30 Sentyabr 2024 19:22
4728
Qəbullar
A- A+
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib YENİLƏNİB 

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib YENİLƏNİB 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Hörmətli Leonid Eduardoviç. Sizi salamlamağa çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz böyük əhəmiyyətə malikdir. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Bildiyiniz kimi, ötən ay Rusiya Federasiyası Prezidentinin ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafına çox böyük təkan verən dövlət səfəri oldu. Sizə də məlumdur ki, qanunvericilərimiz arasında fəal parlamentlərarası əlaqələr mövcuddur. Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir, humanitar əməkdaşlıq fəal inkişaf edir. Rusiya Prezidentinin səfəri çərçivəsində bütün bunlar və bir çox digər məsələlər müzakirə olunub. Biz münasibətlərimizin ardıcıl, dinamik xarakterini bir daha məmnunluqla qeyd etdik. Əlbəttə, ölkələrimizin siyasi qüvvələrinin partiyalararası əlaqələri də qarşılıqlı fəaliyyətin mühüm amilidir. Siz Rusiya Federasiyasının bütün regionlarında böyük nüfuza malik olan Rusiya Federasiyasının aparıcı siyasi partiyalarından birinə rəhbərlik edirsiniz. Partiyanızın nümayəndələrinin nümayiş etdirdiyi seçki kampaniyalarının uğurlu nəticələri siyasi qüvvənizin Rusiya Federasiyasının siyasi sistemində mühüm amil kimi böyük nüfuzundan xəbər verir.

Əlbəttə, biz bütün bunları böyük maraq və sevinclə müşahidə edirik. Sizə və rəhbərlik etdiyiniz partiyaya yeni-yeni uğurlar arzulayıram. Təbii ki, Dövlət Dumasının xarici siyasət istiqamətinin rəhbəri kimi siz, əlbəttə, gündəlik fəaliyyətinizdə Rusiya-Azərbaycan münasibətlərində əldə edilən uğurlarla tanış olursunuz. Düşünürəm ki, bu gün isə biz bu və digər məsələləri ətraflı müzakirə edəcəyik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirəcəyik.

Son olaraq, istərdim ki, gərgin iş cədvəlinizə baxmayaraq, vaxt tapıb Azərbaycanın Qarabağ bölgəsinə səfər etdiyinizə görə sizə təşəkkürümü bildirim. Sizin ziyarət etdiyiniz yaşayış məntəqələri arasında Şuşa şəhəri də olub. Bu, əlbəttə, səfərinizə xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan ictimaiyyəti də, ilk növbədə, keçmiş məcburi köçkünlər də Qarabağ bölgəsinə səfər etməklə bağlı qərarınızı layiqincə qiymətləndirəcəklər.

Bir daha xoş gəlmisiniz.


X X X


Sonra Leonid Slutski çıxış edərək dedi:

-Möhtərəm, əziz İlham Heydər oğlu. Bizə qardaş olan Azərbaycana hər dəfə səfər etmək, Sizinlə görüşmək və Azərbaycanın milli iqtisadiyyatın inkişafı üzrə uğurlarını böyük məmnuniyyətlə vurğulamaq mənim üçün həm şərəf, həm də mühüm hadisədir. Heydər Əlirza oğlunun bütün vəsiyyətləri uğurla həyata keçirilir. Sosial siyasətə gəldikdə, o, hər bir ailəni əhatə edir, bütün insanlara aiddir. Ölkənizdə hər il çox ciddi humanitar layihələr reallaşdırılır.

Azərbaycanın mədəniyyət mərkəzi Şuşada olmaq mənim çoxdankı arzumun həyata keçməsi baxımından əlamətdar oldu. Deyə bilərəm ki, Qarabağ bölgəsi inanılmaz templərlə bərpa olunur. Artıq Füzulidə və Zəngilanda çox gözəl beynəlxalq aeroportlar var, üçüncü hava limanı sürətlə tikilir. Bu gün Şuşa möhtəşəm tikinti meydançasını xatırladır, tarixi obyektlər bərpa olunur. Mən Şuşada olduğum üçün xoşbəxtəm. Bütün bunlar mənim üçün çox əlamətdar oldu. Ona görə də səfərə xüsusi olaraq bir gün əvvəl gəldim. Qarabağın Azərbaycanın tərkibinə qayıtması ilə nəticələnən antiterror əməliyyatının uğurlarının ən azından bir hissəsini öz adına çıxan bəzi region ölkələrinə münasibətdə xüsusi bir məqamı da qeyd etmək istəyirəm, - bununla yanaşı, milli miqyasda yoxsulluqla mübarizə üzrə strategiya uğurla hazırlanandan sonra Azərbaycan enerji cəhətdən müstəqil ölkə oldu, Sizin dahi atanızın, müasir Azərbaycan dövlətinin banisi, bizim də Rusiyada xatirəsini əziz tutduğumuz Heydər Əlirza oğlu Əliyevin bəlkə də ən böyük vəsiyyəti həyata keçdi. Ənənəyə uyğun olaraq, bu gün Moskvaya uçmazdan əvvəl mütləq onun məzarını ziyarət edəcəyəm, - burada mən Qarabağın qaytarılmasını nəzərdə tuturam. Bu məsələdə Azərbaycandan, Azərbaycan rəhbərliyindən, Azərbaycan xalqından, Azərbaycan Silahlı Qüvvələrindən başqa heç bir ölkənin hər hansı bir xidməti yoxdur. Bu, mühüm milli məsələ olmaqla yanaşı, Cənubi Qafqazda sabitlik, uğurla həll edilən tarixi vəzifədir.

Bu gün Azərbaycanın Qarabağ bölgəsində sürətli templərlə yeni iş yerlərinin yaradılması, o cümlədən elmi əsaslı klasterlərin həyata keçirilməsi prosesi gedir. Bəzilərinin Qarabağın tezliklə azad ediləcəyinə inanmadığı kimi, bu gün də kimsə bir neçə ildən sonra Qarabağda nələrin yaradılacağını təsəvvür etmir. Amma mən öz gözlərimlə gördüm ki, bu bölgə yenidən çiçəklənəcək, bərəkətli torpaqlara çevriləcək və Rusiya ilə Azərbaycanın mühüm infrastruktur şirkətləri də daxil olmaqla, əziz İlham Heydər oğlu, Sizin də müasir Azərbaycanın rəhbəri vəzifəsində çoxillik fəaliyyətinizi həsr etdiyiniz insanların rifahı naminə Qarabağda yeni infrastruktur layihələri həyata keçiriləcək.

Dünən hamımızın dərindən hörmət etdiyi, sevimli Polad Bülbüloğlunun mənimlə birlikdə olması da əlamətdar idi. O, 18 il Azərbaycanın mədəniyyət naziri olub. Həmçinin o, Azərbaycanın xarici siyasət xəttinin Rusiya istiqamətini səfir qismində layiqincə təmsil edərək Moskvada diplomatik korpusun duayeni qismində çalışıb. İndi isə Milli Məclisdə onun atasının da dünyaya gəldiyi Qarabağ bölgəsini layiqincə təmsil edir. Dünən biz Bülbülün tarixi ev-muzeyində olduq, bu vaxta qədər Özbəkistan, Qazaxıstan, Belarus prezidentləri, həmçinin digər müasir siyasi və ictimai xadimlər də burada olublar. Beləliklə, dünən mənim üçün ikiqat əlamətdar səfər oldu. Ona görə də indi aktual, ikitərəfli gündəliyimizdə olan, o cümlədən, əlbəttə ki, Milli Məclislə ən uğurlu şəkildə inkişaf edən parlament diplomatiyası müstəvisində məsələləri müzakirə edəcəyik.

Möhtərəm əziz İlham Heydər oğlu, dünən Şuşada olandan sonra bir daha Sizin qonağınız olaraq qəlbi Azərbaycanla döyünən, o cümlədən Azərbaycanın hüdudlarından kənarda olanları Qarabağın qaytarılması münasibətilə təbrik etmək istəyirəm. Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Çox sağ olun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!