20 Oktyabr 2026 16:14
190
FOTOXRONIKA
A- A+
“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub  VİDEO

“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub  VİDEO


Oktyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və yüksəksəviyyəli qonaqların iştirakı ilə “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin məqsədi, mərhələləri, eləcə də iştirakçı qüvvələr və vasitələr barədə ətraflı məlumat verilib.

Məruzə olunub ki, “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində əsas diqqət ölkələrimiz arasında hərbi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə, Hərbi Hava Qüvvələrimiz arasında qarşılıqlı uzlaşma və birgə fəaliyyət qabiliyyətinin artırılmasına, hava əməliyyatlarının planlaşdırılması və əlaqələndirilməsinin təkmilləşdirilməsinə, eləcə də iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına yönəldilib.

Təlimə Azərbaycan Ordusundan 3 hava hücumundan müdafiə sistemi, 2 radioelektron mübarizə və 20 aviasiya vasitəsi, həmçinin Birləşmiş Ərəb Əmirliklərindən 6 döyüş və 1 nəqliyyat təyyarəsi, 3 helikopter olmaqla ümumilikdə hər iki ölkədən 600-dən çox hərbi qulluqçu cəlb edilib.

Sonra “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçıları təlimin gedişatını, eləcə də aviasiya vasitələrinin hər iki ölkənin dövlət bayraqları ilə nümayiş keçidini izləyiblər.

Qeyd edək ki, oktyabrın 12-dən etibarən müdafiə və hücum xarakterli hava əməliyyatları, eləcə də döyüş şəraitində axtarış-xilasetmə tapşırıqlarının icra olunduğu “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində hərbi qulluqçuların nümayiş etdirdiyi peşəkarlıq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Sonda qonaqlar təlimdə cəlb olunan aviasiya vasitələri ilə tanış olublar.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

Yaponiya ABŞ-dən bu məsələ ilə bağlı kömək istəyib  

17:09
20 Oktyabr

Süni intellekt əsaslı köməkçi hansı imkanları təqdim edir?

17:09
20 Oktyabr

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

16:53
20 Oktyabr

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

16:49
20 Oktyabr

Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

16:45
20 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

16:41
20 Oktyabr

Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib  

16:38
20 Oktyabr

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

16:25
20 Oktyabr

Abbas Əraqçi: İran-Rusiya münasibətləri heç vaxt bu qədər yaxın olmayıb  

16:23
20 Oktyabr

“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub  VİDEO

16:14
20 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub  

16:13
20 Oktyabr

Eston deputat: Estoniya ilə Azərbaycan arasında dialoq və mədəni əlaqələr dərinləşir  

16:01
20 Oktyabr

Bakıda keçirilən dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı başa çatıb

15:47
20 Oktyabr

Regiona barış gətirən qətiyyətli siyasət  

15:46
20 Oktyabr

Bakının qış mövsümünə hazırlıq işləri ilə bağlı hesabatlar dinlənilib  

15:41
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!