04 Noyabr 2026 13:07
379
Turizm
A- A+
Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib


Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dövlət qurumlarının, səhiyyə müəssisələrinin, turizm sənayesinin təmsilçilərini və beynəlxalq ekspertləri bir araya gətirən konfransın əsas məqsədi Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin təşviqi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın sağlamlıq turizmi sahəsindəki potensialından, bu istiqamətin inkişafında dövlət dəstəyinin əhəmiyyətindən və qarşıda duran prioritetlərdən bəhs edib. O, ölkənin təbii müalicəvi resurslarının, tibbi infrastrukturunun və tarixi-mədəni irsinin sağlamlıq turizmi məhsullarının şaxələndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib.

Sədr çıxışında “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda sağlamlıq və müalicə turizminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və tibbi turizm müəssisələrinin beynəlxalq akkreditasiya imkanlarının genişləndirilməsi kimi prioritet istiqamətlərin vacibliyini vurğulayıb. Azərbaycanın sağlamlıq ənənələrinin və təbii resurslarının müasir turizm təcrübələri ilə uzlaşdırılmasının beynəlxalq bazarda rəqabətqabiliyyətli sağlamlıq turizmi məhsullarının formalaşdırılmasına töhfə verəcəyini qeyd edib.

Səhiyyə naziri Anar Bayramov tibbi turizmin səhiyyə, iqtisadiyyat və beynəlxalq əməkdaşlığın kəsişməsində dayanan, geniş inkişaf potensialına malik sahə olduğunu qeyd edib. O, Azərbaycanın regional tibbi turizm mərkəzinə çevrilməsi üçün əlverişli coğrafi mövqeyinin, inkişaf edən tibbi infrastrukturunun, ixtisaslı mütəxəssislərinin və turizm imkanlarının mühüm zəmin yaratdığını bildirib.

Nazir tibbi turizmin inkişafında beynəlxalq akkreditasiya və keyfiyyət standartlarının tətbiqinin, xidmətlərin rəqabətqabiliyyətliliyinin artırılmasının və xarici pasiyentlərin ölkəmizə etimadının möhkəmləndirilməsinin əsas prioritetlər sırasında olduğunu vurğulayıb. Bu məqsədlərə nail olmaq üçün dövlət qurumları, dövlət və özəl müəssisələr, investorlar və beynəlxalq tərəfdaşlar arasında səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Konfransa videomüraciət ünvanlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus tibbi turizmin inkişafı ilə yanaşı, pasiyentlərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının, tibbi xidmətlərin keyfiyyətinin və müalicədən sonrakı tibbi dəstəyin təmin edilməsinin vacibliyini vurğulayıb. O, sağlamlıq turizminin milli səhiyyə sisteminin məqsədlərini dəstəkləməli olduğunu qeyd edərək, Azərbaycanın səhiyyə və turizm sektorları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini alqışlayıb.

Tədbir çərçivəsində tibbi turizmin inkişafı üzrə strateji prioritetlər, Azərbaycanın beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi və bu sahədə dövlət qurumları, səhiyyə müəssisələri və digər maraqlı tərəflər arasında koordinasiyanın əhəmiyyəti, tibbi xidmətlərin keyfiyyəti, marketinq və rəqəmsal həllərin tətbiqi mövzularında müzakirələr aparılacaq.

Tədbirin ikinci günündə Azərbaycanın təbii müalicəvi resursları, Naftalan neftinin xüsusiyyətləri, tarixi istifadəsi və tətbiq sahələri, eləcə də fərdiləşdirilmiş və təcrübəyönümlü xidmətlərin inkişaf, müasir turizm bazarında sanatoriyaların mövqeləndirilməsi kimi məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

Konfrans müddətində təşkil olunan sərgidə yerli və beynəlxalq təşkilatlar tərəfindən sağlamlıq turizmi və əlaqəli sahələr üzrə məhsul və xidmətlər nümayiş etdirilir. Həmçinin tədbirin ikinci günündə keçiriləcək biznes forumu çərçivəsində yerli xidmət təminatçıları ilə 30-dan artıq xarici şirkət nümayəndələri arasında biznes əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq imkanlarının müzakirəsi üzrə B2B görüşlər təşkil olunacaq. Konfrans proqramında sağlamlıq turizmi sahəsində çalışan mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, beynəlxalq xidmət keyfiyyəti standartları barədə məlumatlılığın gücləndirilməsi istiqamətində təlimin təşkili də nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!