29 Iyun 2024 08:10
241
SİYASƏT
A- A+

Revanşizmin artması Ermənistana ciddi problemlər yaradacaq

 

İrəvan sülh tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu göstərməlidir

 

"Hazırda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir. Bu səbəbdən ərazilərini işğaldan azad etmiş dövlətimiz Ermənistana sülh sazişi imzalamağı təklif edib. Rəsmi İrəvan da sülhdən danışır, amma görünən odur ki, bu, yalnız spekulyasiya xarakteri daşıyır". 
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Ermənistanın bəzi rəsmi şəxslərinin, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamaları da bundan xəbər verir. Əgər Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, çünki bu ölkənin konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə rəsmi xəbərdarlıq edib. Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında "Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli "Ermənistan SSR-ə yenidən birləşmək haqqında" birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də Azərbaycan torpağına iddia ortaya qoyur. "Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam  etdirməkdədir. Əslində, bu, beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil", - deyə o əlavə edib.
Komitə sədrinin müavini qeyd edib ki, bu gün əsas problem başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran, Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu, Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz. Görünən odur ki, erməni tərəfi dayanıqlı sülhdə maraqlı deyil və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı ərazi iddialarına başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışır.
S.Fətəliyeva söyləyib ki, digər narahatedici məqam isə rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir: "Ötən ildən başlayaraq Fransa Ermənistana silah tədarük edir, eyni zamanda Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Bu baxımdan Fransa xüsusi canfəşanlıq edərək Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır və Ermənistan buna görə hərbiləşdirilir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Son vaxtlar şərti dövlət sərhədində erməni hərbi birləşmələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması da bunun göstəricisi ola bilər".
Komitə sədrinin müavini vurğulayıb ki, Ermənistan regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolunun qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınması olduğunu anlamalıdır. Eyni zamanda həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda revanşizmin artması, silahlanmanın davam etməsi Ermənistanın özü üçün ciddi problemlər yaradacaq.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video