20 Yanvar 2026 22:34
399
CƏMİYYƏT
A- A+
Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib


Görüşdə AMEA-nın müxbir üzvü, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov və institutun əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra professor Bəxtiyar Əliyev 20 Yanvar faciəsinin tarixi, siyasi və mənəvi əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, 36 il əvvəl baş verən bu qanlı hadisələr Azərbaycan xalqının mərdliyini, əyilməzliyini və azadlıq iradəsini bütün dünyaya nümayiş etdirdi. Sovet ordusunun ağır texnika və silahlarla dinc əhaliyə qarşı törətdiyi qırğınlara baxmayaraq, xalqımız müstəqillik ideyasından geri çəkilmədi və bu yol uğrunda canından keçməyə hazır olan yüzlərlə qəhrəman yetişdirdi.

Professor qeyd edib ki, 20 Yanvar faciəsi yalnız dərin hüzn günü deyil, eyni zamanda milli oyanışın, azadlıq və suverenlik mübarizəsinin dönüş nöqtəsidir. O vurğulayıb ki, müstəqillik əldə edildikdən sonra da Azərbaycan dövləti ciddi siyasi və hərbi təzyiqlərlə üz-üzə qalmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin olundu, hüquqi dövlət quruculuğuna və güclü milli ordu formalaşdırılmasına başlanıldı.

Bəxtiyar Əliyev çıxışında xüsusi vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin uğurlu, qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti öz suverenliyini tam bərpa edib, milli maraqlarını beynəlxalq müstəvidə inamla müdafiə edən güclü siyasi subyektə çevrilib. O bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən strateji qərarlar Azərbaycanın hərbi, iqtisadi və diplomatik gücünü daha da möhkəmləndirib, xalqımızın tarixi ədaləti bərpa etməsinə şərait yaradıb. Professor qeyd edib ki, bu gün Azərbaycan siyasi iradəsi, milli birliyi və qüdrətli ordusu ilə dünyaya öz sözünü deyən qalib dövlətdir.

Daha sonra Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov çıxış edərək 20 Yanvar hadisələrinin psixoloji və mənəvi aspektlərinə toxunub. O bildirib ki, bu faciə xalqımızın kollektiv yaddaşında dərin izlər buraxmaqla yanaşı, milli kimliyin formalaşmasında, vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynayıb. Elnur Rüstəmov vurğulayıb ki, şəhidlik anlayışı Azərbaycan cəmiyyətində yalnız itki deyil, eyni zamanda mənəvi güc, milli qürur və tarixi məsuliyyət simvoludur.

İnstitut sədri qeyd edib ki, belə faciələrin xatırlanması və düzgün şəkildə dəyərləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının qorunması, gənc nəsildə sağlam milli şüurun formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüş zamanı institutun əməkdaşları da çıxış edərək 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinin, bu faciənin gənc nəsillərə düzgün və obyektiv şəkildə çatdırılmasının vacibliyini bildiriblər. Onlar qeyd ediblər ki, bu kimi anım tədbirləri milli yaddaşın qorunmasına, cəmiyyətimizdə birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.

Şəhidlərimizin xatirəsinin hər zaman qürur və ehtiramla anılması, şərəfli tariximizin unudulmaması hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!