14 May 2024 09:05
3356
Səhiyyə
A- A+

Qan qrupunu dəyişdirmək artıq mümkündür

 

Tibbi təsnifata görə, insanlarda dörd qan qrupuna rast gəlinir. Tərkibindəki zülallara əsasən, onlar O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV) olaraq adlandırılır.
İnsandan-insana qan köçürülməsinə XIX əsrdən başlanılıb. Lakin o zaman qan qrupları hələ müəyyən edilmədiyi üçün  proses lazımi nəticəni vermirdi. XX əsrdə amerikalı alim Karl Landşteyner qan qruplarının müxtəlif olduğunu müəyyən edənə qədər bu belə də davam etdi. K.Landtşteyner müşahidə etdi ki, bir insanın qanındakı eritrositlərlə başqa bir insanın qanını qarışdırdıqda bəzən eritrositlər bir yerə toplanır, bəzən isə yox. Bir sıra tədqiqatlardan sonra Karl Landşteyner I, II, III qan qruplarını, Çex alimi Yan Yanski isə IV qan qrupunu aşkar edib. 
Ömür boyu dəyişməz qalan qan qrupları valideyndən irsən keçir. Statistikaya əsasən, insanlar arasında ən geniş yayılanı I qan qrupudur. Bu qan qrupuna dünya əhalisinin 33,5 faizində rast gəlinir. Digər qan qrupları isə təkamül prosesi nəticəsində çox qədim və əsas qan qrupu olan I qan qrupundan törənib.
Dünyada I qan qrupu ilə müqayisədə digər qruplara, xüsusilə də IV qan qrupuna daha az insanda rast gəlinir. Bu baxımdan, qanköçürmə və ya başqa ciddi əməliyyatlar zamanı  həmin insanlar üçün uyğun qan tapmaq çətinləşir. I qrup qan isə müsbət rezuslu qana sahib olan bütün insanlara köçürülə bilər. Dünya miqyasında ildə 60 milyon litrə yaxın qan bağışlansa da, bu ehtiyacları tam olaraq ödəmir. 
İsveç və danimarkalı tədqiqatçılar qan qıtlığı ilə mübarizədə effektiv metod tapıblar. Onlar bütün qan qruplarını I qan qrupuna çevirə biləcək üsul kəşf ediblər. Nəzərə almaq lazımdır ki, I qan qrupuna sahib insanların təxminən 50 faizində qan hüceyrələrindəki şəkər zərərsiz olduğuna görə, onlar istənilən qan qrupunda olan insanlara donor ola bilirlər. 
İsveçin Lund Universitetinin tibb məsləhətçi Martin Olsson və Danimarka Texniki Universitetinin mütəxəssisi Maher Abou Hachem bu üsulu bağırsaq bakteriyalarında tapılan yeni ferment qarışığı sayəsində tapıblar. Tədqiqatçı qrup müəyyən növ bağırsaq mikrobları tərəfindən istehsal olunan fermentlərin qarışığını müəyyən edərək hər növ qırmızı qan hüceyrələrini universala çevirməyə nail olublar. Bununla da digər növ qanı I qrupa çevirə biliblər.
Uzun illər davam edən bu təcrübələr əvvəlcə uğursuzluqla nəticələnsə də, tədqiqatçılar nəhayət istədiklərinə nail olublar. Təcrübənin ilk illərində bütün antigenlər çıxarıldıqda belə, qan çox vaxt naməlum səbəblərdən alıcıların bədənləri tərəfindən rədd edilsə də, alimlərin "Akkermansia muciniphila" bakteriyasının istehsal etdiyi maddələri təcrid etməsi ilə uğurlu nəticə əldə etmək mümkün olub.
Bu metod qan qrupu uyğunsuzluğunu 9 faizdən çox aşağı salıb. Yeni tibbi kəşf sayəsində qan bankları təcili qan çatışmazlığı ilə qarşılaşdıqda bütün növ qruplara məxsus donorlara müraciət edə biləcəklər. Bu, həmçinin qan qrupu uyğunluğu tələb edən orqan transplantasiyalarını da tezləşdirə bilər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video