdində biznes və insan hüquqları sahəsində regional platformanın yaradılmasını təklif edib.

Daha sonra BMT-nin İnkişaf Proqramının İstanbul regional mərkəzinin nümayəndəsi tərəfindən “Biznes və insan hüquqları üzrə ilkin milli qiymətləndirmə sənədi: Azərbaycan təcrübəsi” mövzusunda təqdimat keçirilib. Təqdimat zamanı müvafiq sahədə BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin Ombudsman təsisatı ilə birgə həyata keçirdiyi əməkdaşlıqdan, milli qiymətləndirmə sənədinin hazırlanması prosesindən bəhs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video