Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində İsveçrə şirkətlərinin iştirakı məsələsi müzakirə olunub
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəli ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib, dostluq və əməkdaşlıq ruhunda inkişaf edən ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi dialoq iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Söhbət zamanı iki ölkə arasında əlaqələrin mühüm bir istiqaməti olan parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti ilə bağlı fikirlər də səsləndirilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün 2022-ci ildə İsveçrə Konfederasiyasına rəsmi, cari ildə isə işgüzar səfərlərini xatırladıb. O, qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı təmasların əhəmiyyətini, o cümlədən dostluq qruplarının rolunu vurğulayıb.
Görüşdə, həmçinin diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin vacib bir istiqamətini energetika sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan və İsveçrə bu istiqamətdə uğurlu əməkdaşlıq edir. Azərbaycanın geniş alternativ enerji mənbələrinə malik olduğunu nəzərə alaraq, bu istiqamətdə də əməkdaşlığın həyata keçirilə biləcəyi ilə bağlı fikirlər səsləndirilib.
Söhbət zamanı regionda mövcud olan vəziyyət, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhəng bərpa və quruculuq işləri barədə də məlumat verilib. Bu ərazilərdə həyata keçirilən yenidənqurma işlərində İsveçrə şirkətlərinin də iştirakı məsələləri müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dö...
21 May
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
21 May
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" A...
21 May
"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli ...
21 May
Ş.V.Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında...
21 May
Ş.V.Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında
21 May
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Döv...
21 May
“Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə ma...
21 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə t...
21 May
“Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparı...
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!