27 Oktyabr 2026 21:04
654
CƏMİYYƏT
A- A+
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb  

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb  


‎ Oktyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşü olub.

‎ AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən QMİ sədri Allahşükür Paşazadə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafında oynadığı mühüm rolu vurğulayıb. ‎O bildirib ki, Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasına və məzhəblərarası anlaşmaya əsaslanan cəmiyyətin mümkünlüyünü öz nümunəsində bütün dünyaya nümayiş etdirir.

‎ Şeyxülislam qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli və dini tolerantlıq ənənələri Prezident İlham Əliyevin təşəbbüsləri ilə uğurla davam və inkişaf etdirilir. ‎Bildirilib ki, "Bakı Prosesi" və mütəmadi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları Azərbaycanın sivilizasiyalararası əməkdaşlığa verdiyi mühüm töhfələrdəndir.

‎ Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq fəaliyyəti çərçivəsində dinlərarası və məzhəblərarası dialoqun, əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi, beynəlxalq təşkilatlarla əlaqələrin bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

‎ Şeyxülislam əminliyini ifadə edib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal çağırışların həllinə, dünyada sülhün, əmin-amanlığın və mədəniyyətlərarası harmoniyanın möhkəmlənməsinə öz töhfəsini verəcək.

‎ Ölkəmizdə səfərdə olan BMT-nin Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, təşkilatın İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos çıxışında dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın vacibliyini bir daha önə çəkərək, müasir dünyada baş verən münaqişələrin həllində hər kəsin məsuliyyət daşıdığını qeyd edib. O, xüsusilə dini liderlərin qlobal sülhün bərqərar olunmasında və zorakılıqların qarşısının alınmasında daha fəal rol oynamalı olduğunu vurğulayıb.

‎ BMT rəsmisi çıxışı zamanı dünyada sülhün və əməkdaşlığın təmin olunması üçün bütün dövlətlərin və beynəlxalq təşkilatların birgə səy göstərməsinin vacibliyini qeyd edib. Xüsusilə gənc nəsillərin tolerantlıq ruhunda yetişdirilməsinin gələcəkdə qarşıdurmaların qarşısını almaqda əsas rol oynayacağını bildirib.

‎ Tədbirdə çıxış edən Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam şeyxülislam Allahşükür Paşazadənin regionda və dünyada sülhün, eləcə də dialoqun möhkəmləndirilməsində xidmətlərini yüksək qiymətləndirib. O, Qafqaz Müsəlmanları İdarəsinin bölgədə sülh və birgəyaşayış mədəniyyətinin təşviqində mühüm rol oynadığını vurğulayıb. ‎Baş katib çıxışı zamanı dini liderlərin qlobal miqyasda həmrəylik nümayiş etdirməsinin və qarşılıqlı anlaşmanın vacibliyini diqqətə çatdırıb.

‎ Sonra iştirakçılar üçün ziyafət təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  

11:43
28 Oktyabr

Qazax gənci idi, Qarabağ şəhidi oldu  

11:41
28 Oktyabr

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

11:39
28 Oktyabr

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir

11:37
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

11:33
28 Oktyabr

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir  

11:32
28 Oktyabr

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir  

11:25
28 Oktyabr

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir  

11:24
28 Oktyabr

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir  

11:23
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur  

11:22
28 Oktyabr

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

11:21
28 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına  

11:15
28 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir  

11:01
28 Oktyabr

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

10:47
28 Oktyabr

Naxçıvanın enerji təhlükəsizliyində Modul Elektrik Stansiyası mühüm rol oynayır  

10:41
28 Oktyabr

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

10:31
28 Oktyabr

Cozef Tomsonun atom modeli ilk dəfə vizuallaşdırılıb  

10:19
28 Oktyabr

Qızıl və gümüş ucuzlaşır

10:09
28 Oktyabr

Onkoloji və infeksion xəstəliklərə qarşı ikili təsirli molekullar yaradılıb  

09:49
28 Oktyabr

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

09:48
28 Oktyabr

İsraildə parlament seçkiləri: dəqiq qalib hələ məlum deyil  

09:46
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!