21 Noyabr 2026 12:01
1475
Səfərlər
A- A+
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam dedi:

-Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

Zati-aliləri, Vyetnama rəsmi səfərə xoş gəlmisiniz. Mənə məlumat verildi ki, bu, Sizin bizim ölkəyə ikinci səfərinizdir. Bu da Sizin Vyetnama və onun xalqına bəslədiyiniz səmimi münasibətin göstəricisidir. Mən tam əminəm ki, səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək, onları daha da dərinləşdirəcək, məzmunlu və səmərəli edəcək.

Ötən ilin mayında Azərbaycana dövlət səfərimiz zamanı Sizin, birinci xanımın, Birinci vitse-prezidentin, ailənizin və Azərbaycan xalqının mənə, Vyetnamın birinci xanımına və Vyetnamın yüksəksəviyyəli nümayəndə heyətinin səmimi şəkildə qəbulundan və qarşılanmasından çox məmnun oldum və bunu yüksək qiymətləndirirəm.

Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik.

Uzunmüddətli ənənəvi dostluğumuz hər iki ölkədə nəsillər boyu liderlər və xalqlar tərəfindən qorunub-saxlanılıb və inkişaf etdirilib. Vyetnam keçmişdə milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə, həmçinin hazırkı milli inkişaf səylərində Azərbaycanın göstərdiyi dəstəyi hər zaman xatırlayır və yüksək qiymətləndirir.

2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir. Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır.

Bu il AQEM Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, bugünkü ikitərəfli danışıqlarımız zamanı gələcəkdə razılaşmaların həyata keçirilməsini davam etdirmək, bütün istiqamətlər üzrə əməkdaşlığı daha da inkişaf etdirmək vasitələri və yolları barədə açıq müzakirələr aparacağıq.

İndi isə cənab Prezident, çıxış üçün sözü Sizə vermək istəyirəm.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

-Cənab Prezident, əziz dostlar. İlk növbədə, ölkənizə rəsmi səfərə gəlmək üçün məni dəvət etdiyinizə, mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Dost Vyetnamı yenidən ziyarət etməyə və ölkənizin sürətli inkişafına şahid olmağa çox şadam. 2014-cü ildə Vyetnama səfər etmişdim və o vaxtdan bəri Sizin rəhbərliyinizlə ölkənizdə müxtəlif istiqamətlərdə möhtəşəm tərəqqi əldə olunmuşdur. Vyetnam indi çox önəmli beynəlxalq aktordur və təkcə regionunuzda deyil, qlobal miqyasda önəmli rol oynayır.

Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı.

Xalqlarımız arasında əlaqələrin tarixi kökləri var və Sizin milli dəyərləriniz uğrunda müstəqillik mübarizəniz Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənmişdir.

Vyetnamın Prezidenti, böyük rəhbər Ho Şi Minin 1959-cu ildə Azərbaycana tarixi səfəri, həmçinin əlamətdar hadisə olmuşdur və bu səfərlə bağlı xatirələr hələ də bizim qəlbimizdədir. Həmin səfər zamanı Prezident Ho Şi Min Azərbaycanın bəzi sənaye sahələrini, xüsusilə neft sənayesi ilə əlaqəli olan sahələri ziyarət edib. Bundan sonra bir çox azərbaycanlı mütəxəssis neft sənayesinin inkişafına dəstək olmaq üçün Vyetnama göndərilmişdir.

Əməkdaşlığımız bir çox sahələri əhatə edir və biz beynəlxalq aləmdə güclü qarşılıqlı əlaqəyə malik olduğumuz üçün çox şadıq. AQEM Zirvə Görüşündə yüksəksəviyyəli iştirakınız üçün Sizə minnətdarıq.

x x x

Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin inkişafında roluna toxunuldu, yeni əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsi baxımından bu səfərlərin rolu vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM və digər təsisatlar çərçivəsində əməkdaşlığından, həmçinin Azərbaycanla ASEAN arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərindən bəhs olundu.

Vyetnamın Xəzər regionu və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının qurulmasında Azərbaycanın rolunun və dəstəyinin önəmi qeyd edildi.

Görüşdə enerji sahəsində, o cümlədən neft-qaz və enerji təhlükəsizliyi, bərpaolunan enerji, iqtisadiyyat, investisiyalar, turizm, təhlükəsizlik, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq, parlamentlərarası münasibətlər, nəqliyyat-logistika, aviasiya və mədəniyyət əlaqələri ilə bağlı məsələlər müzakirə olundu. Azərbaycanın bərpaolunan enerji, o cümlədən külək və Günəş enerjisi sahələrində böyük potensialının olduğu bildirildi. Həmçinin infrastruktur layihələri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, Trans-Xəzər marşrutunun əhəmiyyəti vurğulandı.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

Görüşdə hər iki ölkənin mina problemindən əziyyət çəkdiyi vurğulandı, bu xüsusda minatəmizləmə sahəsində də tərəfdaşlığın əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı nəzərdə tutulan məhdudiyyətlərə qarşı Vyetnamın göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və bunun heç vaxt unudulmayacağını dedi.

Azərbaycan və Vyetnam xalqlarının müstəqillik və azadlıq uğrunda mübarizədə cəsarət, qəhrəmanlıq nümayiş etdirdikləri vurğulandı, bunun iki xalqı birləşdirən amil olduğu qeyd edildi.

Dövlətimizin başçısının səfərinin nəticələrinin ölkələrimiz arasında tərəfdaşlığın gələcəyi üçün mühüm rol oynayacağına əminlik ifadə olundu.

Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!