08 Oktyabr 2024 08:25
658
SİYASƏT
A- A+
Sabit və təhlükəsiz Azərbaycan

Sabit və təhlükəsiz Azərbaycan


Mürəkkəb qlobal gərginlikdə respublikamız sabitliyini və inkişafını uğurla təmin edir


Çağdaş dünyamızın vəziyyəti mürəkkəb, ziddiyyətli və təzadlıdır. Çünki planetimizin tablosunda inkişaf da var, tənəzzül də. Rifah da var, səfalət də. Müharibə də var, sülh də.  


Dünyada kataklizmlər nəinki səngiyir, əksinə, daha da çoxalır


Diqqəti daha çox çəkən isə odur ki, hərbi və siyasi kataklizmlər nəinki səngiyir, əksinə, daha da çoxalır. Başa çatan bir müharibədən və ya münaqişədən sonra başqaları yaranır. Bəzi ölkələr etnik, dini qarşıdurmaların və terrorçuluğun fəsadlarından, bəziləri isə bitməyən siyasi çəkişmələrdən əziyyət çəkir. Texnoloji inkişafın yaratdığı imkanlardan yararlanaraq son illərdə daha da güclənən kibercinayətkarlıq qlobal təhlükə kimi bütün dövlətləri təhdid edir. 

Nəticə etibarilə bütün bunlar xalqların taleyində dərin iz buraxır, onlara ağır mənəvi zərbə vurur və məhrumiyyətlərə düçar edir. Müharibə dövlətlərin və onların xalqlarının faciəsi, iqtisadi, milli və mənəvi tənəzzülü deməkdir. Məhv edilən iqtisadiyyatın bərpası üçün uzun onilliklər belə bəs etmir. Yaxın Şərqdə, ərəb ölkələrində uzun illərdir davam edən qarşıdurmaların sonu görünmür. Elə Azərbaycana nisbətən yaxın olan bəzi coğrafiyalarda da mürəkkəb hərbi-siyasi konyunktura müşahidə edilir. İraqda, Suriyada terrorun kökünü tamamilə kəsmək hələ də mümkün olmayıb. 

Bütün bu deyilənlər bir daha təsdiq edir ki, sabitlik hər bir dövlət və xalq üçün olduqca vacib məsələdir. Lakin müasir dünyamızın reallıqları həm də ondan xəbər verir ki, sabitlik yolunu addımlamaq, inkişafa nail olmaq, nailiyyətlər əldə etmək heç də hər ölkəyə nəsib olmur.

Beynəlxalq miqyasda özünü göstərən belə gərgin şəraitdə Azərbaycanda sabitliyin hökm sürməsi dövlətimizin və xalqımızın ən böyük uğurlarından biridir. Respublikamızın əldə etdiyi bütün nailiyyətlərin kökündə dayanan əsas amillərdən biri  məhz sabitlikdir. 


Azərbaycanın inkişafının təməlində dayanan əsas faktorlardan biri sabitlikdir


Azərbaycanı bugünkü sabitliyə gətirən yollar heç də hamar olmayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda cərəyan edən proseslər orta və yaşlı nəslin yaxşı xatirindədir. Həmin illərdə anarxiyanın, xaosun, separatizmin baş alıb getdiyi, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, idarəçilikdə buraxdıqları bağışlanmaz səhvlər şəraitində hansı sabitlikdən danışmaq olardı. Hansı ki, bunlar Azərbaycanın müstəqilliyi və dövlətçiliyi üçün  böyük təhdidlər doğurmuşdu.

Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın istək və arzusu ilə siyasi hakimiyyətə gəlişindən sonra respublikamız bütün bu problemlərdən xilas oldu. Başlıcası siyasi-ictimai sabitlik təmin edildi. Bunun üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi. 

Azərbaycanın uğurları çoxdur. Ən böyük uğurlarından biri isə qeyd etdiyimiz kimi sabitlikdir. Sabitliyin təmin olunması qarşıda dayanan vəzifələrin yerinə yetirilməsində əsas amildir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri olaraq tanınmaqdadır. Bakının beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin də əsas səbəblərindən biri məhz ölkəmizdəki möhkəm sabitlikdir.  NATO və Rusiya hərbi komandanları arasında yüksəksəviyyəli görüşlərin keçirilməsi üçün Bakının seçilməsi də respublikamızdakı sabitliyə görədir. 


İlham ƏLİYEV: "Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır"


Azərbaycan həm də makroiqtisadi baxımdan davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə kimi tanınır. Bir neçə il qlobal səviyyədə özünü göstərən iqtisadi böhran da  respublikamızın iqtisadi və sosial sabitliyinə xələl gətirə bilmədi və Azərbaycan bütün bu sınaqlardan alnıaçıq çıxdı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır: "Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir".

Son illərədək Azərbaycandakı sabitliyə təhdid yaradan əsas problemlər torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması və Qarabağdakı erməni separatizmi idi. Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan zəfərlərdən sonra bütün bu təhdidlər tam aradan qaldırıldı. Ərazi bütövlüyümüzün bərpası ilə Azərbaycan torpaqlarının hər bir nöqtəsində sabitlik bərqərar olundu.

Bu gün Azərbaycana yaxın coğrafiyalarda, qonşu dövlətlərdə təhlükəsizliklə, sabitliklə bağlı problemlər mövcuddur. Ən pisi odur ki, bu problemlərin sonu görünmür və pessimist proqnozlar doğurur. Belə bir regional konyunktura şəraitində Azərbaycan dövləti özünün sabitliyini və inkişafını uğurla təmin edir.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!