11 May 2026 12:38
398
DÜNYA
A- A+
Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb  

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb  


Rumıniyanın “Ziarul de Iași” nəşrində siyasi ekspert Çiprian İftimoayenin müəllifi olduğu “Cənubi Qafqaz: qonşuluq, enerji və təhlükəsizlik. Rumıniya Avropa İttifaqının yaxın qonşuluğunda hansı rol oynaya bilər?” sərlövhəli geniş təhlil məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə son illərdə Cənubi Qafqaz regionunun Avropa İttifaqı üçün yalnız geosiyasi deyil, həm də enerji və təhlükəsizlik baxımından strateji əhəmiyyətini daha da artırdığı bildirilib. Müəllif qeyd edir ki, Ukraynadakı müharibədən sonra Avropa alternativ enerji marşrutlarına və yeni tərəfdaşlıqlara daha çox diqqət yetirməyə başlayıb və bu kontekstdə Azərbaycan regionun əsas aktorlarından biri kimi ön plana çıxır.

Çiprian İftimoaye yazır ki, Rumıniya Qara dəniz hövzəsində yerləşməsi, enerji və logistika infrastrukturu, həmçinin Avropa İttifaqı və NATO üzvlüyü sayəsində Cənubi Qafqaz ilə Avropa arasında strateji körpü rolunu oynaya bilər. Məqalədə, xüsusilə Orta Dəhliz, Qara dəniz üzərindən enerji və məlumat bağlantıları, eləcə də nəqliyyat marşrutlarının əhəmiyyəti vurğulanır.

Təhlildə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu ayrıca qeyd olunur. Müəllif bildirir ki, Azərbaycan qazının Avropa bazarına çatdırılması Cənub Qaz Dəhlizi vasitəsilə strateji əhəmiyyət qazanıb və Rumıniya bu prosesdə regional enerji qovşaqlarından birinə çevrilməyə çalışır.

Məqalədə Gürcüstanın tranzit ölkə kimi rolu və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının regionun gələcək iqtisadi inkişafına təsiri də geniş şəkildə təhlil edilir. Müəllifin fikrincə, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi Avropa üçün həm enerji, həm də ticarət baxımından yeni imkanlar yarada bilər.

Çiprian İftimoaye qeyd edir ki, Rumıniya yalnız enerji sahəsində deyil, rəqəmsal təhlükəsizlik, liman infrastrukturu və regional nəqliyyat layihələri istiqamətində də fəal iştirak etməlidir. Onun fikrincə, Konstansa limanı və Qara dəniz marşrutları yaxın illərdə Avropa ilə Qafqaz və Mərkəzi Asiya arasında əsas bağlantı nöqtələrindən birinə çevrilə bilər.

Məqalədə vurğulanır ki, Avropa İttifaqı üçün Cənubi Qafqaz artıq uzaq periferik region deyil, birbaşa strateji qonşuluq məkanı hesab olunur. Müəllif hesab edir ki, Rumıniya bu yeni geosiyasi reallıqdan istifadə edərək region siyasətində daha fəal və təsirli mövqe qazana bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

23:01
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

22:49
25 May

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

22:37
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

22:36
25 May

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

22:27
25 May

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

22:16
25 May

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

22:06
25 May

Rumıniyanın Prezidenti Nikuşor Dandan

22:02
25 May

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  

21:58
25 May

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

21:45
25 May

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

Böyük Britaniyada rekord isti hava dalğası

21:13
25 May

İxtisarlar və siyasi gərginliklər sülhməramlı missiyaları təhlükəyə atır  

21:12
25 May

Hava çirkliliyi ağciyər və beyin fəaliyyətinə təsir edir

20:57
25 May

Britaniyalıların 55 faizi Aİ-yə qayıtmaq istəyir

20:51
25 May

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!