15 Sentyabr 2026 18:05
1014
İQTİSADİYYAT
A- A+
“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

Bu gün “SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov jurnalistlərə açıqlamasında bildirib ki, “SABAH.city” elm, təhsil, texnologiya, sahibkarlıq və investisiya ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirən yeni nəsil innovasiya platformasıdır: “Layihənin əsas məqsədi universitet–sənaye əməkdaşlığını gücləndirmək, yüksək ixtisaslı insan kapitalının inkişafına dəstək olmaq, tətbiqi tədqiqatları və texnologiya transferini təşviq etmək, startap və texnologiya şirkətləri üçün əlverişli mühit yaratmaqdır. “SABAH.city”də tədris və tədqiqat sahələri, startaplar üçün kovörkinq məkanları, texnologiya şirkətləri üçün ofislər, 200 nəfərlik tədbir zalı, restoran və kofeşoplar, həmçinin idman və istirahət zonaları yaradılıb. Birinci mərhələdə 3 ali təhsil müəssisəsi, 8 texnologiya və innovasiya yönümlü şirkət və 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı şəhərciyə cəlb edilib. Şəhərcikdə mühəndislik, informasiya texnologiyaları, süni intellekt, robototexnika, kibertəhlükəsizlik və digər istiqamətləri əhatə edən 13 tədris, tədqiqat və inkişaf laboratoriyası fəaliyyət göstərəcək. “SABAH.city”nin tam fəaliyyətə başlaması ilə gündəlik istifadəçilərin sayının təxminən 3 min nəfərə çatacağı gözlənilir. Şəhərcik həmçinin startapların inkişafı və yerli və beynəlxalq innovasiya tədbirlərinin keçirilməsi üçün platforma rolunu oynayacaq”.

Mediatur çərçivəsində jurnalistlər ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) ilə də yaxından tanış olublar. “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova bildirib ki, mərkəzin əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada — www.asanhub.ai — bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Real texnoloji problemlər və ehtiyaclar platformada açıq şəkildə elan olunur. Tələbələr, universitet və elmi müəssisələrin nümayəndələri, sahibkarlar və digər maraqlı tərəflər öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda müsabiqədə iştirak etmək imkanı əldə edirlər. Bu günədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub”.

Ləman İbrahimova qeyd edib ki, “ASAN AI Hub” tədqiqat fəaliyyətlərinin dəstəklənməsi və süni intellekt sahəsində elmi potensialın inkişafına töhfə vermək məqsədilə ölkədə fəaliyyət göstərən 8 universitet və Azərbaycan Milli Elmlər Akademiyası ilə, eyni zamanda, elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra nüfuzlu xarici universitetlərlə də - Tsinghua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə) əməkdaşlıq əlaqələri qurub.

“ASAN AI Hub” süni intellekt sahəsində maarifləndirməyə və insan kapitalının inkişafına xüsusi önəm verir. Bu məqsədlə “Hub Apolitical”, “Duco Digital Learning”, “AI Certs+”, “MinnaLearn”, “AI Academy Asia”, “GenAI Works”, “Breakthrough Social Enterprise” və “Geneva Innovation Movement Association” kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub və onların təqdim etdiyi onlayn təlim imkanlarını yerli istifadəçilər üçün əlçatan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

21:33
15 Oktyabr

Norveç sahillərində dünyanın ən qədim lövbərlərindən biri aşkarlanıb  

20:27
15 Oktyabr

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2

20:03
15 Oktyabr

“Bank of America” 1,2 milyard dollar cərimələnib  

19:26
15 Oktyabr

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib  

19:19
15 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

18:36
15 Oktyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib  

18:29
15 Oktyabr

Yuxusuzluğun gözlənilməz səbəbi 

18:25
15 Oktyabr

Şotlandiyada “Harvinin səddi”nin qalıqları aşkar edilib  

17:45
15 Oktyabr

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb  

17:43
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB  

17:33
15 Oktyabr

Polşada naməlum uçan obyekt tapılıb

17:23
15 Oktyabr

  Çinli aktyorlar dipfeyklər səbəbindən işlərini itirə bilərlər

17:18
15 Oktyabr

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub  

17:06
15 Oktyabr

Qlobal tərəfdaşlığın və dialoqun Bakı Zirvəsi   

16:40
15 Oktyabr

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

16:37
15 Oktyabr

Bitum yanğınlarının söndürülməsində daha effektiv və ekoloji köpük növləri sınaqdan keçirilib  

16:37
15 Oktyabr

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

16:23
15 Oktyabr

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!