17 Sentyabr 2024 08:20
637
SİYASƏT
A- A+
Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?

Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verir?


Hayastan hərbi poliqona çevrilir


"Son günlərdə Qərblə Ermənistanın yaxınlaşması ilk baxışda bunun Rusiyaya qarşı yönəldiyinin görüntüsünü yaradır. Qərb Ermənistanı silahlandırır, maliyyə dəstəyi göstərir və regionda sülhün yaranmasına qarşı olduğuna dair nümayişkaranə çıxışlar edir. Bu həm də bəzi siyasətçilərin dili ilə desək, Ermənistanda Rusiyanın sıxışdırılmasına xidmət edir. Yəni Qərb Rusiyanı Ermənistandan çıxararaq Cənubi Qafqaza öz nəzarətini təmin etməyə çalışır. Hətta Zvartnos hava limanından Rusiya sərhədçilərinin çıxarıldığının, sonra ABŞ hərbi təyyarələri ilə İrəvana hərbi yüklərin daşındığının və Pentaqon nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyinin qərargahında yerləşdirildiyinin şahidi olduq. Zəngəzura ABŞ hərbçilərinin və silahlarının da yerləşdirildiyini müşahidə etdik". 

Bu fikirləri "Azərbaycan" qəzetinə siyasi şərhçi Azər Badamov deyib. O bildirib ki, Qərb-Ermənistan-Rusiya üçbucağında nələr baş verdiyi bəllidir. Əslində, bu üçbucaq onu göstərir ki, Qərblə Rusiya göründüyü kimi bir-birinə düşmən deyillər. Onlar ortaq mövzularda eyni mövqedən çıxış edir və lazım gələndə səslərini belə çıxarmırlar. 

"Qərb Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatına görə Rusiyaya genişmiqyaslı sanksiyalar tətbiq etdi və onunla əməkdaşlıq edən ölkələrə də təzyiq göstərməyə başladı. Beləliklə, ABŞ, Fransa və Belçika Rusiyanı birnömrəli düşmən hesab etdilər və bu ölkə ilə bütün əlaqələrini minimuma endirməyə çalışdılar. Əslində, Rusiya Ukraynada kollektiv Qərblə müharibə aparır. Paşinyan hakimiyyəti də Ermənistanın Qərbə inteqrasiyaya başladığını və Rusiyanın ünvanına ittihamlar səsləndirməklə siyasi kursunu dəyişdiyini göstərməyə çalışdı. Hətta Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı və MDB sammitlərinə qatılmaqdan imtina etdiyi də gündəmə gətirildi. Ermənistan parlamentinin sədri Alen Simonyanla Rusiya XİN-in sözçüsü Mariya Zaxarova arasında qarşılıqlı ittihamlarla dolu çıxışlar oldu. İlk görünüşdə Qərb-Ermənistan-Rusiya üçbucağında böhranın dərinləşdiyini görmək olur. Amma reallıq belədirmi?", - deyə  o əlavə edib.

Bu üçbucaqda baş verən hadisələrin siyasi teatr olduğunu vurğulayan A.Badamov bildirib ki, bütün bunlar beynəlxalq ictimaiyyəti aldatmaq üçün qurulmuş siyasi səhnələrdir. Əslində, Ermənistan Rusiya ilə Qərb arasında əməkdaşlığın körpüsünü yaratmaqla, rəsmi Moskvanı sanksiyalardan yayındırmaqla böyük gəlirlər qazanır: "Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsindən sonra Ermənistan-Rusiya əlaqələrinə qısa nəzər salsaq, Qərb-Ermənistan-Rusiya üçbucağında tamamilə başqa səhnəni görərik. Belə ki, sentyabrın 15-də İrəvanda Rusiyanın Baş nazirinin birinci müavini Aleksey Overçukla erməni həmkarı Mqer Qriqoryan arasında 5 saatdan çox davam edən görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin dinamikasını əks etdirən çox maraqlı rəqəmlər açıqlanıb. Belə ki, Ermənistanla Rusiya arasında 2020-ci ildə ticarət dövriyyəsi 2,3 milyard dollar olub. Sanksiyalar qüvvəyə mindikcə iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artmağa başlayıb. Bu göstərici 2021-ci ildə 2,4 milyard dollar, 2022-ci ildə 5 milyard dollar, 2023-cü ildə 7,4 milyard dollar və 2024-cü ilin birinci yarımilliyində isə 8,4 milyard dollar təşkil edib".

A.Badamovun sözlərinə görə, baş nazirlərin birinci müavinləri iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının perspektivlərinin geniş olduğunu və 2024-cü ilin sonuna qədər 14-16 milyard dollar olacağını qeyd ediblər. Sual yaranır ki, Ermənistanla Rusiya arasında bu qədər ticarət dövriyyəsi nəyin hesabına reallaşır. Halbuki Ermənistanın sənaye və kənd təsərrüfatı istehsalının bu rəqəmlərə yaxın olması mümkün deyil. Sualın cavabı həm Qərbə, həm də Rusiyaya yaxşı məlumdur. 

Ermənistanın sanksiya altında olan malları Rusiyaya öz şirkətləri vasitəsilə idxal etdiyini bildirən ekspert deyib ki, bu ölkə eynilə Rusiya məhsullarını da xarici bazarlara ixrac edir: "2023-cü ildə Rusiyadan Ermənistana və oradan Səudiyyə Ərəbistanına 1,8 milyard dollarlıq qızıl və 600 milyon dollarlıq brilyant daşları ixrac olunub. Nəticədə qazanan Ermənistan olur. İnanmaq çətindir ki, Qərb Ermənistanın bu hərəkətlərini görmür. Ermənistan isə qazandıqları milyardları silah almağa xərcləyir. Belə ki, Ermənistanın Hindistanla bağladığı müqaviləyə əsasən, 2024-cü ildə 2,5 milyardlıq silah tədarük olunub. 2026-cı ilin sonuna qədər isə bu rəqəmin 6,5 milyard dollara çatdırılması planlaşdırılır. Fransadan və ABŞ-dən Ermənistana silahlar daşınır. Qərb Ermənistan-Rusiya əməkdaşlığına göz yumaraq bu ölkəni hərbi poliqona çevirir. O cümlədən Rusiya da müharibə vəziyyətində olmasına baxmayaraq, Ermənistanı silahlandırmaqda davam edir. 2022-ci ildən müharibə vəziyyətində olduğunu bəhanə edərək  Azərbaycana bir patronu belə satmayan Rusiya Ermənistana "Smerç" raket qurguları və digər silahları tədarük edir. Bütün baş verən proseslər onu deməyə əsas verir ki, Qərb-Rusiya əməkdaşlığı Ermənistan üzərindən davam edir və lazım gələndə bu əməkdaşlıq daha da möhkəmlənir". 

Siyasi şərhçi bildirib ki, sürətlə silahlanan Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını sabotaj etməyə başlayıb. Qərbin və Rusiyanın dəstəyinə arxalanan Ermənistanın baş naziri Paşinyanın danışıq tərzi də dəyişib. Belə ki, İrəvan dialoq forumunda çıxış edən Paşinyan Azərbaycanla sülh müqaviləsini razılaşdırılmış 13 bənd üzrə imzalamağa hazır olduğunu bildirib. Paşinyan xarici dairələrdən güc aldıqca yarımçıq sülh müqaviləsi imzalamaqla gələcəkdə yenidən müharibənin başlanması üçün əl yeri saxlamağa çalışır. İki ölkə arasında razılaşdırılmamış 3 bənd münasibətlərin normallaşmasına ciddi maneə yaradır. Azərbaycanın dəyişilməz tələbi Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının rəsmi şəkildə çıxarılmasıdır. Paşinyan sülh müqaviləsinin imzalanması ilə münasibətlərin normallaşacağını deyir, amma heç bir sənəd ölkənin Ana Qanunundan üstün ola bilməz. Ona görə də Ermənistan sülh istəyirsə, Konstitusiyasında müvafiq dəyişikliyi mütləq etməlidir. 

Paşinyanın forumda 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndini dilə gətirdiyini xatırladan A.Badamov qeyd edib ki, o, üçüncü tərəfin Zəngəzur dəhlizinə nəzarət etməsinin yolverilməz olduğunu deyib. Halbuki bəyanatın bu bəndində Zəngəzur dəhlizinə Rusiya FTX-nin sərhədçilərinin nəzarət edəcəyi açıq şəkildə qeyd edilib. "Hətta Ermənistan mediası da Paşinyanın bu açıqlamasını yersiz hesab edib. Sülh müqaviləsinin imzalanması üçün ölkəmizin tələb etdiyi məsələlərdən biri də ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciətin hazırlanmasıdır. Ermənistan isə Minsk qrupunu yenidən diriltməyə  çalışır. Hətta 2023-cü ilin 17 sentyabrında Minsk qrupunun həmsədrləri arasında gizli görüş də keçirilib. Bu görüşdə Azərbaycana suverenliyin təmin edilməsinə imkan verilməməsi məsələsi müzakirə olunub. Azərbaycan 19 sentyabrda Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirməklə öz ərazilərində tam suverenliyini bərpa edib. Azərbaycan müharibəni başa çatdırdığı ilk gündən Ermənistana sülh əlini uzadaraq münasibətlərə yeni səhifədən başlamağı təklif edib. Ermənistan isə vaxt qazandıqca yenidən silahlanır və öz çirkin niyyətlərindən əl çəkmək istəmədiyini nümayiş etdirir", -  deyə o bildirib.

 Azərbaycana yarımçıq sülhün lazım olmadığını deyən ekspert vurğulayıb ki, əgər Ermənistan sülh istəmirsə,  olmayacaq və biz sülh müqaviləsi imzalamadan da yaşaya bilərik. Naxçıvana yolumuzu İran ərazisindən də aça bilərik, hətta bu istiqamətdə yol tikintisi sürətlə davam edir. Ölkəmiz müharibə başa çatdığı gündən iqtisadi və hərbi gücünü daha da artırıb və gələcəkdə baş verə biləcək hər bir ssenariyə hazırdır. Hələ ki, Ermənistanın silahlanmasını və digər hərəkətlərini izləməkdə davam edirik. Bu hal ölkəmiz üçün potensial təhlükəyə çevrilərsə, təbii ki, qabaqlayıcı tədbirlər görüləcək. Amma Ermənistan hakimiyyəti ağlını başına yığıb  təhlükəli vəziyyət yaratmaqdan əl çəkərək, ölkəmizin irəli sürdüyü şərtləri qəbul edib sülh sazişi imzalasa, regiona uzunmüddətli və dayanıqlı sülh gələcək. Bundan sonra ölkələr arasında yenidən səmimi qonşuluq münasibətləri formalaşacaq. Əks halda Ermənistan xarici güclərin ayaq altında qalaraq  üçüncü dünya müharibəsinin başlanğıc nöqtəsinə çevrilə bilər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!